Hacı Zeynalov/AZADİNFORM. Bakıda 3 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. Xəzər rayon Polis İdarəsindən AZADİNFORM-a verilən məlumata görə, hadisə Qala qəsəbəsi ərazisində qeydə alınıb.

Hacı Zeynalov/AZADİNFORM. Şirvan şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.

Hacı Zeynalov/AZADİNFORM. Səbail rayonunda kişi meyiti tapılıb. Səbail rayon Polis İdarəsindən AZADİNFORM-a verilən məlumata görə, meyit rayonun Fikrət Əmirov küçəsi 2 ünvanında aşkarlanıb. Meyitin üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığı üçün onun adı məlum deyil.

Hacı Zeynalov/AZADİNFORM. Qobustan rayonunda intihar hadisəsi baş verib.

Hacı Zeynalov/AZADİNFORM. Bakıda Türkiyə vətəndaşını soyan şəxslər yaxalanıb.

Elvin Xəzər/AZADİNFORM. Ermənilər ötən gün saat 16.50-dən 16.55-dək Ermənistanın İcevan rayonu Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonu Qızıl Hacılı kəndində yerləşən mövqelərimizi, saat 15.05-dən 15.20-dək, 15.20-dən 15.30-dək, 19.15-dən 19.20-dək və aprelin 13-də saat 00.10-dan 00.15-dək Füzuli rayonu Qaraxanbəyli və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Hacı Zeynalov/AZADİNFORM. Azərbaycan paytaxtında bədbəxt hadisə baş verib. Səbail rayon Prokurorluğundan AZADİNFORM-a verilən məlumata görə, rayonun Şıx qəsəbəsinin ərazisində Bakı şəhər sakini Mirverdi Məmmədova məxsus daş karxanasında Masallı rayon sakini Yəhya Səbziyev yıxılıb və başının daşa dəyməsindən hadisə yerində ölüb.

Hacı Zeynalov/AZADİNFORM. Abşeron rayonunda avtomobildən xeyli miqdarda pul oğurlanıb.

Günel Əbilova/AZADİNFORM. Dünyanın ən böyük təyyarəsi olan “Aerobus A-380” Nyu-Yorkun Kennedi Hava Limanında kiçik sərnişin təyyarəsi ilə toqquşub. AZADİNFORM RİA-Novostiyə istinadən xəbər verir ki, toqquşma uçuş zolağında baş verib.

Hacı Zeynalov/AZADİNFORM. Abşeron rayonunda ağır yol qəzası baş verib. Abşeron rayon Polis İdarəsindən AZADİNFORM-a verilən məlumata görə, rayonun Masazır qəsəbəsində Tural Dostzadənin idarə etdiyi “Range Rover” markalı minik maşını qarşıdan gələn “Zil” markalı yük maşını ilə toqquşub.

12.04.2011
Atəşkəs pozulub

Elvin Xəzər/AZADİNFORM. Ermənilər dünən saat 16.15-dən 16.20-dək və 19.35-dən 19.40-dək Ermənistanın İcevan rayonu Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonu Qızıl Hacılı kəndində yerləşən mövqelərimizi, saat 19.30-dan 19.35-dək Noyenberyan rayonu Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli kəndində yerləşən mövqelərimizi, saat 19.35-dən 19.40-dək isə Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyi mətbuat xidmətindən AZADİNFORM-a verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) İranla sərhəddə baş verən silahlı insidentlə bağlı rəsmi məlumat yayıb.
Tərtər şəhəri, H.Əliyev prospektində istismarı dayandırılan neft quyusunda qaz püskürməsi baş verib. AZADİNFORM xəbər verir ki, məlumatı Fövqəladə Hallar Nazirliyi (FHN) yayıb.
Azərbaycan paytaxtında yaşayış evində partlayış baş verib.
Saatlı rayonunda bədbəxt hadisə baş verib. Saatlı rayon Prokurorluğundan AZADİNFORM-a verilən məlumata görə, hadisə rayonun Dədə Qorqud kəndinin ərazisində olub.
Bakıda bədbəxt hadisə nəticəsində əcnəbi ölüb. Səbail rayon Prokurorluğundan AZADİNFORM–a verilən məlumata görə, Yeni Zelandiya vətəndaşı, 41 yaşlı Conatan Edvard Səbail rayonu, Əlizadə küçəsi 8 ünvanında kirayədə yaşadığı binanın 5-ci mərtəbəsindən yıxılıb.
Bu gün yerli vaxtla saat 09:49:49-da Xəzər dənizində, Qubadan 82 km şimalda zəlzələ qeydə alınıb.
 
Страница 444 из 444 << < 440 441 442 443 444
 Лента новостей
17.08.2018
16.08.2018
 Архив
«Авг.2018
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  
 
© 2018 All right reserved www.azadinform.az Powered by Danneo