26.04.2011
Atəşkəs pozulub

Elvin Xəzər/AZADİNFORM. Ermənilər aprelin 25-də saat 16.10-dan 16.30-dək Cəbrayıl rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, aprelin 26-da saat 01.30-dan 01.45-dək və 02.00-dan 02.05-dək Füzuli rayonu Qorqan və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bakı/AZADİNFORM. Tanınmış şair Rüstəm Behrudinin atası Hidayət kişi vəfat edib.

Hacı Zeynalov/AZADİNFORM. Ağstafa rayonunda mebel salonunda partlayış olub. Ağstafa rayon Prokurorluğundan “Azadinform”a verilən məlumata görə, hadisə Bakı-Tiflis yolunun kəsişməsində yerləşən Bəhmən Sadiqiyə məxsus mebel salonunda baş verib.
Hacı Zeynalov/AZADİNFORM. Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib. Səbail rayon Polis İdarəsindən “Azadinform”a verilən məlumata görə, Lənkəran şəhər sakini Sevdim Dadaşov münaqişə zəminində Bakı şəhər sakini Anar Abdullayevi bıçaqlayıb.
Hacı Zeynalov/AZADİNFORM. Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. “Azadinform” xəbər verir ki, hadisə Qala-Türkan yolunda qeydə alınıb.
Hacı Zeynalov/AZADİNFORM. Qaradağ rayonu ərazisində yerləşən daş karxanasında bədbəxt hadisə baş verib. Qaradağ rayon Polis İdarəsindən AZADİNFORM-a verilən məlumata görə, “Müşfiq” MMC-yə məxsus daş karxanasında işləyən 20 yaşlı Cəlilabad rayon sakini Allahverdi Abbasov mişar daşı kəsən kombaynın altına düşməsi nəticəsində ölüb.

Hacı Zeynalov/AZADİNFORM. Sumqayıt şəhərində ağır yol qəzası baş verib. Sumqayıt şəhər Polis İdarəsindən “Azadinform”a verilən məlumata görə, hadisə H.Z.Tağıyev qəsəbəsi ərazisində qeydə alınıb. Məlumata görə, Sumqayıt şəhəri istiqamətindən hərəkət edən “Mercedes” markalı avtomobil yolun əks istiqaməti ilə hərəkət edən “VAZ-21012” markalı avtomobillə toqquşub.

25.04.2011
Atəşkəs pozulub

Elvin Xəzər/AZADİNFORM. Ermənilər aprelin 24-də saat 13.55-dən 14.00-dək Ermənistanın İcevan rayonu Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonu Qızılhacılı kəndində yerləşən mövqelərimizi, saat 23.30-dan 23.35-dək Ağdam rayonu Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən, aprelin 25-də saat 01.00-dan 01.10-dək Xocavənd rayonu Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Hacı Zeynalov/AZADİNFORM. Bakı–Quba beton yolunun 89-cu kilometrliyində ağır yol qəzası baş verib. Siyəzən rayon Polis Şöbəsindən “Azadinform”a verilən məlumata görə, hadisə magistral yolun Siyəzən rayonu Zarat kəndindən keçən hissəsində qeydə alınıb.

Milli Məclisin sabiq deputatı, "Bakılı Oğlanlar" Şən və Hazırcavablar Komandasının kapitanı Anar Məmmədxanov dünyasını dəyişib. A.Məmmədxanovun bu gün günorta saatlarında ürəktutmasından vəfat etdiyi bildirilir.

Hacı Zeynalov/AZADİNFORM. Hacıqabul rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hacıqabul rayon Polis Şöbəsindən AZADİNFORM-a verilən məlumata görə, hadisə rayonun Pirsaat qəsəbəsində qeydə alınıb. “Hyundai” markalı iri tutumlu sərnişin avtobusu saatda 70-80 km/s sürətlə hərəkət edərkən sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb.
22.04.2011
Atəşkəs pozulub

Elvin Xəzər/AZADİNFORM. Ermənilər dünən saat 11.50-dən 11.55-dək, 19.30-dan 19.45-dək, 00.10-dan 00.20-dək, 00.20-dən 00.30-dək və 01.30-dan 01.40-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə Qaraxanbəyli, Aşağı Ədülrəhmanlı və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Atif Eyvazov/AZADİNFORM. Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində sahildən 10 km aralıda dənizdə çevrilən qayığın aşkarlanması barədə məlumat daxil olub.

Hacı Zeynalov/AZADİNFORM. Sumqayıt şəhərində dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Hacı Zeynalov/AZADİNFORM. Ağsu rayonunda ölüm hadisəsi baş verib. Ağsu rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Padar kəndində qeydə alınıb.

Hacı Zeynalov/AZADİNFORM. Bakının Xətai rayonunda ağır yol qəzası baş verib. Xətai rayon Polis İdarəsindən “Azadinform”a verilən məlumata görə, hadisə rayonun Naximov küçəsində baş verib.

Hacı Zeynalov/AZADİNFORM. Bakının Nizami rayonunda intihar hadisəsi baş verib. Nizami rayon Prokurorluğundan “Azadinform”a verilən məlumata görə, hadisə Keşlə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Şakir Kərimov yaşadığı evdə özünü asaraq ölüb. Şakir Kərimovun intihar etməsinin səbəbləri məlum deyil.
 

 

Hacı Zeynalov/AZADİNFORM. Abşeron rayonunda ağır yol qəzası baş verib. Abşeron rayon Polis İdarəsindən “Azadinform”a verilən məlumata görə, hadisə Bakı-Şamaxı yolunun 12-ci kilomertliyində qeydə alınıb.

Hacı Zeynalov/AZADİNFORM. Bakının Nərimanov rayonunda intihar hadisəsi baş verib. Nərimanov rayon Prokurorluğundan “Azadinform”a verilən məlumata görə, hadisə rayonun Əhmədzadə küçəsi, ev 4-də qeydə alınıb. Həmin mənzildə yaşayan 1984-cü il təvəllüdlü Ceyhun Məmmədov özünü yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq ölüb.

Elvin Xəzər/AZADİNFORM. Ermənilər bu gecə saat 01.00-dan 01.10-dək, 02.00-dan 02.15-dək və 04.20-dən 04.30-dək Füzuli rayonunun Qorqan, Qaraxanbəyli və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

 
Страница 443 из 446 << < 439 440 441 442 443 444 445 446 > >>
 Лента новостей
16.11.2018
15.11.2018
 Архив
«Ноя.2018
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
   1234
567891011
12131415161718
19202122232425
2627282930  
 
© 2018 All right reserved www.azadinform.az Powered by Danneo