Hacı Zeynalov/AZADİNFORM. Bakının Səbail rayonunda ölüm hadisəsi baş verib. Səbail rayon Prokurorluğundan “Azadinform”a verilən məlumata görə, Bakı şəhər sakini Aydın Ağasiyevi evində elektrik cərəyanı vurub. Aydın Ağasiyev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov/AZADİNFORM. Bakıda intihar hadisəsi baş verib. Xəzər rayon Prokurorluğundan “Azadinform”a verilən məlumata görə, hadisə Zirə qəsəbəsi, Sərdarov küçəsində qeydə alınıb.

Elvin Xəzər/AZADİNFORM. Ermənistan Silahlı Qüvvələrinin Xocavənd rayonu istiqamətində atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun iki əsgəri yaralanıb.

Elvin Xəzər/AZADİNFORM. Bu gün yerli vaxtla saat 07:41:48-də Xəzər dənizində, Bakıdan 60 km cənubda zəlzələ qeydə alınıb. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən “Azadinform”a bildiriblər ki, zəlzələ hiss olunmayıb.

Elvin Xəzər/AZADİNFORM. Ermənilər aprelin 19-da saat 12.35-dən 13.05-dək Ermənistanın Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 18.55-dən 18.58-dək isə Xocavənd rayonu Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Hacı Zeynalov/AZADİNFORM. Bakının Binəqədi rayonunda bədbəxt hadisə baş verib.

Hacı Zeynalov/AZADİNFORM. Bakıda bıçaqlanma hadisəsi baş verib. Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsindən “Azadinform”a verilən məlumata görə, hadisə rayonun Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində yerləşən qəbiristanlıqda qeydə alınıb.

Hacı Zeynalov/AZADİNFORM. Lənkəran rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Lənkəran rayon Polis Şöbəsindən “Azadinform”a verilən məlumata görə, qəza Ələt-Astara magistralının 213-cü km-də qeydə alınıb.

Elvin Xəzər/AZADİNFORM. Ermənilər ötən gün saat 18.51-dən 19.05-dək Göygöl rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 20.00-dan 20.15-dək Tərtər rayonu Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21.20-dən 21.30-dək və 21.30-dan 21.40-dək Füzuli rayonu Aşağı Veysəlli kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 23.30-dan 23.45-dək Ağdam rayonu Qaraqaşlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Hacı Zeynalov/AZADİNFORM. Xətai rayonu ərazisində ağır yol qəzası baş verib. Xətai rayon Polis İdarəsindən “Azadinform”a verilən məlumata görə, hadisə rayonun Zığ qəsəbəsinin ərazisində baş verib.

Hacı Zeynalov/AZADİNFORM. Yevlax rayonunda bıçaqlanma hadisəsi baş verib. Yevlax rayon Polis şöbəsindən “Azadinform”a verilən məlumata görə, rayon sakini Məhəmməd Musayev münaqişə zəminində həmyerliləri Şəmil Əhmədov və onun qardaşı Kamilə bıçaqla xəsarət yetirib.

Hacı Zeynalov/AZADİNFORM. Gəncə şəhərində intihara cəhd hadisəsi baş verib. Gəncə şəhər Prokurorluğundan “Azadinform”a verilən məlumata görə, şəhər sakini Ayşən Sadıqova intihar məqsədilə özünü Gəncə çayına atıb. Nəticədə xəsarət alan Ayşən Sadıqova xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov/AZADİNFORM. Beyləqan rayonu ərazisində ağır yol qəzası baş verib. Beyləqan rayon Polis şöbəsindən “Azadinform”a verilən məlumata görə, hadisə rayonun 2-ci Aşıqlı kəndi ərazisində baş verib. Kənd sakini İntiqam Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb.

Hacı Zeynalov/AZADİNFORM. Neftçala rayonunda intihar hadisəsi baş verib.

Hacı Zeynalov/AZADİNFORM. Hacıqabul rayonunda fəhlə bədbəxt hadisə nəticəsində ölüb. Hacıqabul rayon Polis Şöbəsindən “Azadinform”a verilən məlumata görə, “Bərpa 2009” MMC-də fəhlə işləyən Şöhrət Zərbalıyev Kolanı-Talış kəndləri arası qaz xətlərinin çəkilişi zamanı qazıntıdan toplanmış torpaq layının onun üstünə sürüşməsi nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov/AZADİNFORM. Bakıda bədbəxt hadisə baş verib. Xəzər rayon Polis İdarəsindən “Azadinform”a verilən məlumata görə, hadisə rayonun Pirşağı qəsəbəsində qeydə alınıb. Qəsəbənin nömrəsiz bağ evində yaşayan 11 yaşlı Süleyman Abdullayev darvazanın üstündən tullanarkən cəftəyə ilişərək asılı qalıb və boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov/AZADİNFORM. Sabunçu rayonunda mənzildən oğurluq edən şəxs tutulub.

18.04.2011
Atəşkəs pozulub

Elvin Xəzər/AZADİNFORM. Ermənilər dünən saat 09.30-dan 09.40-dək Ermənistanın İcevan rayonu Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 18.20-dən 18.45-dək və aprelin 18-də saat 00.30-dan 00.40-dək isə Füzuli rayonu Aşağı Seyidəhmədli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Hacı Zeynalov/AZADİNFORM. Yevlax rayonunda bədbəxt hadisə baş verib.

Hacı Zeynalov/AZADİNFORM. Bakının Xətai rayonunda qətl hadisəsi baş verib. Xətai rayon Prokurorluğundan “Azadinform”a verilən məlumata görə, ər həyat yoldaşını döyərək öldürüb. Rayonun Naximov küçəsində yaşayan 45 yaşlı Etiram Qurbanov içkili vəziyyətdə 39 yaşlı həyat yoldaşı Asibə Qurbanovanı aralarında yaranan mübahisə nəticəsində ölümcül döyüb.

 
Страница 426 из 428 << < 422 423 424 425 426 427 428 > >>
 Лента новостей
24.11.2017
23.11.2017
 Архив
«Ноя.2017
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
  12345
6789101112
13141516171819
20212223242526
27282930   
 
© 2017 All right reserved www.azadinform.az Powered by Danneo