Xədicə/AZADİNFORM. Ötən ilin “Eurovision” milli seçim turunda finala qədər gələn gənc müğənni Məryəm Şabanova «Bayram» adlı yeni mahnı yazdırıb. Müğənni “Azadinform”a bildirib ki, sözləri Azərbaycan dilində yazılmış mahnının musiqisində yəhudi skripkası səsləndirilib. «Bayram» mahnısı yəhudilərin Purim milli bayramına həsr olunub.

Xədicə/AZADİNFORM. «Dəyirman» qrupunun solistlərindən olan Mir Yusif yaxın günlərdə klipini təqdim edəcək. Lakin bu təqdimat standart şəkildən kənar, yəni mətbuatın iştirakı ilə deyil, İnternet vasitəsi ilə baş tutacaq.

Elvin Xəzər/AZADİNFORM. Tanınmış gənc sənətçilər Yeni Azərbaycan Partiyasının sıralarına qoşuldular. “Azadinform” xəbər verir ki, YAP Gənclər Birliyinin Naftalan şəhərində keçirilən “Azərbaycan gəncliyi və müasirlik” konfransında tanınmış gənc sənətçilər - Natəvan Həbibi, Elton Hüseynəliyev, Coşqun Yusifov, Nazim Məmmədov, Elçin Cəfərov, Aşıq Samirə Əliyeva və Tərlan Fərzəliyevə partiya vəsiqələri təqdim olunub.


Həbibə/AZADİNFORM. “Azərbaycanda turistlərin statistikasının aparılması ilə bağlı məsələ hazırda gündəmdədir. Mədəniyyət və Turizm Nazirliyi Dünya Turizm Təşkilatı ilə seminarların keçirilməsi məqsədilə iki illik müqavilə bağlayıb. Müqaviləyə əsasən, statistika üzrə proqramın həyata keçirilməsi nəzərdə tutulur”. “Azadinform”un məlumatına görə, bunu Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev deyib.

Xədicə/AZADİNFORM. Ötən ildən İsveçdə yaşayan və orada müqavilə əsasında çalışan Safura Əlizadə bir müddətə Bakıya qayıdıb. Çoxları onun çalışdığı şirkətlə yollarının ayrıldığını iddia edir.

Xədicə/AZADİNFORM. “Eurovision-2011” təmsilçimiz olan Nigar Camal “Eurovisions Next Top Model-2011” seçilib. “Azadinform”un məlumatına görə, 30 yaşlı Nigar Camal və digər müsabiqə təmsilçimiz Eldarın daha bir məharəti haqqında xəbər yayılıb.

Xədicə/AZADİNFORM. Ötən gün şəhərin restoranlarından birində mətbuat nümayəndələrinin də iştirak etdiyi toya qonaq qismində qatılan NEXT qrupu köhnə tərkiblə çıxış edib. Belə ki, bir müddət öncə qrupda fəaliyyətini dayandıran Əli Xəlilov yenidən NEXT-də görünüb. Deyəsən, NEXT qrupu yenə də tərkibində dəyişikliklər edib.

Xədicə/AZADİNFORM. Səhhətindəki problemlərə görə, əvvəlki yaradıcılıq tempində olmayan müğənni Elxan Şirinov nəhayət, tamaşaçısı üçün yenilik edəcək.

Elvin Xəzər/AZADİNFORM. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən may ayında respublikanın şəhər və rayon mərkəzi kitabxanalarında ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş ənənəvi kitab bayramları keçiriləcək.

Aytən İmanova/AZADİNFORM. “Yeni albom üzərində işləyirəm. Bu albomda sırf dini mahnılar yer alacaq”. “Azadinform” xəbər verir ki, bu barədə müğənni Samirə bildirib.


Xədicə/AZADİNFORM. «Eurovision-2011» milli finalına qədər gəlib çıxan və sonda məğlub kimi ayrılan Aynişan Quliyeva müğənni kimi fəaliyyətini davam etdirir. İlk addımlarını eyni adlı müsabiqənin seçimləri ilə atan sənətçi indi özünü böyük səhnələrdə, məşhur ulduzların əhatəsində görmək istəyir.

Elvin Xəzər/AZADİNFORM. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Azərbaycanı kəşf edək. Bələdçi Kitablar” layihəsi çərçivəsində Avropanın bir sıra aparıcı nəşriyyat müəssisələri ilə əməkdaşlıq müqavilələri bağlanıb.

Xədicə/AZADİNFORM. Hər zaman qalmaqal obyekti olan “pişik” ləqəbli Günel hazırda bir sıra yeni mahnılar yazdırır. Bu mahnıların müəllifləri arasında Eldar Mansurov, Rəhim Rəhimli və Hacı Nazimin adları var. Müğənni yaxın aylarda yeni albomunu da hazırlamağı düşünür. Amma Günelin yaradıcılığı heç kimi düşündürmür.

Azadinform. Xalq artistləri Hacı Murad Yegizarov və Fuad Poladov “Növbəti”yə hazırlaşır. “Azadinform”un məlumatına görə, rejissor Ələkbər Tağızadənin quruluş verdiyi yeni “Növbəti” adlı tamaşada əsas rollar məhz bu sənətkarlara həvalə edilib.

Xədicə/AZADİNFORM. Əməkdar artist Sevda Ələkbərzadə növbəti beynəlxalq layihənin hazırlıqlarını görür. Təxminən 2 aydan sonra sənətçi bunu həyata keçirəcək.

Xədicə/AZADİNFORM. Müğənni Elza Seyidcahanın da oğlu özünü şou-biznesdə təsdiq etməyə qərar verib. Müğənniliyə iddialı gənc tezliklə mahnıları ilə efirə çıxacaq və səs imkanlarını sərgiləyəcək. E.Seyidcahanın “Azadinform”a bildirdiyinə görə, oğlu Əkbərin musiqi təhsili var, o, skripka məktəbini bitirib.

Xədicə/AZADİNFORM. Müğənni Rəhim Rəhimli Xalq artisti Nisə Qasımova ilə duet oxuyacaq. Bu barədə “Azadinform”a Rəhim Rəhimli özü məlumat verib. Müğənni bildirib ki, təklif özünə aid olub.

Bakı/AZADİNFORM. Xalq şairi Balaş Azəroğlu dünən günorta saatlarında 90 yaşında vəfat edib. “Azadinform” xəbər verir ki, şair, ədəbiyyatşünas, filologiya elmləri namizədi Balaş Azəroğlu 1921-ci il noyabrın 11-də Bakı şəhərində anadan olub. İlk mətbu şeri “Dnepr” 1937-ci ildə Bakıda çapdan çıxıb.

Mübariz Aslanov/AZADİNFORM. Bu gündən etibarən Özbəkistanda Azərbaycan Gəncləri Günlərinə start verilir. Bu barədə məlumatı “Azadinform”a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən veriblər. Bununla əlaqədar olaraq Azərbaycan nümayəndə heyəti Özbəkistana yollanıb.

Xədicə/AZADINFORM. “Biznes ledi olaraq işimin başındayam. Amma sənətdə müəyyən fasilə yaratmışdım. Hələlik ictimaiyyət arasına çox maraqlı telelayihə ilə qayıdıram. Bu, sözün əsl mənasında bəzi insanların yuxusunu qaçıran bir layihə olacaq.

 
Страница 235 из 238 << < 231 232 233 234 235 236 237 238 > >>
 Лента новостей
16.10.2018
15.10.2018
 Архив
«Окт.2018
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
1234567
891011121314
15161718192021
22232425262728
293031    
 
© 2018 All right reserved www.azadinform.az Powered by Danneo