Adəm Abbaslı/AZADİNFORM. Beynəlxalq Muğam Mərkəzində “Yarımçıq gündəlik” yeni sənədli filmin təqdimatı olacaq. Mədəniyyət və Turizm Nazirliyindən “Azadinform”a verilən məlumata görə, nazirliyin sifarişi ilə çəkilən simvolik xarakter daşıyan film 1992-ci ildə Qarabağ müharibəsində şəhid olmuş Fuad Əsədovun gündəliyi əsasında şəhidin özünə həsr olunub.

Xədicə/AZADİNFORM. Son illər fəaliyyətini ağır templə davam etdirən müğənni Elmira Ələkbərzadə repertuarını yeniləyir. “Azadinform”un məlumatına görə, müğənni «Azərbaycan» adlı vətənpərvər mahnı yazdırıb.

Xədicə/AZADİNFORM. Şou-biznesin aktual mövzularını son günlər Röya və Sevda Yəhyayevanın soyuyan münasibətləri təşkil edirdi. Bir-birinin ünvanına tikanlı sözlər işlədən sənətçilər yenidən bir araya gəliblər.

Adəm Abbaslı/AZADİNFORM. Məşhur gitaraçı İrina Kulikova-Fellendans Bakıdadır. Mədəniyyət və Turizm Nazirliyindən “Azadinform”a verilən məlumata görə, gitaraçı qonağın bu gün saat 18:00-da Kapellhaus Alman-Azərbaycan Cəmiyyətində solo konserti olacaq.

Aytən İmanova/AZADİNFORM. Berlin parlamentinin Kasinosunda Azərbaycanın Əməkdar rəssamı Əşrəf Heybətovun 60 illik yubileyinə həsr edilmiş sərginin açılışı keçirilib. Bu barədə “Azadinform”a  Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Azərbaycanın Almaniyadakı Səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən sərgi Berlin parlamenti və Avropa-Azərbaycan Cəmiyyətinin (TEAS) birgə əməkdaşlığı ilə baş tutub.

Xədicə/AZADİNFORM. Fatimə Fətullayeva hamını təəccübləndirəcək. Rəqqasə bu dəfə milli şou biznes dünyası üçün yeni olan bir addım atacaq. Fatimənin “Azadinform”a verdiyi məlumata görə, Azərbaycanda analoqu olmayan fotosessiya etdirib, hərəkətli fotolar çəkdirəcək:

Xədicə/AZADİNFORM. “Saqqız” ləqəbi ilə məşhur olan müğənni Emil özünü aktyor kimi sınayacağını gizlətsə də, onun yaxın dostu bəstəkar Nazim Məmmədov məlumatı açıqlayıb.

Adəm Abbaslı/AZADİNFORM. Ukraynada keçrilən “Zolotaya Pektoral” Beynəlxalq Truskavets Kino Festivalında “Nərimanfilm” kinostudiyasının istehsalı olan “Sahə” bədii filmi mükafata layiq görülüb. “Nərimanfilm”dən “Azadinform”a verilən xəbərə görə, adıçəkilən film “Ən yaxşı operator işi” nominasiyasında qiymətləndirilib.

Günel Əbilova/AZADİNFORM. Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli Münsiflər Heyətinin finala düşən 10 əsərə verdiyi balı açıqlayıb.

Adəm Abbaslı/AZADİNFORM. Lev Nikolayeviç Tolstoyun müxtəlif rejissorlar tərəfindən artıq 24 dəfə çəkilən “Anna Karenina” əsərinə 25-ci dəfə “Eşq və Qürur”, “Kəfarət” filmləriylə öz adını geniş tamaşaçı kütləsinə tanıdan rejissor Jo Rayt tərəfindən quruluş veriləcək.

AZADİNFORM. UNESCO-nun Qeyri-maddi irs siyahısına salınmış Azərbaycan xalçaçılıq sənətinin Misirdə və ərəb dünyasında daha geniş şəkildə təbliği məqsədlə Misir Mədəniyyət Nazirliyi və Qahirə Opera evinin mətbuat orqanı olan “Əl-Xəyal” jurnalının may-iyun ayları üzrə olan sayında “Azərbaycan gözəllik, incəsənət və zərif ilmələrin paytaxtıdır” adı altında səfir Ş.Abdullayevin Azərbaycan xalçalarına həsr olunmuş məqaləsi dərc edilib.

Adəm Abbaslı/AZADİNFORM. “Krım – 2011” Beynəlxalq Kitabxana Konfransı öz işinə başlayıb. Mədəniyyət və Turizm Nazirliyindən “Azadinform”a verilən xəbərə görə, konfransda Azərbaycan kitabxanaçıları da iştirak edir.

Adəm Abbaslı/AZADİNFORM. Kanadalı musiqiçi Leonard Cohen İspaniyanın ən mötəbər “Asturias” mükafatına layiq görülüb.

Xədicə/AZADİNFORM. Bir müddətdir başında aşkarlanan xəstəlik səbəbindən yaradıcılıq işlərini minimuma endirən müğənni Rəqsanə tempini yenidən artırır.

Xədicə/AZADİNFORM. «Eurovision» təmsilçimiz Aysel Teymurzadənin London səfəri və orada lentə yazdırdığı «Tonight» kompozisiyası haqqında məlumat vermişdik.

AZADİNFORM. Litva Respublikasında təhsil alan Azərbaycan tələbələri Kaunas şəhərində “Azərbaycan Kino Gecəsi” adlı tədbir keçiriblər. “Azadinform”un məlumatına görə, 50 nəfərdən çox yerli və xarici tələbənin, o cümlədən müəllim-professor heyətinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan “Odlar Yurdu Təşkilatı”nın Litvadakı nümayəndəsi tələbə Samir Musayev gələn qonaqlara öz təşəkkürünü bildirib.

Günel Əbilova/AZADİNFORM. “Mən gözləyirdim ki, qalib Pərviz olsun”. “Azadinform”a açıqlamasında bu sözləri Milli Kitab Mükafatının (MKM) münsiflər heyətinin üzvi, professor Rafiq Əliyev deyib.


Günel Əbilova/AZADİNFORM. Bu gün Bakıda, görkəmli rus yazıçısı Aleksandr Puşkinin anadan olmasının 212 illiyinə həsr edilmiş  tədbir keçirilib. “Azadinform” xəbər verir ki, mərasim Aleksandr Puşkinin heykəli qarşısında baş tutub.

Xədicə/AZADİNFORM. Azərbaycanda rok musiqisinə maraq yüksək səviyyədə deyil. Çox az sayda ifaçı repertuarını bu janrla zənginləşdirə bilir. Bunların sırasında Əməkdar artist Tünzalə Ağayevanın adını da çəkmək olar.

Xədicə/AZADİNFORM. Hər bir ailədə uşağa baxmaq məsuliyyəti daha çox ananın üzərinə düşür. Bir neçə ay öncə ana olan aktrisa Sevinc Əlişovanın məsuliyyəti ikiqat üstələnib, çünki o, dünyaya əkiz övlad gətirib. Rejissor Fuad Əlişovun həyat yoldaşı olan aktrisa “Azadinform”a söhbətində övladlarının atasından kifayət qədər qayğısı gördüyünü dedi:

 
Страница 230 из 243 << < 226 227 228 229 230 231 232 233 234 > >>
 Лента новостей
15.02.2019
14.02.2019
 Архив
«Фев.2019
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
    123
45678910
11121314151617
18192021222324
25262728   
 
© 2019 All right reserved www.azadinform.az Powered by Danneo