Xədicə/AZADİNFORM. Müğənni Roza Zərgərli gənc müğənni və bəstəkar Cəmillə (Jay Meel) «Gizli sevgilim» adlı duet oxuyub. Bu barədə “Azadinform”a danışan müğənni bildirib ki, tezliklə mahnıya klip çəkiləcək.

Xədicə/AZADİNFORM. Bu gün Xalq artisti Aygün Kazımova onun adını daşıyan «Ay və Gün» jurnalını mətbuat nümayəndələrinə təqdim edib. Müğənni bildirib ki, dərginin buraxılması ideyası fanatlarına məxsus olub. İdeyanı bəyənən Xalq artisti onlara mənəvi dəstək göstərəcəyini bildirib. Beləliklə də eyni adda jurnal işıq üzü görüb. Jurnalın şef redaktoru Nəzakət Əliyeva, art redaktoru Mədinə Gülgün seçilib. “Azadinform”un məlumatına görə, müğənni dərgini qalmaqallardan uzaq tutacağını deyib: «Röyanın jurnalı buraxılandan bir az sonra adı hansısa qalmaqalda hallandı, zərbə alan yazıq Röya oldu. Belə situasiyalarla qarşılaşmaq istəmirəm».
Müğənnidən münasibəti soyuq olduğu sənətçilərə «Ay və Gün»də yer ayrılacağını soruşanda, yarızarafat: «Gələn dəfə Natəvandan müsahibə götürərlər, ya da üz qabığına çəkilər» kimi fikir söylədi.
Aygün yaxın vaxtlarda təqdimatına hazırlaşdığı layihəsindən danışdı. Dedi ki, ictimaiyyətə bəlli olmayan peşəsini nümayiş etdirəcək: «Bu təqdimatda hamını əməlli-başlı təəccübləndirəcəm. Hazırda müqaviləni imzalama ərəfəsindəyəm deyə, təfərrüatını aça bilmərəm. Yalnız onu deyirəm ki, burada xanımlar iştirak edəcək, hətta bəzi kişiləri də cəlb edə bilərik. Bütövlükdə isə kişilər iştirakçı xanımlara qiymət verəcəklər».
Müğənninin vizaj işini peşəkar səviyyədə bacardığını nəzərə alıb, onun bu istiqamətdə məharətini göstərəcəyini soruşduqda, «təxminən yaxınlaşmısınız, amma bu bir qədər də maraqlı bir iş olacaq» - deyə bildirdi. Müğənni söylədi ki, bunun üçün onun ayrıca məkanı da olacaq. Əgər ictimaiyyət onun bu layihəsinə böyük maraq göstərərsə, müğənni bunu uzun müddət davam etdirəcək.
Son həftələr arıqlamaq üçün müxtəlif metodlar seçən Aygün Kazımovanın bədən forması da diqqətdən yayınmırdı. 90-cı illərin Aygün Kazımovasını xatırladan sənətçi saçlarının da boyasını dəyişərək, qara rəng seçib. Müğənni deyir ki, kilosu normal hesab edilsə də, efirdə hələlik bir qədər dolu görünür. Ona görə də hələ bir neçə kilodan azad olmaq istəyir.

Atif Eyvazov/AZADİNFORM. Milli Kitabxananın direktoru Kərim Tahirov Türkiyədə səfərdə olub.

/AZADİNFORM/ Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı Mərakeş Krallığının Taza şəhərində keçiriləcək Uşaq teatrı üzrə 12-ci Beynəlxalq teatr festivalına dəvət alıb.

Xədicə/AZADİNFORM. Maraqlı konsert layihələrinin müəllifi Röya növbəti çıxışına hazırlaşır. Müğənni bu dəfə səhnədə tək özü deyil, yaxın dostu və həmkarı Rəhim Rəhimli ilə birlikdə oxuyacaq.

Mübariz Aslanov/AZADİNFORM. Rumıniyanın paytaxtı Buxarestdə Cənub-Şərqi Avropa Mədəniyyət Nazirləri Şurasının illik sessiyası keçirilib. Sessiyada mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak edib. Bu barədə məlumatı “Azadinform”a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər.

Xədicə/AZADİNFORM. Ötən həftə 7 aylıq fasilədən sonra Bakıya gələn müğənni İradə İbrahimova ötən gün İstanbula qayıdıb. Müğənni əslində, ayın sonuna kimi Bakıda olacağını bildirmişdi. Ötən həftə müxtəlif telekanallarda qonaq olan sənətçi işlərinin yoğunluğunu nəzərə alıb 5 aylıq qızı İpəyə Bakıda olacağı müddət üçün dayə də tutmuşdu. Sənətçi tez qayıdışının səbəbini “Azadinform”a danışıb: “Aprelin 19-u Ceyhunla toyumuzun 2 ili tamam olur.

Mübariz Aslanov/AZADİNFORM. Bu il Milli Məclisin Mədəniyyət komitəsi parlamentin müzakirəsinə bir sıra qanun layihələri təqdim edəcək. Bu barədə “Azadinform”a müsahibəsində komitə üzvü, millət vəkili Jalə Əliyeva bildirib. Onun sözlərinə görə, bu qanun layihələrinin bəziləri parlamentin ötən çağırışdan qalan layihələrdir.

Xədicə/AZADİNFORM. Xalq artisti Zülfiyyə Xanbabayeva və müğənni Samir Bağırov duet oxuyacaqlar. Zülfiyyə xanımın “Azadinform”a bildirdiyinə görə, əslində, duet oxumaq hər ikisinin ötən əsrin 88-ci illərində yaranan arzusu olub.

Aytən İmanova/AZADİNFORM. Əməkdar artist, Dövlət Opera və Balet Teatrının solisti Gülüstan Əliyevaya BMT-nin təsis etdiyi “İncəsənətdə xidmətinə görə” nominasiyasında qızıl medal təqdim olunub.

Xədicə/AZADİNFORM. Səhnəmizin ekstravaqant müğənnisi Arzum şikayətlənərək, planları barəsində açıqlama verməyi sevmədiyini dedi. Müğənni çoxlarının onun ideyalarından faydalanaraq onu qabaqladığını bildirib.

Elvin Xəzər/AZADİNFORM. İçərişəhərdə 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş “İçərişəhər - tarixi-mədəni irs və müasir turizm mərkəzi” mövzusunda Dəyirmi masa keçirilib. “Azadinform” xəbər verir ki, tədbirdə AMEA-nın və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşları İçərişəhər və burada yerləşən abidələr barədə məruzələrlə çıxış ediblər, günün anlam və dəyərindən danışıblar.

Atif Eyazov/AZADİNFORM.  Sabah Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında “Arxamca qaç ki, mən səni tutum” tamaşası nümayiş etdiriləcək. Mədəniyyət və Turizm Nazirliyi, Alman-Azərbaycan Cəmiyyəti və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının birgə layihəsi əsasında reallaşan tamaşa Almaniyanın Rozenhaum şəhərinin teatr truppası aktyorlarının iştirakı ilə baş tutacaq. Bu barədə məlumatı “Azadinform”a teatrdan veriblər.

Aytən İmanova/AZADİNFORM. Dubay hökumətinə məxsus “The One " TV kanalında Azərbaycan haqqında veriliş təqdim olunub. Bu barədə “Azadinform”a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Aytən İmanova/AZADİNFORM. Aprelin 18-də Azərbaycan Dillər Universitetində Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş tələbələrin bədii yaradıcılıq festivalı keçiriləcək. Tədbirin əvvəlində isə ümummilli liderin həyat və fəaliyyətini əks etdirən süjet təqdim ediləcək. Bu barədə “Azadinform”a universitetin mətbuat xidmətindən məlumat verilib. 

Xədicə/AZADİNFORM. Başında aşkar edilən gepoksiya (su yığıntısı) diaqnozu ilə bir müddət əvvəl Dubayın özəl klinikalarının birində müalicə alan Rəqsanə yenidən eyni məqsədlə Dubaya yola düşəcək. Onun “Azadinform”a bildirdiyinə görə, həkiminin məsləhəti ilə müalicəsini davam etdirir:

Elvin Xəzər/AZADİNFORM. Londonda Beynəlxalq Kitab Sərgisi keçirilib. Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən AZADİNFORM-a verilən məlumata görə, sərgidə Azərbaycan təmsil olunub.

Günel Əbilova/AZADİNFORM. “Bu meydan, bu ekran – 2011” kino layihələri müsabiqəsi elan olunub. Bu barədə məlumatı AZADİNFORM-a Mədəniyyət və Turizm Nazirliyindən veriblər. Müsabiqəyə film istehsalı ilə məşğul olan dövlət və müstəqil studiyalar, şirkətlər qoşula bilər.
Müsabiqəyə təqdim olunan sənədlər eyni dev

Elvin Xəzər/AZADİNFORM. Mədəniyyət və Turizm Nazirliyi 2011-ci ilin noyabr ayında dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş Uşaq rəqs kollektivlərinin respublika müsabiqəsini keçirəcək.

Atif Eyvazov/AZADİNFORM. ABŞ-ın Kaliforniya ştatındakı Klermont Universitetində beynəlxalq festival keçirilib. İlk dəfə olaraq azərbaycanlı tələbələrin də qatıldığı festival 33 ildən artıqdır keçirilir.

 
Страница 227 из 228 << < 223 224 225 226 227 228 > >>
 Лента новостей
21.08.2017
17.08.2017
15.08.2017
14.08.2017
11.08.2017
 Архив
«Авг.2017
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
© 2017 All right reserved www.azadinform.az Powered by Danneo