Həbibə Abdulla/AZADİNFORM. Dövlət Neft Şirkətində yeni İnsan resursları departamenti yaradılıb. “Azadinform” bu badərə şirkətin mətbuat xidmətinə istinadən bildirir ki, yeni departament kadrların seçilməsi, işə qəbul olunması, səmərəli yerləşdirilməsi və yerdəyişməsi, karyera yüksəlişinin planlaşdırılması, peşəkarlıq səviyyəsinin artırılması və insan resurslarının idarə edilməsi üzrə digər işlərin təkmilləşdirilməsi işləri ilə məşğul olacaq:

Həbibə Abdulla/AZADİNFORM. Bu ilin I rübündə İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu 332 layihə üzrə güzəştli kreditlər verib.

Həbibə Abdulla/AZADİNFORM. “Turizm Sahibkarlığa Kömək Milli Fondunun prioritet hesab etdiyi sahələrdəndir”. Bu barədə “Azadinform”a İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib.

Həbibə Abdulla/AZADİNFORM. 2010-cu ildə Azərbaycanda 35 min 156 pərakəndə ticarət müəssisəsi fəaliyyət göstərib. Dövlət Statistika Komitəsindən “Azadinform”a verilən məlumata görə, bunlardan 1677-si iri və orta müəssisələr olub.

Bakı/AZADİNFORM. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Sabunçu rayonunda "Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib.

Həbibə Abdulla/AZADİNFORM. Nəqliyyat Nazirliyində Gürcüstanın iqtisadi və davamlı inkişaf naziri Vera Kobaliya ilə görüş keçirilib. Nazirlikdən “Azadinform”a verilən məlumata görə, görüşdə ikitərəfli əlaqələr, əməkdaşlığın genişləndirilməsi, birgə həyata keçirilən layihələr və digər məsələlər ətrafında müzakirələr aparılıb.
Həbibə/AZADİNFORM. Ölkəninn ən böyük enerji istehsalçısı mart ayında proqnozdan əlavə 2 milyon kilovatsaatdan çox elektrik enerjisi istehsal edib. “Azərenerji” ASC-dən “Azadinform”a daxil olan məlumata görə, “Azərbaycan İstilik Elektrik Stansiyası”nda ötən ay 642,5 milyon kilovatsaat elektrik enerjisi istehsal edilib.

Həbibə Abdulla/AZADİNFORM. Bu il Bakı Şəhər İcra Hakmiyyətinə investisiya proqramı çərçivəsində 102 milyon 400 min manat vəsait ayrılıb. “Azadinform” Nazirlər Kabinetinin 26 yanvar tarixli 21 saylı sərəncamı ilə təsdiqlənən investisiya proqramına istinadən xəbər verir ki, həmin vəsait 4 maddə üzrə xərclənəcək.

Həbibə Abdulla/AZADİNFORM. Azərbaycan Mərkəzi Bankı və “Junior Achievement Azərbaycan” (JAA) təşkilatı ölkə məktəblərində iqtisadiyyatın tədrisi proqramı çərçivəsində “Banklar fəaliyyətdə” adlı layihəyə başlayıb.

Həbibə Abdulla/AZADİNFORM. 2011-ci il üzrə dövlət investisiya proqramında Bakı Metropoliteninə 164 milyon 300 min manat vəsait ayrılması nəzərdə tutulub. “Azadinform” xəbər verir ki, Nazirlər Kabinetinin 26 yanvar tarixli 21 saylı sərəncamı ilə təsdiqlənən investisiya proqramında Bakı Metropoliteni ən çox vəsait ayrılan iri vergi ödəyicilərindəndir.

Həbibə/AZADİNFORM. 2011-ci ilin birinci rübündə dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə ümumilikdə 36,6 milyon manata yaxın vəsait ödənilib.

Həbibə Abdulla/AZADİNFORM. Astara elektrik şəbəkəsində (EŞ) cari ilin mart ayı ərzində 3,2 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilib. “Azərenerji” ASC-nin mətbuat xidmətindən “Azadinform”a daxil olan məlumata görə, bu, ötən ilin eyni dövründəki istehlakdan 442,3 min kilovatsaat azdır. Şəbəkə üzrə enerji haqlarının ödənişi 94 faizə yaxın olub.

Həbibə./AZADİNFORM. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini bu gün Bakıxanov qəsəbəsində keçirib. Nazirliyin mətbuat xidmətindən “Azadinform”a verilən məlumata görə, tədbirdə Sabunçu rayonunun qəsəbələrində fəaliyyət göstərən 150-dək sahibkar iştirak edib. 

Həbibə/AZADİNFORM. “Samsung” “Apple” şirkətini iPad planşet kompüterləri və iPhone smartfonlarının hazırlanması zamanı 10 patent hüququnun pozulmasında günahlandıraraq ABŞ istehsalçısına qarşı cavab iddiası irəli sürüb.

Həbibə/AZADİNFORM. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “Aqua Vita”ya 2,5 milyon ABŞ dolları həcmində kredit ayırıb.
Həbibə Abdulla/AZADİNFORM. “Hazırda bir audit müqaviləsinin orta qiyməti 1500 manat civarındadır. Təəssüf ki, bu, çox aşağı rəqəmdir. Lakin qiymətlərin belə ucuz olması auditorla sifarişçi arasında bağlanan müqavilədən irəli gəlir”.

Həbibə Abdulla/AZADİNFORM. İl ərzində orta hesabla 3000 təsərrüfat subyektində audit həyata keçirilir. “Azadinform”un məlumatına görə, bunu Auditorlar Palatasının sədri Vahid Movruzov YAP-ın qərargahında keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu rəqəm qanunvericiliyin tələb etdiyi saydan qat-qat  aşağıdır:

Həbibə Abdulla/AZADİNFORM. 2011-ci ilin birinci rübündə 14631 vergi ödəyicisi tərəfindən qanunvericiliyin pozulması faktları aşkar edilərək müvafiq tədbirlər görülüb. “Azadinform” Vergilər Nazirliyinin Analitik informasiya şöbəsinə istinadən bildirir ki, hesabat dövründə 4874 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 1601 vergi ödəyicisi tərəfindən valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktları aşkarlanıb.
Həbibə Abdulla/AZADİNFORM. 2011-ci ilin birinci rübü ərzində büdcəyə 967,4 milyon manat proqnoza qarşı 1 milyard 161,5 milyon manat vəsait daxil olub, proqnoz 120,1 faiz yerinə yetirilib. “Azadinform” Vergilər Nazirliyinin Analitik infirmasiya şöbəsinə istinadən bildirir ki, dövlət büdcəsinə daxilolmalar ötən ilin müvafiq dövrünə nisbətən 152,0 milyon manat və ya 15,1 faiz artıb.

Həbibə Abdulla/AZADİNFORM. Bu il pambıq əkini 6 dəfədən də çox artıb.

 
Страница 538 из 542 << < 534 535 536 537 538 539 540 541 542 > >>
 Лента новостей
15.02.2019
14.02.2019
 Архив
«Фев.2019
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
    123
45678910
11121314151617
18192021222324
25262728   
 
© 2019 All right reserved www.azadinform.az Powered by Danneo