Həbibə/AZADİNFORM. “Mingəçevir Su Elektrik Stansiyaları Silsiləsi”ndə (SESS) yenidənqurma layihəsi çərçivəsində yeni Baş İdarə Şitinin tikintisinə başlanılıb.

Həbibə/AZADİNFORM. İran və Azərbaycan nəqliyyatçıları Astara (Azərbaycan) şəhərində görüş keçirib.

AZADINFORM. Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Dominik Stross Kan Nyu-Yorkdakı həbsxanaya köçürülür.

Həbibə/AZADİNFORM. Prezident İlham Əliyev “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramını təsdiqləyib.

Həbibə/AZADİNFORM. Prezident İlham Əliyev “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramını təsdiqləyib. “Azadinform” xəbər verir ki, proqramda son 5 ildə mütəşəkkil qiymətli kağızlar bazarında ticarət dövriyyəsinin 4,3 dəfə, o cümlədən, dövlət istiqrazları ilə ticarətin həcminin 6,7 dəfə, korporativ istiqrazlar ilə əməliyyatların həcminin 54 dəfə artdığı bildirilir.

Həbibə/AZADİNFORM. İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Şəki şəhərində “Şəki-Zaqatala iqtisadi rayonunda turizmin inkişaf perspektivləri” mövzusunda seminar keçirilib. “Azadinform” İİN-in mətbuat xidmətinə istinadən bildirir ki, tədbir “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” çərçivəsində baş tutub.

Həbibə/AZADİNFORM. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində bir neçə yeni standart qəbul edilib.

Həbibə/AZADİNFORM. “Günəşli” yatağındakı 6 nömrəli özüldə 421 nömrəli quyu qazmadan sonra istismara verilib.

 
Həbibə/AZADİNFORM. Londonda Azərbaycanın Böyük Britaniyadakı səfirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi, Avropa-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə “Azərbaycan-Qafqazın aparıcı iqtisadiyyatı. Azərbaycanın investisiya potensialı” mövzusunda biznes forum keçirilib.

Mübariz Aslanov/AZADİNFORM. Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, deputatlar Yevda Abramov, Mixail Zabelin, Ceyhun Osmanlı, Rasim Musabəyov və Asim Mollazadə “Rusiya-Azərbaycan: regionlararası əməkdaşlığın yeni üfüqlərinə doğru” mövzusunda keçiriləcək forumda iştirak etmək üçün sabah Rusiyanın Həştərxan şəhərinə səfər edəcəklər. Bu barədə məlumatı “Azadinform”a parlamentdən veriblər.

Həbibə/AZADİNFORM. Koreyanın Busan şəhərində Trans-Asiya Dəmir Yolları şəbəkəsi üzrə İşçi qrupunun ikinci iclası və Trans-Asiya Dəmir yolları şəbəkəsindən istifadənin inkişaf etdirilməsi üzrə seminar keçiriləcək.

Həbibə/AZADİNFORM. Aşqabad şəhərində Azərbaycan, Mərkəzi Asiya və Əfqanıstan iqtisadiyyatları üçün BMT-nin xüsusi Proqramı çərçivəsində beynəlxalq görüş keçiriləcək.

Həbibə/AZADİNFORM. TRASEKA nəqliyyat dəhlizi İtaliyada müzakirə ediləcək.

Həbibə/AZADİNFORM. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzi (AzTEST) ilk dəfə olaraq İSO 9001 və İSO 18001 standartları üzrə sertifikatlaşma həyata keçirib.

Həbibə/AZADİNFORM. 7-10 iyun tarixlərində, “Bakı Ekspo” sərgi mərkəzində Xəzəryanı regionun neft və qaz sahəsində ən böyük tədbiri olan “Caspian Oil and Gas” – 18-ci Beynəlxalq Xəzər Neft və Qaz, Neft Emalı və Neft Kimyası Sərgi və Konfransı keçiriləcək.

Həbibə/AZADİNFORM. Yanvar-aprel aylarında 62.8 milyon ton yük və 452.7 milyon nəfər sərnişin daşınıb. “Azadinform” Dövlət Statistika Komitəsinin ilin dörd ayının sosial-iqtisadi yekunlarına aid açıqlamasına istinadən xəbər verir ki, bu, 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə uyğun olaraq 5.4 və 6.1 faiz artım deməkdir.

Həbibə/AZADİNFORM. 2011-ci ilin dörd ayı ərzində əhalinin adambaşına gəlirləri 14.5 faiz artaraq 983.4 manata çatıb və onun 67.9 faizi son istehlaka, 8.1 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 22.4 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilib.

Həbibə/AZADİNFORM. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini Gəncə şəhərində keçirib. “Azadinform” İİN mətbuat xidmətinə istinadən bildirir ki, tədbirdə Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 200-dək sahibkar iştirak edib.

Həbibə/AZADİNFORM. May ayının 1-nə 260.7 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 20.9 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (qarğıdalısız), 14.2 min hektar sahədə dən üçün qarğıdalı, 53.3 min hektar sahədə kartof, 48.6 min hektar sahədə tərəvəz, 30.2 min hektar sahədə pambıq çiyidi, 20.1 min hektar sahədə bostan bitkiləri, 4.7 min hektar sahədə şəkər çuğunduru, 6.1 min hektar sahədə dən üçün günəbaxan və 550 hektar sahədə tütün əkilib.


Həbibə/AZADİNFORM. Bu ilin dörd ayı ərzində 9.8 milyard manatlıq, yaxud keçən ilin müvafiq dövründə olduğundan 0.9 faiz az sənaye məhsulu istehsal edilib.

 
Страница 533 из 543 << < 529 530 531 532 533 534 535 536 537 > >>
 Лента новостей
22.02.2019
21.02.2019
 Архив
«Фев.2019
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
    123
45678910
11121314151617
18192021222324
25262728   
 
© 2019 All right reserved www.azadinform.az Powered by Danneo