AZADİNFORM. Mərkəzi Bankın internet səhifəsi “Netty” müsabiqəsinin “İlin ən yaxşı dövlət səhifəsi” nominasiyası üzrə qalibi elan olunub. “Azadinform” xəbər verir ki,  müsabiqə Rabitə və İnformasiya  Texnologiyaları Nazirliyinin rəsmi dəstəyi ilə reallaşdırılıb. 

AZADİNFORM. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü ilə bağlı bəzi məsələlər hələ də həll olunmamış qalır. “Azadinform” xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.

AZADİNFORM. Mayın 26-27-də Buxarestdə AGRI layihəsində iştirak edən ölkələrin – Rumıniya, Azərbaycan, Macarıstan və Gürcüstanın iqtisadiyyat və enerji nazirləri arasında görüş, eləcə də bu layihənin icrası üçün yaradılmış AGRI LNG Co. şirkətinin İdarə Heyətinin növbəti toplantısının keçirilməsi nəzərdə tutulub.

AZADİNFORM. Bu gün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Cənubi Koreyanın Sınaqlar və Tədqiqatlar İnstitutu (KTR) ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzi (AzTEST) arasında Anlaşma Memorandumu imzalanıb.

AZADİNFORM.  Mərkəzi Bankın sədri Elman Rüstəmov Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru Əsəd Aləmin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZADİNFORM. Mərkəzi Bankın təşkilatçılığı ilə ölkədə ödəniş kartları bazarı və kart infrastrukturunun inkişafına yönəldilmiş tədbirlər çərçivəsində “Visa İnt.” beynəlxalq kart təşkilatı tərəfindən “Visa ödəniş kartları, Ticari ekvayrinq” mövzusunda kommersiya banklarının nümayəndələri üçün seminar keçirilib.

AZADINFORM. Rusiyanın məşhur “Yandeks” axtarış sisteminə 8,03 milyard dollar qiymət qoyulub. Kompaniyanın səhmlərinin bir ədədinə 25 dollar qiymət qoyulub. «Azadinform» «Vedemosti»yə istinadən xəbər verir ki, kompaniya öz səhmlərinin satışına «Nasdaq» birjasında bu gün Moskva vaxtı ilə saat 19.00-da başlayacaq.

AZADİNFORM. ARDNŞ prezidenti Rövnəq Abdullayevin sədrliyi ilə “ARDNŞ-nin 2025-ci ilədək Kompleks Perspektiv İnkişaf Planı”nın ilkin variantının təqdimatı keçirilib.

AZADİNFORM. Qazaxıstanın Astana şəhərində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Müdirlər Şurasının 20-ci illik toplantısı keçirilib. İqtisadi İnkişaf Nazirliyindən “Azadinform”a bildiriblər ki, tədbirə AYİB-in əməkdaşlıq etdiyi 61 ölkənin iqtisadiyyat, maliyyə və ticarət nazirləri, beynəlxalq maliyyə qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri, ümumilikdə isə 2000-dən çox iştirakçı qatılıb.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Bakı Biznes Mərkəzində “Monitorinq sisteminin təkmilləşdirilməsi: beynəlxalq təcrübə və onun Azərbaycanda tətbiqi” adlı seminar keçirilib.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Niderland işgüzar görüşü keçirilib.

Günel Əbilova/AZADİNFORM. Sabah Türkiyənin Telekommunikasiya Qurumunun rəhbəri Tayfun Acarer və İstanbul Ticarət Palatasının sədrinin köməkçisi Dursun Topçu Bakıya səfər edəcək. Bu barədə məlumatı “Azadinform”a Türkiyənin Azərbaycandakı səfirliyindən veriblər.

Mübariz Aslanov/AZADİNFORM. İqtisadi İnkişaf Nazirliyi tərəfindən sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının qorunması barədə qanun layihəsi hazırlanır. “Azadinform” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov bildirib.


AZADİNFORM. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu mayın 20-də Lökbatan qəsəbəsində “Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi” adlı tədbir keçirib.

Həbibə/AZADİNFORM. ARDNŞ prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri Bakı və Sumqayıt şəhərlərində “SOCAR” brendi altında fəaliyyət göstərəcək bir neçə yanacaqdoldurma məntəqəsinin (YDM), eləcə də “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunun ərazisində kimyaçıların yeni poliklinika binasının açılış mərasimlərində iştirak ediblər.

Həbibə/AZADİNFORM. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı ümumi çəkisi 220 kq-a yaxın olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub.

Həbibə ABDULLA/AZADİNFORM. Manatın dollara nisbətən məzənnəsinin möhkəmlənməsi və ya dolların manata nisbətən məzənnəsinin aşağı düşməsi dünya bazarında dolların məzənnəsinin başqa valyutalara nisbətən azalması ilə bağlıdır. Eyni zamanda bu, Mərkəzi Bankın yeritdiyi kəskin pul-kredit siyasətindən irəli gəlir”. “Azadinform”un məlumatına görə, bunu iqtisadçı ekspert Vüqar Bayramov son günlər dolların məzənnəsinin kəskin düşməsini şərh edərkən deyib.

Həbibə/AZADİNFORM. Dövlət Neft Şirkətinin yeni struktur bölməsi - “Nanotexnologiyalar” Elmi-İstehsalat Mərkəzi yaradılıb.

Həbibə/AZADİNFORM. Sumqayıt şəhəri, Azadlıq prospekti, 2 ünvanında Tahir Əhmədova məxsus istehsalat sahəsində bir sıra qənnadı məmulatlarının (kişmişli pryanik, marmelad, karamel və s.) 12 aprel 2011-ci il tarixinədək  müvafiq reseptura olmadan istehsal edilməsi, habelə həmin məhsulların yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin olunması səbəbindən bu sahibkar barəsində iş qaldırılıb.

Həbibə/AZADİNFORM. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Cənubi Koreyanın Sınaqlar və Tədqiqatlar İnstitutunun prezidenti Ço Gi Sonq ilə görüş olub.

 
Страница 524 из 536 << < 520 521 522 523 524 525 526 527 528 > >>
 Лента новостей
16.11.2018
15.11.2018
 Архив
«Ноя.2018
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
   1234
567891011
12131415161718
19202122232425
2627282930  
 
© 2018 All right reserved www.azadinform.az Powered by Danneo