Həbibə/AZADİNFORM. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsi Bakı şəhəri, II Alatava küçəsi, ev 2 ünvanında fəaliyyət göstərən fiziki şəxs Habil Mahmudova məxsus “Yeni” marketdə dövlət nəzarəti həyata keçirib. “Azadinform” komitənin mətbuat xidmətinə istinadən xəbər verir ki, araşdırma zamanı mağazada satılan “İsmayıllı” pendirindən götürülmüş nümunələrin Təcrübə-Sınaq Mərkəzində sınaqları aparılıb.

Həbibə/AZADİNFORM. Bu ilin birinci yarısında Azərbaycanda dəniz nəqliyyatında daşınmış yüklərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 12,6 faiz artaraq 6,2 milyon ton təşkil edib.

Həbibə/AZADİNFORM. Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) əsas inzibati binasında, 2 №-li xəzinə saxlancında, 5 regional mərkəzində və yeni yaradılacaq “Cash Center”də “Cash Menecment Sistemin” (CMS) tətbiq edilməsi üzrə açıq tender elan edir. “Azadinform” qurumun rəsmi internet səhifəsinə istinadən xəbər verir ki,  AMB üçün yaradılacaq CMS sistemi özündə aşağıdakı modulları və interfeysləri əks etdirməlidir:

Həbibə/AZADİNFORM. “Təmiz Şəhər” ASC ictimai ekoloji təlim-tərbiyə işlərinin aparılması, təhsil müəssisələrində mühazirələrin oxunması, sakinlərlə görüşlərin təşkil edilməsi və ətraf mühitin mühafizəsi sahəsində insanların biliklərinin artırılmasını davam etdirir.

Həbibə/AZADİNFORM. Azərbaycanda kredit təşkilatları tərəfindən qoyulan kreditlərin 61,1 faizi milli valyutadadır. “Azadinform” Mərkəzi Banka istinadən xəbər verir ki, bu il iyun ayının 1-nə kredit təşkilatları tərəfindən qoyulan kreditlərin 5 milyard 346 milyon manatı milli valyutadadır. Ötən ilin analoji dövründə bu göstərici 5 milyard 223 milyon 300 min manat təşkil edib.

Həbibə/AZADİNFORM. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “ExpressBank” ASC-nin hər birinin nominal dəyəri 231,13 manat olan 245 194 ədəd adi sənədsiz adlı səhmlərinin buraxılışı AZ100300540P qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

Həbibə/AZADİNFORM. “Günəşli” yatağında yeni quyular qazılmaqla yanaşı, fəaliyyətsiz fondda olan quyular da texniki tədbirlər aparılmaqla istismara qaytarılır.

Həbibə/AZADİNFORM. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinqlər keçirilib.

Həbibə/AZADİNFORM. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ərazi idarələri cari ilin 6 ayı ərzində 762 dövlət nəzarəti tədbiri həyata keçirib ki, bunlardan 267-si ərzaq məhsulları, 102-si qeyri-ərzaq məhsulları, 263-ü metroloji nəzarət, 130-u ticarət sahələrini əhatə edib.

Həbibə/AZADİNFORM. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən “Camal” Ltd şirkətinə verilən icrası məcburi göstəriş icra edilib.

Aytən İmanova/AZADİNFORM. Azərbaycan və Türkiyə “Şahdəniz-2” layihəsi üzrə təbii qazın alqı-satqısına dair müqavilənin hüquqi aspektləri barədə anlaşa bilmir. “Azadinform” xəbər verir ki, bu barədə Türkiyənin “Today’s Zaman” qəzetinə Dövlət Neft Şirkətinin (ARDNŞ) idarə rəisi Vaqif Əliyev bildirib.

Həbibə/AZADİNFORM. Bağlar elektrik şəbəkəsində (EŞ) cari ilin 6 ayı ərzində istehlak ötən ilin eyni dövründəki istehlaka nisbətən 3,8 milyon kilovatsaatdan artıq azalaraq 58 milyon kilovatsaata yaxın olub.

Həbibə/AZADİNFORM. “Tərxun” və “Düşes” istehsalçısına cərimə tətbiq edilib.

Həbibə/AZADİNFORM. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti “İstehlakçı hüquqlarının qorunması: reallıqlar, perspektivlər” mövzusunda növbəti tədbirini Daşkəsən rayonunda keçirib.

Həbibə/AZADİNFORM. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini Xocalı rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Goranboy rayonunun Ağcakənd qəsəbəsində keçirib. Nazirlikdən “Azadinform”a verilən məlumata görə, tədbirdə Xocalı rayonundan və Qarabağın işğal altında olan digər rayonlarından olan 120-dək məcburi köçkün iştirak edib.

Həbibə/AZADİNFORM. Kompleks Qazma İşləri Trestinin “Bayıl Limanı” Dəniz Kəşfiyyat Qazma İdarəsi “Günəşli” yatağında 2 yeni quyuda qazma işlərinə başlayıb. “Azadinform” Dövlət Neft Şirkətinə istinadən bildirir ki, 6-cı özüldəki 49 nömrəli quyunun layihə dərinliyi 3850 metrdir. Qirməki Altı Lay Dəstəsinə qazılan həmin quyudan sutkada 25 ton neft, 200 min kubmetr qaz hasil ediləcəyi gözlənilir.

Həbibə/AZADİNFORM. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən ərzaqla bağlı növbəti monitorinqlər keçirilib.

Həbibə/AZADİNFORM. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinqlər aparılıb.


Həbibə/AZADİNFORM. “Azərbaycan” İES-də cari ilin birinci yarımili ərzində 2,9 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilərək plan tapşırığına 100,4 faiz əməl olunub. “Azadinform” “Azərenerji” ASC-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu müddət ərzində stansiyada elektrik enerjisinin xüsusi sərfi, həmçinin elektrik və istilik enerjisinin buraxılışına şərti yanacağın xüsusi sərfi üzrə də plan yerinə yetirilib.

Həbibə/AZADİNFORM. 2011-ci il iyunun 1-nə Azərbaycanda banklar tərəfindən quraşdırılmış bankomatların sayı 1 960 ədəd təşkil edib ki, bu da cari ilin əvvəlinə olan göstəricidən 3,6 faiz çoxdur. “Azadinform” Mərkəzi Bankın məlumatına istinadən bildirir ki, iyunun 1-nə Bakıda 1 086 (artım 3,1 faiz), regionlarda 874 bankomat (artım 4,2 faiz) quraşdırılıb.

 
Страница 507 из 536 << < 503 504 505 506 507 508 509 510 511 > >>
 Лента новостей
16.11.2018
15.11.2018
 Архив
«Ноя.2018
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
   1234
567891011
12131415161718
19202122232425
2627282930  
 
© 2018 All right reserved www.azadinform.az Powered by Danneo