Həbibə/AZADİNFORM. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq həyata keçirilib.

Həbibə/AZADİNFORM. Azərbaycanla Rusiya arasında Bakı-Novorossiysk boru kəməri üzrə əlavə neftin nəql edilməsi və qaz tədarüklərinin artırılması ilə bağlı məsələlərin müzakirəsinə başlanılıb. “Azadinform” xəbər verir ki, danışıqların nəticəsi kimi Rusiyaya mavi qaz ixracatının 3 mlrd. kubmetrə çatdırılması gözlənilir.

Həbibə/AZADİNFORM. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti rəqabəti pozduğu üçün sahibkarı cərimələyib.

Həbibə/AZADİNFORM. Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) çəkiliş qrupu Azərbaycana gəlib. Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı daimi nümayəndəliyindən “Azadinform”a verilən məlumata görə, səfərin məqsədi CAREC Proqramı haqda sənədli film çəkməkdir. Sənədli film bu ilin noyabrında CAREC Proqramının Bakıda keçiriləcək Nazirlər Konfransında nümayiş etdiriləcək. Film son 10 ildə proqramın əldə etdiyi nailiyyətləri göstərəcək.

Həbibə/AZADİNFORM. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2011-ci ilin I yarısında üzv ölkələrdə layihələrin maliyyələşdirilməsi üçün 3,5 milyard avro ayırıb. “Azadinform” xəbər verir ki, bu barədə bankın saytında məlumat yerləşdirilib. Məlumatda bildirilir ki, 2011-ci ilin I yarısında bank 161 layihə maliyyələşdirib. Ötən ilin analojı dövründə bu rəqəm 154 olub. 

Həbibə/AZADİNFORM. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Bakı şəhərinin Binəqədi rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

Həbibə/AZADİNFORM. “Neft Daşları” yatağındakı 2521 nömrəli platformadan 2 yeni quyu qazmadan istismara verilib. “Azadinform” Dövlət Neft Şirkətinin rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, 2522 nömrəli quyu 1379-1367 metr intervaldan, 2524 nömrəli quyu isə 1219-1214 metr intervaldan sutkada 5 ton neft hasilatı ilə işləyir.

Həbibə/AZADİNFORM. Kürdəmir elektrik şəbəkəsində (EŞ) cari ilin 6 ayı ərzində 58,3 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilib ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 2,5 milyon kilovatsaat azdır.

Həbibə/AZADİNFORM. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlərini keçirib.

Həbibə/AZADİNFORM. Saxta “Düşes” və “Tərxun” limonadları istehsal edən sahibkar cərimələnib. “Azadinform” İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə istinadən xəbər verir ki, bir müddət əvvəl Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində “Aslan” MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı “Düşes” və “Tərxun” alkoqolsuz içkilərinin, albalı və şaftalı meyvə nektarlarının müvafiq reseptura olmadan istehsal edilməsi, habelə “Düşes” və “Tərxun” alkoqolsuz içkilərinin yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin olunması səbəbindən bu təsərrüfat subyekti barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Həbibə/AZADİNFORM. Rusiyanın nüfuzlu “Novaya qazeta” qəzeti 17 iyul 2011-ci il tarixli sayında Sergey Kanevin “Çekistin ölümü” yazısında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov barəsində yol verdiyi ciddi səhvə görə üzr istəyib.

Həbibə/AZADİNFORM. İqtisadi İnkişaf Nazirliyi yüksək keyfiyyətli taxıl və toxum istehsalı üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə dair təkliflərin qəbuluna başlayıb.

Həbibə/AZADİNFORM. 2011-ci ilin birinci yarımilliyi ərzində Vergilər Nazirliyinin 195 telefon-məlumat xidməti tərəfindən 123.944 müraciət, o cümlədən canlı əlaqə zamanı müfəttiş-operatorlar tərəfindən 58.305, elektron operator tərəfindən 65.639 müraciət cavablandırılıb.

Atif Eyvazov/AZADİNFORM. Xaricdə təhsil alıb Azərbaycana qayıdan gənclər barəsində məlumat toplanılması və onların işlə təmin edilməsi üçün İqtisadi İnkişaf Nazirliyində müvafiq bölmənin yaradılması nəzərdə tutulub.

AZADİNFORM. Taylandın Banqkok şəhərində BMT-nin Asiya-Sakit Okean İqtisadi Komissiyasının (UNESCAP) ekspert qrupunun görüşü keçirilir. Görüşdə Nəqliyyat Nazirliyinin nümayəndəsi də iştirak edir.

 
AZADİNFORM. Muzdla işləyənlərin orta aylıq əmək haqqı yanvar-may aylarında 10.7 faiz artaraq 351.3 manata çatıb. Dövlət Statistika Komitəsindən “Azadinform”a verilən məlumata görə, sənaye, tikinti, nəqliyyat və s. sahələrdə işləyənlərin əmək haqqı daha yüksək olub və yanvar-may ayları ərzində sənayedə çalışanların orta aylıq əmək haqqı 520.3 manat, tikinti kompleksində işləyənlərin əmək haqqı 512.4 manat təşkil edib.

AZADİNFORM. Aqrar bölmədə yaz tarla işləri başa çatıb. İyun ayının 22-nə kimi 397.3 min hektar sahədə yazlıq bitkilərin əkini aparılaraq 29.7 min hektar sahədə dənli və dənli paxlalılar, 33.6 min hektar sahədə dən üçün qarğıdalı, 80.8 min hektar sahədə tərəvəz, 65.1 min hektar sahədə kartof, 42.8 min hektar sahədə pambıq, 33.2 min hektar sahədə bostan bitkiləri, 7.3 min hektar sahədə şəkər çuğunduru, 10.8 min hektarda dən üçün günəbaxan, 1435 hektar sahədə tütün və s. əkilib.

Adəm Abbaslı/AZADİNFORM. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti “Dədə Qorqud” Müstəqil Kiçik Müəssisəsinin, “Rah-96” və “Qranit” firmalarının istehsal etdiyi dondurmaların satışını qadağan edib.

AZADİNFORM. Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən yanvar-iyun aylarında 99.6 milyon ton, yaxud keçən ilin müvafiq dövrünə nisbətən 5.7 faiz çox yük, 699.4 milyon nəfər və ya 6.5 faiz çox sərnişin daşınıb.

Mübariz Aslanov/AZADİNFORM. Avropaya Azərbaycan qazının nəqli ilə bağlı Türkiyə ilə qaz tranzit müqaviləsi üzrə danışıqlar yaxın zamanlarda başa çatdırılacaq.

 
Страница 506 из 534 << < 502 503 504 505 506 507 508 509 510 > >>
 Лента новостей
19.10.2018
 Архив
«Окт.2018
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
1234567
891011121314
15161718192021
22232425262728
293031    
 
© 2018 All right reserved www.azadinform.az Powered by Danneo