Həbibə/AZADİNFORM. Yardımlı  elektrik şəbəkəsində (EŞ) cari ilin 5 ayı ərzində 4,7 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilib. “Azadinform” “Azərenerji” ASC-nin Mətbuat xidmətinə istinadən bildirir ki, bu, ötən ilin müvafiq dövründəki istehlakdan 570 min kilovatsaat azdır.

Həbibə/AZADİNFORM. Bu il iyunun 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 592,1 min nəfər olub ki, onlardan 4 336,6 min nəfərini iqtisadiyyatın və sosial bölmənin müxtəlif sahələrində məşğul olanlar təşkil edib.

Həbibə/AZADİNFORM. Azərbaycanda neft hasilatının aşağı düşməsi sırf texniki səbəblərlə bağlıdır. “Azadinform”un məlumatına görə, bunu neft hasilatının azalmasını şərh edərkən Dövlət Neft Şirkətinin prezidentin Rövnəq Abdullayev deyib.

Həbibə/AZADİNFORM. Müştərilərin müraciət imkanlarının genişləndirilməsi, onları maraqlandıran sualların operativ cavablandırılması məqsədilə “KapitalBank”ın “196” nömrəli müştəri xidməti (“Call Centre”) yenilənib.

Həbibə/AZADİNFORM. Beynəlxalq Valyuta Fondunun (BVF) ekspertləri dünya iqtisadiyyatını təhlükəyə məruz qoyan risklərin səviyyəsinin artdığı barədə həyəcan təbili çalır.

AZADİNFORM. Azərbaycanın ilk mobil operatoru olan Bakcell şirkəti böyük məmnuniyyətlə müştərilərinə növbəti yay sürprizini təqdim edir. Şirkət abunəçilərinə yay gecələrində qeyri-pik saatlarında tamamilə pulsuz danışmaq imkanını yaradan “Yatma, danış”kampaniyasına start verib. “Yatma, danış”kampaniyasına qoşulmaq çox sadədir.

Həbibə/AZADİNFORM. Sahibkarlığa Kömək Milli Fondu Bakının Binə, Bakıxanov və Lökbatan qəsəbələrindən sonra növbəti tədbiri iyunun 17-də Hövsan qəsəbəsində keçirib. “Azadinform”un məlumatına görə, tədbirdə Suraxanı rayonunda fəaliyyət göstərən 150-dək sahibkar iştirak edib.
Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına maliyyələşdirilmiş Abşeron rayonunun Məhəmmədi kəndindəki "Nəzər" KTM müəssisəsinin inşa etdirdiyi illik istehsal gücü 10 milyon ədəd damazlıq yumurta olan quşçuluq təsərrüfatında aparılan tikinti işlərinə və “Baxçasaray” MMC-nin inşa etdirdiyi illik istehsal gücü 8 milyon ədəd dekorativ bitkilər olan istixana təsərrüfatında aparılan son tamamlama işlərinə baxış keçirilib.

 

Atif Eyvazov/AZADİNFORM. “Azərbaycan özünü meyvə-tərəvəzlə yüz faizdən də artıq təmin edir. Düşünürəm ki, bu gün Azərbaycana meyvə-tərəvəzin gəlməsi lazım deyil”.

Həbibə/AZADİNFORM. Son beş ayda 12,4 milyard manatlıq sənaye məhsulu istehsalı və sənaye müəssisələrində xidmət qeydə alınıb. “Azadinform” Dövlət Statistika Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hesabat dövründə neft və qaz hasilatı sənayesində azalma, qeyri-neft sahələrində isə 10,6 faizlik artım olub.

Elvin Xəzər/AZADİNFORM. Xarici işlər naziri Elmar Məmmədyarov İspaniya Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin Sahibkarlar Konfederasiyaları Təşkilatında (İSKT) aparıcı şirkətlərin nümayəndələri ilə görüşüb. Bu barədə məlumatı “Azadinform”a XİN-nin mətbuat xidmətindən veriblər.

Həbibə/AZADİNFORM. Dövlət Neft Şirkəti (ARDNŞ) və Dünya Bankının təşkilatçılığı ilə Bakıda “Səmt qazın yandırılmasının azaldılması və utilizasiyası üzrə Azərbaycan təcrübəsi” mövzusunda beynəlxalq konfrans işə başlayıb. “Azadinform” xəbər verir ki, konfransda şirkətin ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayevin təbrik məktubunu səsləndirib.

Həbibə/AZADİNFORM. Hazırda Bakının bütün rayonları və Azərbaycanın beş region rayonu daxil olmaqla smart-kart tipli sayğacla təmin olunmuş abonentlərin sayı 150 mindən artıqdır.

AZADİNFORM. Kənd Təsərrüfatı Nazirliyi üzümçülüyün inkişafı ilə bağlı İqtisadi İnkişaf Nazirliyi ilə birgə konkret layihələr həyata keçirir. “Azadinform” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev bildirib.

AZADİNFORM. İyunun 20-də Asiya İnkişaf Bankının (AİB) Nəqliyyat mütəxəssisi Reddy Bathula Balabhaskaranın rəhərlik etdiyi missiya AİB-in maliyyələşdirdiyi Masallı-Astara yolunun tikintisinin hazırkı vəziyyətini qiymətləndirmək üçün Azərbaycana gələcək. Bu barədə məlumatı “Azadinform”a AİB-in Bakı nümayəndəliyindən veriblər.

AZADİNFORM. Azərbaycanın ilk mobil operatoru olan Bakcell şirkəti böyük məmnuniyyətlə Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının əlilliyi olan uşaqlara yönəlmiş layihəsinin genişləndirilməsinə dəstək məqsədilə keçirdiyi SMS kampaniyasının nəticələrini elan edir. Bakı Avropa Liseyinin nəzdində yerləşən Yasamal İcma Əsaslı Reabilitasiya Mərkəzində (İƏRM) keçirilmiş tədbirdə Bakcell şirkəti UAFA təşkilatına 46 000 AZN məbləğində “Böyük çek”i  təqdim edib.

Həbibə/AZADİNFORM. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Həbibə/AZADİNFORM. Bakıda yararsız “Düşes” və “Tərxun” limonadları istehsal edən sahibkar cərimələnib.

Həbibə/AZADİNFORM. Yaxın illərdə 112 kilometrlik Şirvan-İmişli yolu yenidən qurulacaq. “Azadinform”un məlumatına görə, bunu “Azəryolservis” ASC-nin rəhbəri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, həmçinin Hacıqabul-Kürdəmir yolunda da ikinci zolağın tikintisinə başlanacaq:

Həbibə/AZADİNFORM. Dünya qazma praktikasında ilk dəfə olaraq ARDNŞ-nin alim və mütəxəssisləri tərəfindən “NanoNeft”, “NanoBitum”, “NanoYağ”, “NanoQudron” və stasionar özüllərdə dizel mühərriklərinin işlənmiş yağları əsasında “NanoMAY” sistemləri yaradılıb. “Azadinform” şirkətin mətbuat xidmətinə istinadən bildirir ki, bu sistemlər Bakı və Abşeron arxipelaqlarında yerləşən “Qum adası”, “Günəşli”, “Bibheybət”, “Balaxanı”, “Neft Daşları”, “Pirallahı” yataqlarında 20-yə qədər neft və qaz quyusunun qəza və mürəkkəbləşmələrsiz qazılmasında tətbiq edilib, iqtisadiyyatda multiplikator effekti alınıb.

 Həbibə/AZADİNFORM. Ziya Bünyadov prospektində aparılan yenidənqurma işləri 2012-ci ilin axırına, 2013-cü ilin ortalarına başa çatacaq. “Azadinform”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Azəryolservis” ASC-nin rəhbəri Cavid Qurbanov deyib.

 
Страница 504 из 524 << < 500 501 502 503 504 505 506 507 508 > >>
 Лента новостей
16.07.2018
13.07.2018
 Архив
«Июл.2018
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     
 
© 2018 All right reserved www.azadinform.az Powered by Danneo