Həbibə Abdulla/AZADİNFORM. 11-14 aprel 2011-ci il tarixlərində Fransanın Strasburq şəhərində Avropa Şurasının Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) növbəti 35-ci plenar iclası keçirilib.

Elvin Xəzər/AZADİNFORM. "AXA MBASK" sığorta şirkəti öz ətrafında 30-dan artıq ölkənin işgüzar dairəsini cəmləşdirən "Xəzər İnteqrasiya İşgüzar Klubu"nun (Caspian Integration Business Club) beynəlxalq "Caspian Energy Integration Award-2011" mükafatına layiq görülüb.

Həbibə Abdulla/AZADİNFORM. Dünyanın ən iri internet şirkəti olan Google-un 2011-ci ilin birinci rübü ərzində əldə etdiyi təmiz mənfəət 2,3 milyard ABŞ dolları təşkil edib. Rabitə və İnformasiya Nazirliyinin rəsmi internet saytı “RİA Novosti”yə istinadən bildirir ki, bu, ötən ilin həmin dövründəki göstəricidən 14,8 faiz çox deməkdir:

Həbibə Abdulla/AZADİNFORM. 2011-ci ilin birinci rübündə ümumi daxili məhsul (ÜDM) istehsalı 1.6 faiz artaraq 10.4 milyard manata çatıb. “Azadinform”un məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Həbibə Abdulla/AZADİNFORM. Əhalinin banklara qoyduğu əmanətlərin məbləği keçən ilin müvafiq dövrü ilə müqayisədə 29.7 faiz artaraq mart ayının 1-nə 3.1 milyard manata çatıb. Milli valyuta ilə vəsait qoyuluşu 44.5 faiz, xarici valyuta ilə 18.8 faiz artaraq müvafiq olaraq 1.5 milyard və 1.6 milyard manat olub.

Aytən İmanova/AZADİNFORM. Əvvəlki sistemlə pensiyaya çıxan şəxslərin pensiya məbləği ilə yeni sistemlə pensiyaya çıxan vətəndaşların aldığı məbləğ arasındakı fərq aradan qalxacaq. AZADİNFORM xəbər verir ki, bu barədə açıqlamanı Dövlət Müdafiə Sosial Fondunun rəhbəri Səlim Müslümov bildirib. O, əvvəlki sistemlə pensiyaya çıxan şəxslərin 102 manat, 2006-2009-cu illərdə pensiyaya çıxanların 122 manat, 2010-cu ildə təqaüdə çıxanların aldığı məbləğin isə 150 manat olduğunu qeyd edib. “Biz bütün sistemi vahid prinsipə gətirməliyik. Bu gün pensiyaya çıxan istənilən şəxs öz pensiyasının məbləğini öyrənən zaman 3 elementi görəcək: 85 manatlıq baza hissə, 2006-cı ilə qədər neçə il stajı varsa hər ilə görə 1 manat 93 qəpik, 2006-cı ildən sonra öz fərdi hesabına yığdığı məbləğ 144-ə bölünür və toplanaraq pensiyası tamamlanır. 2006-cı ilə qədər 30 il iş stajı varsa, o rəqəm vurulur 1.93-ə, təqribən 58 manat edir və üstünə 85 manat, eləcə də fərdi hesabına yığdığı məbləğ 144-ə bölünəndən sonra alınan rəqəm əlavə edilir” - deyə sədr söyləyib. Onun dediklərinə əsasən, 2006-cı ilə qədər pensiyaya çıxanların sonuncu iki ilinin orta əməkhaqqı götürülürdü və 50 %-i verilirdi. O, həmçinin həmin dövrdə orta əməkhaqqının 113 manat olduğunu bildirib və indi əməkhaqlarının artdığını vurğulayaraq, buna uyğun pensiya məbləğinin də artdığını söyləyib: “Biz pensiyaların məbləğini staja görə hesablayacağıq və indiki aldığı məbləğ əvvəlkindən çoxdursa, indiki saxlanılacaq, azdırsa, yeni məbləğ götürüləcək. Bunun üzərində ciddi işlər gedir, ilkin hesablamalarımıza görə bir il ərzində büdcədən təqribən 400 milyon manat məbləğində vəsait tələb olunacaq”.

Aytən İmanova/AZADİNFORM. “Bizim Türkiyə və Ukrayna ilə sosial təminatın ən mühüm sahəsi hesab olunan pensiya təminatında hər hansı bir problem yaşanmır. Bağladığımız ölkələrarası müqaviləyə görə, Türkiyədə çalışıb Azərbaycana gəlmiş şəxslər, həmçinin Azərbaycanda çalışıb Türkiyəyə gedən vətəndaşların iş dönəmi bizdə də, Türkiyədə də staj müddəti hesab olunur. Məbləğin tutumu isə fərdi hesabatda toplanmış məbləğə bağlıdır”.

Həbibə Abdulla/AZADİNFORM. Azərbaycanda Avropa İttifaqının (Aİ) Qonşuluq Siyasəti çərçivəsində “Kompyuter əsaslı audit sistemi sahəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstəyin göstərilməsi” Tvinninq layihəsi həyata keçirilir. AZADINFORM-un məlumatına görə, bu gün layihənin “Hyatt Regency” otelində təqdimatı keçirilib.

Həbibə Abdulla/AZADİNFORM. Azərbaycanda Vergi Məcəlləsinə dəyişikliklər hazırlanır. AZADİNFORM xəbər verir ki, bu barədə jurnalistlərin suallarını cavablandırarkən vergilər naziri Fazil Məmmədov bildirib.

Həbibə Abdulla/AZADİNFORM. “Dövlət məmurları tərəfindən gəlir bəyannamələrinin təqdim olunması ilə bağlı prosedur hələ hazır deyil”.

Həbibə Abdulla/AZADİNFORM. “Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin I rübündə vergi proqnozları artıqlaması ilə yerinə yetirilib”.

Həbibə Abdulla/AZADİNFORM. “Vergilər Nazirliyində vergi ödəyicilərinin və təsərrüfat subyektlərinin (obyektlərinin) pasportlaşdırılması hələ başa çatmayıb. Bu prosesin may ayının sonuna qədər başa çatdırılması planlaşdırılırdı, amma hesab edirəm ki, bu müddətdə biz bunu başa çatdıra bilməyəcəyik”.

Həbibə Abdulla/AZADİNFORM. Bu gün Bakı Biznes Mərkəzində Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti Andrey Kondakovun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində yerli sahibkarlarla işgüzar görüşü keçirilib.

Həbibə Abdulla/AZADİNFORM. 2011-ci ilin yanvar-fevral aylarında 102 xarici dövlətlə 4,7 milyard ABŞ dolları məbləğində ticarət əməliyyatları aparılıb. Xəbəri AZADİNFORM-a Dövlət Statistika Komitəsindən veriblər.

Həbibə Abdulla/AZADİNFORM. “2011-ci ilin birinci rübü ərzində bütün maliyyə mənbələrindən əsas kapitala 1,8 milyard manat və ya əvvəlki ildəkindən 2,5 faiz çox investisiya yönəldilib. Bu vəsaitin 1043,4 milyon manatı tikinti-quraşdırma işlərində istifadə edilib”. Bu barədə məlumatı AZADİNFORM-a Dövlət Statistika Komitəsindən verilib.

Həbibə Abdulla/AZADİNFORM. 2011-ci ilin birinci rübündə ölkə üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 2010-cu ilin müvafiq dövrünə nisbətən 9,2 faiz artaraq 3,8 milyard manata çatıb.

Həbibə Abdulla/AZADİNFORM. Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına xəbərdarlıqla çıxış edib. Nazirliyin saytında yerləşdirilən xəbərdarlıq mətnində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilən “Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” xatırladılır. Daha sonra qeyd olunur ki,  “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun

Elvin Xəzər/AZADİNFORM. Cari ilin birinci rübündə Dövlət Gömrük Komitəsi üzrə proqnozlaşdırılan 240 mln. manata qarşı aparılan idxal-ixrac əməliyyatlarından 240,6 mln. manat gömrük ödənişləri toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub, proqnoza 100,2 faiz əməl edilib. AZADİNFORM xəbər verir ki, bu barədə məlumatı Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev verib.

Həbibə Abdulla/AZADİNFORM. “Cari ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 2 milyard 768 milyon manat və ya 118,0 faiz yerinə yetirilib, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,2 faiz çox olub”. Bunu Prezident İlham Əliyevin rəhbərliyi ilə hökumətin 2011-ci ilin I rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nailə İsmayılova/AZADİNFORM. Beynəlxalq Energetika Agentliyi bəyan edib ki, neftin bir bareli üçün qiymətin 100 ABŞ dollarından yüksək olması dünya iqtisadiyyatının inkişafına maneçilik yaradır. Dünyada işgüzar aktivliyin artması faktını nəzərə alan Beynəlxalq Energetika Agentliyi  proqnozlaşdırır ki, yanacağa olan tələbat illik 1,6 faiz (sutkada 89,4 milyon barelə qədər) artacaq.

 
Страница 503 из 504 << < 499 500 501 502 503 504 > >>
 Лента новостей
19.10.2017
18.10.2017
17.10.2017
 Архив
«Окт.2017
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     
 
© 2017 All right reserved www.azadinform.az Powered by Danneo