Həbibə Abdulla/AZADİNFORM. Azərbaycanda Avropa İttifaqının (Aİ) Qonşuluq Siyasəti çərçivəsində “Kompyuter əsaslı audit sistemi sahəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstəyin göstərilməsi” Tvinninq layihəsi həyata keçirilir. AZADINFORM-un məlumatına görə, bu gün layihənin “Hyatt Regency” otelində təqdimatı keçirilib.

Həbibə Abdulla/AZADİNFORM. Azərbaycanda Vergi Məcəlləsinə dəyişikliklər hazırlanır. AZADİNFORM xəbər verir ki, bu barədə jurnalistlərin suallarını cavablandırarkən vergilər naziri Fazil Məmmədov bildirib.

Həbibə Abdulla/AZADİNFORM. “Dövlət məmurları tərəfindən gəlir bəyannamələrinin təqdim olunması ilə bağlı prosedur hələ hazır deyil”.

Həbibə Abdulla/AZADİNFORM. “Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin I rübündə vergi proqnozları artıqlaması ilə yerinə yetirilib”.

Həbibə Abdulla/AZADİNFORM. “Vergilər Nazirliyində vergi ödəyicilərinin və təsərrüfat subyektlərinin (obyektlərinin) pasportlaşdırılması hələ başa çatmayıb. Bu prosesin may ayının sonuna qədər başa çatdırılması planlaşdırılırdı, amma hesab edirəm ki, bu müddətdə biz bunu başa çatdıra bilməyəcəyik”.

Həbibə Abdulla/AZADİNFORM. Bu gün Bakı Biznes Mərkəzində Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti Andrey Kondakovun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində yerli sahibkarlarla işgüzar görüşü keçirilib.

Həbibə Abdulla/AZADİNFORM. 2011-ci ilin yanvar-fevral aylarında 102 xarici dövlətlə 4,7 milyard ABŞ dolları məbləğində ticarət əməliyyatları aparılıb. Xəbəri AZADİNFORM-a Dövlət Statistika Komitəsindən veriblər.

Həbibə Abdulla/AZADİNFORM. “2011-ci ilin birinci rübü ərzində bütün maliyyə mənbələrindən əsas kapitala 1,8 milyard manat və ya əvvəlki ildəkindən 2,5 faiz çox investisiya yönəldilib. Bu vəsaitin 1043,4 milyon manatı tikinti-quraşdırma işlərində istifadə edilib”. Bu barədə məlumatı AZADİNFORM-a Dövlət Statistika Komitəsindən verilib.

Həbibə Abdulla/AZADİNFORM. 2011-ci ilin birinci rübündə ölkə üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 2010-cu ilin müvafiq dövrünə nisbətən 9,2 faiz artaraq 3,8 milyard manata çatıb.

Həbibə Abdulla/AZADİNFORM. Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına xəbərdarlıqla çıxış edib. Nazirliyin saytında yerləşdirilən xəbərdarlıq mətnində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilən “Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” xatırladılır. Daha sonra qeyd olunur ki,  “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun

Elvin Xəzər/AZADİNFORM. Cari ilin birinci rübündə Dövlət Gömrük Komitəsi üzrə proqnozlaşdırılan 240 mln. manata qarşı aparılan idxal-ixrac əməliyyatlarından 240,6 mln. manat gömrük ödənişləri toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub, proqnoza 100,2 faiz əməl edilib. AZADİNFORM xəbər verir ki, bu barədə məlumatı Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev verib.

Həbibə Abdulla/AZADİNFORM. “Cari ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 2 milyard 768 milyon manat və ya 118,0 faiz yerinə yetirilib, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,2 faiz çox olub”. Bunu Prezident İlham Əliyevin rəhbərliyi ilə hökumətin 2011-ci ilin I rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nailə İsmayılova/AZADİNFORM. Beynəlxalq Energetika Agentliyi bəyan edib ki, neftin bir bareli üçün qiymətin 100 ABŞ dollarından yüksək olması dünya iqtisadiyyatının inkişafına maneçilik yaradır. Dünyada işgüzar aktivliyin artması faktını nəzərə alan Beynəlxalq Energetika Agentliyi  proqnozlaşdırır ki, yanacağa olan tələbat illik 1,6 faiz (sutkada 89,4 milyon barelə qədər) artacaq.

Mübariz Aslanov/AZADİNFORM. Hazırda Bakı-Tbilisi-Qars dəmiryol nəqliyyatının yaradılması çərçivəsində Gürcüstandan keçən hissədə bərpa və tikinti işlərinin başlanması ilə əlaqədar Azərbaycan tərəfindən əlavə maliyyələşdirmənin ayrılması məsələsinə baxılır. AZADİNFORM xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

Mübariz Aslanov/AZADİNFORM. Kənd təsərrüfatı ilə bağlı “Kooperasiya haqqında” AR Qanun layihəsi qəbul edilə bilər. AZADİNFORM xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev bildirib.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Bakı Biznes Mərkəzində Azərbaycan və İordaniya arasında ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın II iclası keçirilib.

AZADİNFORM. London qəzetlərində Britaniya bank sistemindəki islahatların konsepsiyası dərc edilib. Sənəd hökumətin sifarişi ilə tanınmış iqtisadçı Con Vikersin rəhbərliyi altında fəaliyyət göstərən Banklar üzrə Müstəqil Komissiya tərəfindən hazırlanıb.

Elvin Xəzər/AZADİNFORM. Bu gün Bakı Biznes Tədris Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Korporativ İdarəetmə Standartları ilə bağlı sayca 4-cü tədbir keçirilib.

Nailə İsmayılova/Azadinform. Beynəlxalq Valyuta Fondu (BVF) 2011 və 2012-ci illər üçün dünya iqtisadiyyatının yüksəlişi ilə bağlı yanvar ayında verdiyi proqnozunu dəyişməyib. Cari ildə iqtisadi artım 4,4, gələn isə 4,5 faiz olacaq.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyası (ASK) ilə İordaniya Haşimilər Krallığının Sənaye Palatası arasında Anlaşma Memorandumu imzalanıb. AZADİNFORM xəbər verir ki, Memorandum Bakıda Azərbaycan və İordaniya iş adamları arasında keçirilən işgüzar görüş çərçivəsində imzalanıb.

 
Страница 501 из 502 << < 497 498 499 500 501 502 > >>
 Лента новостей
28.06.2017
27.06.2017
26.06.2017
24.06.2017
23.06.2017
 Архив
«Июн.2017
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
   1234
567891011
12131415161718
19202122232425
2627282930  
 
© 2017 All right reserved www.azadinform.az Powered by Danneo