Mübariz Aslanov/AZADİNFORM. Mayın 24-25-də Bakıda Regional Rabitə Birliyinin (RRB) Rabitə sektoru komissiyasının 27-ci iclası keçiriləcək.

Atif Eyvazov/AZADİNFORM. Ombudsman  Elmira Süleymanovanın təşəbbüsü ilə ənənəvi olaraq mayın 18-dən iyunun 18-dək respublikamızda İnsan Hüquqları aylığı keçirilir. Ombudsman Aparatından “Azadinform”a verilən məlumata görə,  aylığın məqsədi il ərzində insan hüquqları sahəsində əldə edilən nailiyyətləri və problemlərin həlli yollarını müəyyənləşdirməkdir.

Mübariz Aslanov/AZADİNFORM. “Əmək pensiyaları haqqında” Qanunda dəyişikliklər təsdiq olunduqdan sonra, Azərbaycanda pensiyaya çıxmış şəxslərin orta aylıq pensiya haqqı 40% artacaq. “Azadinform” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Milli Məclisin (MM) Sosial siyasət və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib. “Azadinform” xəbər verir ki, iclasda üç məsələ müzakirə olunub.

Həbibə/AZADİNFORM. “Bakcell” şirkəti “70 gün ərzində bir Porsche Cayenne və 79 000 manat qazan!” kampaniyasının qaliblərini elan edib. “Azadinform” xəbər verir ki, uduşda olan “Porsche Cayenne”ni Elxan Köçərli adlı “Bakcell” abunəçisi qazanıb.

Həbibə/AZADİNFORM. Ötən il fəaliyyət göstərmiş turizm müəssisələrinin sayı 2009-cu illə müqayisədə 2 vahid artaraq 126-ya çatıb, onların gəlirləri 1,2 milyon manat, yaxud 6,9 faiz artaraq 19,1 milyon manat təşkil edib.

Aytən İmanova/AZADİNFORM. Əgər dövlət qurumlarının fəaliyyəti haqqında mətbuata, cəmiyyətə birbaşa açıqlama verilmirsə, bu o demək deyil ki, onlar araşdırılmır. Onlar araşdırılır və müvafiq tədbirlər görülür. “Azadinform” xəbər verir ki, bu barədə Prezident Admistrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Mübariz Aslanov/AZADİNFORM. Bundan sonra Naxçıvan Muxtar Respublikasında (MR) Ali Məhkəmənin hakimlərini Azərbaycan Prezidenti yox, Milli Məclisi təyin edəcək. “Azadinform” xəbər verir ki, bu, Milli Məclisdə təsdiq olunan Naçıvan MR-nın Konstitusiyasına dəyişikliklərdə nəzərdə tutulub.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Cənubi Koreyanın paytaxtı Seul şəhərində 7-ci Ümumdünya informasiya və kommunikasiya sammiti işə başlayıb. “Ağıllı cəmiyyət və mobil inqilab” şüarı altında keçirilən builki sammitdə Azərbaycanı rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə təmsil edir.

Mübariz Aslanov/AZADİNFORM. Səhiyyə Nazirliyi Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) əməkdaşlıq əsasında Azərbaycanda 2011-2020-ci illərdə Yol Hərəkəti Təhlükəsizliyinin Təmin Edilməsi üzrə Onillik Fəaliyyət üçün Milli Koordinatorluq yaradılıb. Bu barədə məlumatı “Azadinform” ÜST-nin Bakı nümayəndəliyindən veriblər.

Elvin Xəzər/AZADİNFORM. Azərbaycanın ABŞ-dakı səfirliyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Discovery Science kanalının Bakıda tikilməkdə olan Heydər Əliyev Mədəniyyət Mərkəzi və “Atəş Qüllələri”nə həsr olunmuş “Azərbaycanın fövqəladə transformasiyası” adlı xüsusi reportajın rəsmi təqdimat mərasimini keçirib.

Mübariz Aslanov/AZADİNFORM. Naxçıvan Muxtar Respublikasında (MR) İqtisad Məhkəməsi ləğv olunub. “Azadinform” xəbər verir ki, bu barədə Milli Məclisdə təsdiq edilən Naxçıvan MR Konstutisyasına dəyişikliklərdə göstərilib.

Elvin Xəzər/AZADİNFORM. Sabah ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndinin qərbindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Aytən İmanova/AZADİNFORM. Bu gün “Alyans tekstil” şirkəti İSO 9001 keyfiyyət sertifikatına yiyələndi. “Azadinform” xəbər verir ki, bu barədə şirkətin direktoru İlqar Bayramlı söyləyib.

Atif Eyvazov/AZADİNFORM. Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) BMT-nin İnkişaf Proqramı (UNDP) ilə birgə Gəncə, Mingəçevir və Şəki şəhərlərində təlimlər təşkil edib. 

Adəm Abbaslı/AZADİNFORM. Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları Hyuston Beynəlxalq Festivalında iştirak etmək üçün nazirliyin aparat rəhbəri Firudin Qurbanovun başçılığı ilə Hyustona səfər ediblər.

Həbibə/AZADİNFORM. Hazırda bir müddət əvvəl gündəmdə olan “Gənclər şəhərciyi” layihəsinin reallaşdırılması mexanizmi üzərində iş gedir. “Azadinform” xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.


Mübariz Aslanov/AZADİNFORM. “Oğuz-Qəbələ-Bakı su kəməri ilə bağlı yaranmış problemlər kiçik xarakterlidir”. Bu barədə jurnalistlərə açıqlamasında baş nazirin müavini Abid Şərifov bildirib.


Mübariz Aslanov/AZADİNFORM. Azərbaycanda “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti (ASC) sahil-bərkitmə işləri ilə bağlı yeni proqram hazırlayıb. “Azadinform” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ASC-nin sədri Əhməd Əhmədzadə bildirib.

Atif Eyvazov/AZADİNFORM. Xəzər rayonunda şəhər kadastrı layihəsinin həyata keçirilməsi və bu rayonun müasir kadastrının yaradılması nəzərdə tutulub. Bu barədə məlumatı “Azadinform”a Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzinin direktoru Nazim İsmayılov söyləyib.

 
Страница 612 из 624 << < 608 609 610 611 612 613 614 615 616 > >>
 Лента новостей
22.02.2019
21.02.2019
 Архив
«Фев.2019
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
    123
45678910
11121314151617
18192021222324
25262728   
 
© 2019 All right reserved www.azadinform.az Powered by Danneo