Mübariz Aslanov/AZADİNFORM. “Son vaxtlar ölkə ərazisində çirkli yağışların yağması iqlimdə qlobal sabitliyin pozulması səbəbindəndir”. AZADİNFORM xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib.

Həbibə Abdulla/AZADİNFORM. Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilib. İclasda Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov çıxış edərək rəhbərlik etdiyi sahə ilə bağlı bilgilər verib.

Həbibə Abdulla/ AZADİNFORM. “Cari ilin birinci rübündə Dövlət Sosial Müdafiə Fondu tərəfindən əlavə olaraq 24800 sığortaolunana fərdi şəxsi hesab açılıb”. Bu barədə aprelin 12-də keçirilən 2011-ci ilin sosial-iqtisadi yekunlarına həsr edilmiş toplantıda Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib.

Həbibə Abdulla/AZADİNFORM. Mərkəzi Bankın  kommunikasiya departamenti “İlin ən yaxşı PR xidməti”  müsabiqəsinin qalibi elan edilib. Bu barədə “Azadinform”a MB-nin mətbuat xidmətindən verilən məlumata görə, müsabiqə “Press-reliz Yayım Xidməti” tərəfindən keçirilib.

Elvin Xəzər/AZADİNFORM. Mart ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 100 faiz təşkil edib. Dövlət Statistika Komitəsindən AZADİNFORM-a verilən məlumata görə, ay ərzində emal sənayesi üzrə istehsalçı qiymətləri 0,2 faiz bahalaşıb, mədənçıxarma sənayesi, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələri üzrə istehsalçı qiymətlərində dəyişiklik müşahidə olunmayıb.

Elvin Xəzər/AZADİNFORM. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə aprel ayının I ongünlüyü üçün növbəti monitorinq həyata keçirib.


Mübariz Aslanov/AZADİNFORM. Səhiyyə Nazirliyində Korrupsiya ilə bağlı yaradılan “Qaynar xətt” xidmətinə fevralın 22-dən bu günə kimi 1900 müraciət daxil olub. AZADİNFORM xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev  deyib.

Atif Eyvazov/AZADİNFORM. Mayın 5-dən etibarən Bakı-Karlovı Varı-Bakı marşrutu üzrə yeni müntəzəm reys fəaliyyət göstərəcək.

Elvin Xəzər/AZADİNFORM. Bu gün Yuri Qaqarinin kosmosa uçuşundan 50 il ötür. Sovet kosmonavtı orbitə uçmuş ilk insan olub. Belə ki, 12 aprel 1961-ci il tarixində Baykonur kosmodromundan “Vostok” (“Şərq”) kosmik gəmisi start götürür və 108 dəqiqə ərzində Yer Kürəsi ətrafında dövr edir.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) daxilində yaradılan müxtəlifyönlü işçi qruplarının fəaliyyəti davam edir.
Tarif Şurasının qərarı ilə bu ildən əhali üçün su pulu tarifləri 1 kubmetr su üçün 30 qəpik, 1 kubmetr çirkab suları üçün 6 qəpik təşkil edir.
ATƏT, Azərbaycan Hüquqşünasları Konfederasiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin əməkdaşlığı çərçivəsində Bakıda mülkiyyət hüquqları ilə bağlı Dəyirmi masa keçirilib.
Bu gündən etibarən İçərişəhərdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AZADİNFORM-a verilən məlumata görə, son dövrlərdə İçəri Şəhərdə aparılan abadlıq və quruculuq işlərinin miqyası genişlənib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Dövlət Radiotezliklər İdarəsi (DRİ) Abşeron yarımadasında televiziya yayım xidmətinin keyfiyyətini yoxlayıb.
“İntellekt Araşdırmalar Mərkəzi” İctimai Birliyi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə “Gənclərin narkomaniya asılılığına qarşı maarifləndirici tədbirlərin həyata keçirilməsi” layihəsinin icrasına başlayıb.
Aprelin 14-ü Azərbaycan Media Mərkəzində Qadın bələdiyyə üzvlərinin forumu keçiriləcək. Forum “Qadınlar Arasında Həmrəylik” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşacaq.
Cari ilin birinci rübü ərzində Dövlət Sosial Müdafiə Fondunun "190" nömrəli telefon məlumat xidmətinə əhali tərəfindən 34 164 müraciət daxil olub.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə “Seçici hüquqlarının müdafiəsi və seçki şikayətlərinə baxılmasının təkmilləşdirilməsi üçün tövsiyyələrin hazırlanması və regionlarda maarifçilik işinin təşkili” adlı layihənin icrasına başlayıb.
Prezidentin aprelin 8-də imzaladığı Fərmanla əhalinin 85%-dən çoxunun cari il fevralın 01-nə qədər suya olan borcları ləğv edilmiş hesab olunur.

Coğrafi mövqeyindən, ictimai-iqtisadi quruluşundan, inkişaf səviyyəsindən, mədəni və tarixi əlaqələrindən asılı olmayaraq elə bir ölkə yoxdur ki, dövrümüzün qlobal problemlərindən biri olan narkotiklərin qanunsuz dövriyyəsi ilə qarşılaşmasın. Bu, bir daha göstərir ki, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin səmərəliliyi üçün birgə səylərlə ciddi, kəskin, barışmaz və ardıcıl tədbirlərin həyata keçirilməsi olduqca zəruridir.

 

 
Страница 607 из 608 << < 603 604 605 606 607 608 > >>
 Лента новостей
17.08.2018
16.08.2018
 Архив
«Авг.2018
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  
 
© 2018 All right reserved www.azadinform.az Powered by Danneo