Elvin Xəzər/AZADİNFORM. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən aprel ayında 2,156,716 kv.metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. ANAMA-dan “Azadinform”a bildiriblər ki, hesabat dövründə  4,792 PHS və 1 ədəd tank/1 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Həbibə/AZADİNFORM. 2011-2013-cü illərdə Bakıda 2 yeni su anbarı tikiləcək, 1 yeni su kəməri çəkiləcək. “Azadinform” “2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində həyata keçiriləcək

Elvin Xəzər/AZADİNFORM. Tibb işçilərinin tibbi bilik və bacarıqlarının artırılması məqsədi ilə Səhiyyə Nazirliyinin xətti ilə Səhiyyə Sektorunda İslahatlar Layihəsi çərçivəsində dövlət tibb müəssisələrində çalışan tibb bacıları Ankaranın qabaqcıl klinikalarında təkmilləşdirmə kursları keçirlər.

 

 

Atif Eyvazov/AZADİNFORM. Nazirlər Kabineti fövqəladə hallar orqanları əməkdaşlarının sosial və maddi təminatı haqqında qərar qəbul edib.

AZADİNFORM. BMT-nin  Asiya və Sakit okean regionu üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) növbəti hesabatını açıqlayıb. BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı nümayəndəliyindən “Azadinform”a verilən məlumata görə, dünyanın 62 ölkəsini əhatə edən hesabatda Azərbaycan haqqında da qeydlər var.

Həbibə/AZADİNFORM. “Amal” firmasına 3,8 min manatlıq maliyyə sanksiyası tətbiq edilib. “Azadinform”un məlumatına görə, bu barədə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidməti açıqlama yayıb.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Azərbaycan keyfiyyətsiz ərzaq mallarının düşərgəsinə çevrilib”. “Azadinform” xəbər verir ki, bunları Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Əli Məsimli bildirib. O qeyd edib ki, prezidentin əmək haqlarının artırılması ilə bağlı fərmanları əhalinin rifah halının artmasına xidmət edir.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Milli Məclisdə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş dəyişikliklə bağlı müzakirə olub.

Həbibə/AZADİNFORM. Mayın 11-12-də Polşanın Varşava şəhərində beynəlxalq avtomobil əlaqələrinə dair müzakirələr keçiriləcək.

Həbibə/AZADİNFORM. “Dövlət Neft Şirkətinə göstəriş vermişəm ki, 2012-ci ilin sonuna qədər Azərbaycanın bütün yaşayış məntəqələri - harada ki, mümkündür – qazlaşdırılsın”. “Azadinform” xəbər verir ki, bunu Muğan bölgəsinə səfər edən Prezident İlham Əliyev əhali ilə söhbətində deyib. Onun sözlərinə görə, beləliklə, ölkə ərazisinin 95 faizi qazlaşdırılacaq: “Vətəndaşları narahat edən digər məsələ içməli su ilə bağlıdır.

Həbibə/AZADİNFORM. İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) turizmlə bağlı təkliflər paketi hazırlayıb. “Azadinform”un məlumatına görə, bu barədə təşkilatın rəhbəri Vüqar Bayramov bildirib. V.Bayramovun sözlərinə görə, sənəddə Azərbaycan turizminin indiki səviyyəsi qiymətləndirilib: “Söhbət turizmin inkişafına kompleks yanaşmadan gedir və bir sıra təkliflərimiz var.


Mübariz Aslanov/AZADİNFORM. Hazırda ermənilər tərəfindən işğalından 19 il ötən Azərbaycanın Şuşa şəhərinin ərazisinin 20%-ni meşələr təşkil edir, ümumi sahəsi 29356 hektardır. Şuşanın ətrafındakı meşə və dərələrdə müxtəlif müalicə əhəmiyyətli mineral sular, dərman bitkiləri və çiçəklər geniş yayılıb. Bu barədə məlumatı “Azadinform”a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən veriblər.

Həbibə/AZADİNFORM. “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bu gün Böyük Vətən müharibəsi əlili və iştirakçıları ilə görüş keçirilib”. “Azadinform”un məlumatına görə, bu barədə nazirliyin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir. Qeyd edilir ki, 38 nəfər Böyük Vətən müharibəsi əlili və iştirakçılarına mənzillərin bölgüsü ilə bağlı nazirlikdə yaradılmış Komissiyanın iclasının qərarından çıxarış təqdim edilib. Hazırda 31 nəfər Böyük Vətən müharibəsi əlili və iştirakçısı mənzil növbəsindədir.

Həbibə/AZADİNFORM. Ədliyyə Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış AZS 586-2011 “İcra xidməti operativ nəqliyyat vasitələrinin rəng qrafikası sxemləri, fərqləndirici nişanları.

Günel Əbilova/AZADİNFORM. Əlillərin rahatlığı üçün bir sıra dövlət qurumları birgə fəaliyyət göstərir. “Azadinform” xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov deyib.

Həbibə/AZADİNFORM. Dövlət Sosial Müdafiə Fondunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.


Atif Eyvazov/AZADİNFORM.  2011-2012-ci illər ərzində  Beynəlxalq Miqrasiya Təşkilatı insan alveri qurbanlarının maarifləndirilməsi, onların reablitasiyası, cəmiyyətə inteqrasiyası və digər məsələlərə aid Azərbaycanda 300 seminar keçirməyi planlaşdırıb. Bununla bağlı 15 min Azərbaycan vətəndaşına müvafq məlumatların çatdırılması üçün işlərə başlanıb. “Azadinform” xəbər verir ki, bu barədə məlumatı ATƏT-in Bakı ofisində keçirilən Azərbaycanda insan alverinə qarşı mübarizə həftəsinin başlanmasına həsr olunan tədbirdə Beynəlxalq Miqrasiya  Təşkilatının proqram rəhbəri Sərxan Aktoprak söyləyib.

Mübariz Aslanov/AZADİNFORM. Bu gündən Səhiyyə  Nazirliyində özəl tibb və əczaçılıq fəaliyyətinin lisenziyalaşmasına həsr olunmuş seminar keçirilir. Bu barədə məlumatı “Azadinform”a nazirliyin mətbuat xidmətindən veriblər.

Atif Eyvazov/AZADİNFORM.  Ötən ay ərzində dövlət sərhədini pozduğuna və pozmağa cəhd göstərdiyinə görə 40 halda 76 nəfər saxlanılıb. Bu barədə məlumatı “Azadinform”a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən veriblər. 

Həbibə/AZADİNFORM. “Hazırda “Bakcell”in 2,5 milyon aktiv abunəçisi var”. “Azadinform” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında şirkətin baş kommersiya direktoru Krasimir Genov deyib.

 
Страница 605 из 615 << < 601 602 603 604 605 606 607 608 609 > >>
 Лента новостей
16.11.2018
15.11.2018
 Архив
«Ноя.2018
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
   1234
567891011
12131415161718
19202122232425
2627282930  
 
© 2018 All right reserved www.azadinform.az Powered by Danneo