Həbibə/AZADİNFORM. “Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinə heç bir vergi güzəştinin tətbiqi nəzərdə tutulmur”. “Azadinform”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev deyib. Onun sözlərinə görə, turizm şirkətləri ilə müəyyən müqavilələr bağlanacaq: “Lakin xüsusi vergi güzəştlərinin tətbiqi nəzərdə tutulmur”.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Minsk şəhərində (Belarus) Regional Rabitə Birliyinin (RRB) İnformasiyalaşdırma üzrə komissiyası yanında İnformasiya texnologiyaları sahəsində standartlaşdırma üzrə işçi qrupun 4-cü iclası və RRB-nin İnformasiyalaşdırma üzrə komissiyasının 25-ci iclası keçiriləcək. Azərbaycanı iclaslarda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsbəndiyar Əliyev təmsil edir. Bu barədə məlumatı “Azadinform”a RİTN-dən veriblər.


Elvin Xəzər/AZADİNFORM. “Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağında Prezident İlham Əliyev dərin məzmunlu çıxış etdi. Proqram xarakterli bu çıxışda ölkəmizin alimlərinin qarşısında ciddi vəzifələr qoyulur”.

Aytən İmanova/AZADİNFORM. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında “QHT Fəaliyyətinin Keyfiyyət Standartları və Sertifikatlaşdırma Modeli”nin hazırlanması üzərində işlər gedir. “Azadinform” xəbər verir ki, bu barədə QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov məlumat verib.

Mübariz Aslanov/AZADİNFORM. Aprelin III ongünlüyündə Respublika ərazisində yağan yağışlar nəticəsində dağ çaylarında sululuğun getdikcə artması müşahidə olunur. Bu barədə məlumatı “Azadinform”a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən veriblər.

Həbibə Abdulla/AZADİNFORM. 2010-cu ildə Azərbaycan Respublikasının dövlət sərhədlərindən buraxılan vətəndaşların sayı 10 milyon 210 min 332 nəfər təşkil edib. Bunlardan 5 milyon 79 min 43 nəfəri ölkəyə gələn, 5 milyon 131 min 289 nəfəri isə ölkədən gedəndir.

Atif Eyvazov/AZADİNFORM. Müdafiə Sənayesi Nazirliyində (MSN) Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko ilə görüş olub. Bu barədə məlumatı “Azadinform”a MSN-dən veriblər.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Milli Məclisdə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib. “Azadinform” xəbər verir ki, iclasda komitə sədri Valeh Ələsgərov gündəlikdə iki məsələnin olduğunu bildirib.

Həbibə/AZADİNFORM. Ötən il Azərbaycana 1 milyon 906 nəfər xarici gəlib. Onlardan 1 milyon 494 min nəfəri turist olub.

Atif Eyvazov/AZADİNFORM. 15-18 iyul tarixlərində Polşada VIII illik Varşava Şərqi Avropa elmi-praktik konfransı keçiriləcək. Varşava Universitetinin Şərqi Avropa Mərkəzi tərəfindən təşkil edilən bu konfrans postsovet ölkələrinin müstəqilliyinin 20 illiyinə həsr olunur.

Günel Əbilova/AZADİNFORM. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Əmək Təşkilatı və Dünya Bankının Sosial Müdafiənin İnkişafı Layihəsinin dəstəyi ilə “Əməyin Təhlükəsizliyi və Sağlamlığının idarə edilməsi sistemi: fasiləsiz təkmilləşdirmə yolları” mövzusunda Beynəlxalq Konfrans keçirilib.

Aytən İmanova/AZADİNFORM. Bu gün Müəllif Hüquqları Agentliyi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə “İT-İP: yeni biliklərin ötürülməsi və qorunması” adlı konfrans keçirib. Tədbirdə əqli mülkiyyət hüququnun obyekti kimi qorunan informasiya texnologiyaları və texnologiyalar vasitəsilə yeni biliklərin ötürülməsi məsələləri işıqlandırılıb. “Azadinform” xəbər verir ki, konfrans Beynəlxalq Əqli Mülkiyyyət Günü münasibəti ilə reallaşdırılıb.
Mübariz Aslanov/AZADİNFORM. “Bu gün Azərbaycanda hərbi qanunvericilikdə ediləcək addım doğrudur və buna ehtiyac var. Çünki ölkədə hərbi qanunvericilik sənədlərinin bir çoxu hələ də yenilənməyib və ya onların yenilənməsi işi çox ləng aparılıb”. Bu barədə “Azadinform” müsahibəsində hərbi ekspert Cəsur Sümərinli bildirib.

Günel Əbilova/AZADİNFORM. Avropa İttifaqı ilə Azərbaycan arasında Tvininq layihəsi əməyin mühafizəsi, əməyin təhlükəsizlik sahəsinə həsr olunub. “Azadinform” xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov deyib. Nazir qeyd edib ki, həmişə kimi ən böyük problemlərdən biri qeyri- formal məşğulluqdur.

Elvin Xəzər/AZADİNFORM. “flydubai” şirkəti bu gün Afrikaya yeddinci maşrutunu açmaqla bu qitədəki mövcudluğunu artırıb. Şirkətdən “Azadinform”a verilən məlumata görə, həftədə üç dəfə Efiopiyanın paytaxtı Addis-Abebaya uçacaq  FZ647 saylı reys artıq Bole Beynəlxalq Aeroportuna enib.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında bir sıra qanun layihələrini hazırlayan işçi qrup rəhbərlərinin birgə toplantısı keçirilib. Bu barədə məlumatı “Azadinform”a Şuradan veriblər.

Həbibə Abdulla/AZADİNFORM. “Bankların yüksək faizlə verdiyi kreditlər Azərbaycanda turizmin inkişafına xidmət etmir”. “Azadinform”un məlumatına görə, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Turizm üzrə komissiyasının sədri Fayis Məmmədov deyib.
Həbibə/AZADİNFORM. İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Şurasının əlaqələndiricisi Qubad İbadoğlu Almaniyadan səfərdən qayıdıb.

Həbibə/AZADİNFORM. “Azərbaycan turizminin gələcəyi xaricdən gələn turistlərin sayının artması ilə bağlıdır və bu gün ölkəmiz üçün ən böyük turist axım potensialı qonşu Rusiya, İran və Türkiyədir”.

HƏBİBƏ/AZADİNFORM. 26 aprel bütün dünyada Beynəlxalq Əqli Mülkiyyət günü kimi qeyd edilir. “Azadinform”un məlumatına görə,  Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təşəbbüsü ilə bu ilin devizi “Gələcəyin planlaşdırılması” elan edilib.

 
Страница 602 из 608 << < 598 599 600 601 602 603 604 605 606 > >>
 Лента новостей
20.08.2018
17.08.2018
 Архив
«Авг.2018
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  
 
© 2018 All right reserved www.azadinform.az Powered by Danneo