Atif Eyvazov/AZADİNFORM. Dövlət qulluğunda  çalışanlara yaş senzinin tətbiqi dövlət qulluğunda vakansiyaların sayının çoxalmasına səbəb olacaq. Bu da gənclərin dövlət qulluğuna qəbul olmaq imkanlarını genişləndirəcək və onların potensialından istifadəyə stimul yaradacaq.

Həbibə/AZADİNFORM. “Ümumdünya Ticarət Təşkilatına üzvlük turizm sektorunda qiymətlərin ucuzlaşmasına səbəb ola bilər ki, bu da turistlərin ölkəyə axınını təmin edər”.

Mübariz Aslanov/AZADİNFORM. İyunun 5-i Azərbaycanda Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü qeyd olunacaq.

 

Atif Eyvazov/AZADİNFORM. Bu gün Bakı Biznes Mərkəzində Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) tərəfindən “Dövlət qulluqçularının etik davranış qaydalarına riayət etməsi və korrupsiyaya qarşı mübarizə” mövzusunda Dəyirmi masa təşkil edilib.

Atif Eyvazov/AZADİNFORM. Dövlət orqanları etik davranış qaydalarının icra vəziyyəti haqqındakı hesabatlarını əvvəlcə müzakirə etməli, sonra isə   Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya (DQMK) təqdim etməlidirlər.

AZADİNFORM. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov Estoniyanın Tallin şəhərində “Şərq tərəfdaşlığı – kibercinayətkarlığa qarşı kooperasiya” (CyberCrime@EAP) beynəlxalq konfransında iştirak edib.

Atif Eyvazov/AZADİNFORM. Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya (DQMK) dövlət qulluqçularının etik davranış qaydaları və digər məsələlərlə bağlı vətəndaşlar tərəfindən daxil olan şikayətlərin sayı artıb.

AZADİNFORM. “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyi Bakı kəndlərində “Gənclərin narkomaniya asılılığına qarşı maarifləndirici tədbirlərin həyata keçirilməsi” layihəsi çərçivəsində sorğu keçirib. Bu layihə çərçivəsində respondentlərə gənclərin narkomaniya asılılığına qarşı  maarifləndirici tədbirlərlə bağlı bir neçə sual verilib.


AZADİNFORM. Avstriyanın OMV Tədqiqatlar və İstehsalat şirkəti Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun elmi tədqiqatları əsasında Cənubi Xəzər hövzəsinin geoloji quruluşunu və neft-qazlılığını öyrənir.

Mübariz Aslanov/AZADİNFORM. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndə heyəti Avstriyada COPUOS-un yubiley tədbirlərinə həsr edilmiş sessiyasında iştirak edir. Bu barədə məlumatı “Azadinform”a nazirliyin mətbuat xidmətindən veriblər.

AZADİNFORM. İsveç Azərbaycanlıları Konqresi İsveç parlamentinin deputatına Qarabağ həqiqətləri barədə məlumat verib. Bu barədə “Azadinform”a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Mübariz Aslanov/AZADİNFORM. Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri açıqlanıb. Bu barədə məlumatı “Azadinform”a nazirliyin mətbuat xidmətindən veriblər.

Atif Eyvazov/AZADİNFORM. YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin mayın 31-də Bakıda başlayan 18-ci sessiyası başa çatıb. “Azadinform” xəbər verir ki, sessiyanın başa çatması ilə əlaqədar bu gün Bakı Biznes Mərkəzində yekun mətbuat konfransı keçirilib.
Bildirilib ki, sessiya YUNESKO üzrə Azərbaycan Milli Komitəsi və AMEA-nın birgə təşkilatçılığı ilə reallaşıb.

AZADİNFORM. Daxili İşlər Nazirliyinin Polis Akademiyasına yeni rəis təyin edilib.

Mübariz Aslanov/AZADİNFORM. Azərbaycanın regionlarında “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir. Bu barədə məlumatı “Azadinform”a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən veriblər.

Mübariz Aslanov/AZADİNFORM. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Mərkəzi Klinikanın rəhbərliyi tərəfindən xəstəxana ərazisində aparılan əsaslı təmir-tikinti və yenidənqurma işləri ilə əlaqədar ağacların köçürülməsi barədə daxil olmuş müraciət təmin olunub. Bu barədə məlumatı “Azadinform”a ETSN-nin mətbuat xidmətindən veriblər.

AZADİNFORM. Azərbaycanın ilk mobil operatoru olan Bakcell şirkəti bayramları qayğıya ehtiyacı olan uşaqlarla birgə qeyd etməyi artıq bir ənənəyə çevirib. Bu dəfə Bakcell şirkəti Suraxanı rayonu 7 saylı xüsusi internat məktəbinin uşaqlarına bayram sevinci bəxş edib. 

AZADİNFORM. Pul köçürmələri və ödəniş xidmətləri üzrə dünya lideri olan Western Union şirkəti (NYSE: WU) 160-illik yubileyini qeyd edir. “Azadinform” xəbər verir ki, hazırda Western Union dünyanın 200-dən yuxarı ölkəsində 455 000-dən çox xidmət məntəqələrini birləşdirir. Şirkət 2010-cu ildə hər gün orta hesabla 1,7 mln. pul köçürməsi, yaxud saniyədə 19 transaksiya əməliyyatını həyata keçirib.

 

Atif Eyvazov/AZADİNFORM. Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) “İqtisadiyyatın təhlili və qloballaşma məsələləri” şöbəsi tərəfindən “2003-2011-ci illərdə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı” mövzusuna dair hesabatı hazırlanıb. SAM-dan “Azadinform”a verilən məlumata görə, hesabatda ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların iqtisadiyyatımız üçün müsbət nəticələri təhlil edilir.

Atif Eyvazov/AZADİNFORM. Bu gün mülki aviasiya işçilərinin peşə bayramıdır. “Azadinform” xəbər verir ki, Prezident İlham Əliyevin 2006-cı il 18 may tarixli Sərəncamı ilə hər il iyunun 2-si Azərbaycanda mülki aviasiya işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

 
Страница 586 из 608 << < 582 583 584 585 586 587 588 589 590 > >>
 Лента новостей
20.08.2018
17.08.2018
 Архив
«Авг.2018
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  
 
© 2018 All right reserved www.azadinform.az Powered by Danneo