Mübariz Aslanov/AZADİNFORM. “Oğuz-Qəbələ-Bakı su kəməri ilə bağlı yaranmış problemlər kiçik xarakterlidir”. Bu barədə jurnalistlərə açıqlamasında baş nazirin müavini Abid Şərifov bildirib.


Mübariz Aslanov/AZADİNFORM. Azərbaycanda “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti (ASC) sahil-bərkitmə işləri ilə bağlı yeni proqram hazırlayıb. “Azadinform” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ASC-nin sədri Əhməd Əhmədzadə bildirib.

Atif Eyvazov/AZADİNFORM. Xəzər rayonunda şəhər kadastrı layihəsinin həyata keçirilməsi və bu rayonun müasir kadastrının yaradılması nəzərdə tutulub. Bu barədə məlumatı “Azadinform”a Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzinin direktoru Nazim İsmayılov söyləyib.

Mübariz Aslanov/AZADİNFORM. Bu il yataqxanalarda yaşayan qaçqınlar üçün kütləvi şəkildə evlərin tikilməsi nəzərdə tutulub. “Azadinform” xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Kpmitəsinin sədri Əli Həsənov deyib. Onun sözlərinə görə, hazırda Masazırda ayrılan torpaq sahəsində BDU-nun yataqxanasında yaşayan məcburi köçkünlər üçün evlər tikilir.

Atif Eyvazov/AZADİNFORM. Müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi nümayədə heyəti Türkiyəyə səfər edib. Bu barədə məlumatı “Azadinform”a Müdafiə Sənayesi Nazirliyindən veriblər.

AZADİNFORM. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Elvin Xəzər/AZADİNFORM. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun başçılığı altında Azərbaycan nümayəndə heyəti Moskvada bu gün start götürən “Svyaz Ekspokomm-2011” 23-cü Beynəlxalq telekommunikasiya avadanlığı, idarəetmə sistemləri, informasiya texnologiyaları və rabitə xidmətləri sərgisində iştirak edir.

Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ətraf mühitin qorunmasında gənclərin rolunun artırılması” layihəsi çərçivəsində gənclər üçün təşkil olunmuş ekoloji təlimlərə başlamışdır.

Həbibə/AZADİNFORM. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) İctimai Şuranın yaradılmasına həsr olunmuş müşavirə keçirilib. Nazirlikdən “Azadinform”a verilən məlumata görə, İctimai Şurada ƏƏSMN, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Aparatı və özündə 600-dən çox vətəndaş cəmiyyəti institutunu birləşdirən Qeyri-Hökümət Təşkilatları Milli Forumunun nümayəndələri təmsil olunurlar. İctimai Şuranın yaradılmasının məqsədi vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə nazirliyin fəaliyyətinə ictimai nəzarətin gücləndirilməsi, QHT-lərlə birgə layihələrin işlənməsi və icrası, müvafiq normativ hüquqi bazanın təkmilləşdirilməsindən ibarətdir.

Atif Eyvazov/AZADİNFORM. Bu gün fövqəladə hallar naziri,  general-polkovnik Kəmaləddin Heydərov Polşanın Azərbaycandakı səfiri Mixal Labendanı qəbul edib. Bu barədə məlumat “Azadinform”a Fövqəladə Hallar Nazirliyindən veriblər.

Həbibə/AZADİNFORM. Dövlət Neft Şirkəti 10 May Gül bayramına orijinal kompozisiya ilə qatılacaq. “Azadinform”un məlumatına görə, bu barədə şirkətin mətbuat xidmətinin açıqlamasında bildirilir.

AZADİNFORM. Gənc Vətənpərvərlər Birliyi (GVB) “Heydər Əliyev  və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirib. GVB-dən “Azadinform”a verilən məlumata görə, ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunan tədbir Gənclər və İdman  Nazirliyinin maliyə dəstəyi ilə həyata keçirilən “Gənclərin vətənpərvərlik ruhunda  tərbiyə olunması  üçün  fiziki, psixoloji, fizioloji rolunun artırılması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi” adlı layihə çərçivəsində reallaşıb.

Həbibə/AZADİNFORM. Heydər Əliyev Beynəlxalq Aeroportu-Mərdəkan dairəsi-Bilgəh mövcud avtomobil yolu (19 km) 6 cərgəli olacaq. “Azadinform”un xəbərinə görə, bu barədə məlumat “2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində həyata keçiriləcək Tədbirlər Planında əksini tapıb.

Atif Eyvazov/AZADİNFORM. Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları faşizm üzərində qələbənin 66-cı ildönümü ilə bağlı müharibə veteranları ilə görüşüblər.

Mübariz Aslanov/AZADİNFORM. “Azərbaycanda heç bir sənəddə hicaba qadağa nəzərdə tutulmayıb”.  “Azadinform” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.

Həbibə/AZADİNFORM. “Dövlət ali məktəblərində təhsil haqlarının artırılması məsələsi müzakirə olunanda əhalinin maddi durumu, ödəniş qabiliyyəti nəzərə alınmalıdır”.

Elvin Xəzər/AZADİNFORM. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən aprel ayında 2,156,716 kv.metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. ANAMA-dan “Azadinform”a bildiriblər ki, hesabat dövründə  4,792 PHS və 1 ədəd tank/1 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Həbibə/AZADİNFORM. 2011-2013-cü illərdə Bakıda 2 yeni su anbarı tikiləcək, 1 yeni su kəməri çəkiləcək. “Azadinform” “2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində həyata keçiriləcək

Elvin Xəzər/AZADİNFORM. Tibb işçilərinin tibbi bilik və bacarıqlarının artırılması məqsədi ilə Səhiyyə Nazirliyinin xətti ilə Səhiyyə Sektorunda İslahatlar Layihəsi çərçivəsində dövlət tibb müəssisələrində çalışan tibb bacıları Ankaranın qabaqcıl klinikalarında təkmilləşdirmə kursları keçirlər.

 

 

Atif Eyvazov/AZADİNFORM. Nazirlər Kabineti fövqəladə hallar orqanları əməkdaşlarının sosial və maddi təminatı haqqında qərar qəbul edib.

 
Страница 585 из 596 << < 581 582 583 584 585 586 587 588 589 > >>
 Лента новостей
23.04.2018
22.04.2018
 Архив
«Апр.2018
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30      
 
© 2018 All right reserved www.azadinform.az Powered by Danneo