Atif Eyvazov/AZADİNFORM. Polis xidmətində qadınların sayının artırılması, eləcə də məişət zorakılığı və insan alveri kimi gender yönümlü qanun pozuntularına polisin daha da səmərəli müdaxiləsini təkmilləşdirmək üçün müvafiq qurumlarla birgə müəyyən strategiyalalar üzərində birgə iş aparılır.

Aytən İmanova/AZADİNFORM. Pensiyaların staja görə yenidən hesablanması üçün lazım olan vəsait Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə yerləşdirilib. “Azadinform” xəbər verir ki, bu barədə Fondun sədri Səlim Müslümov söyləyib. O, bu proses üçün lazım olan qalan məsələlərin texniki işlərlə bağlı olduğunu deyib.

Mübariz Aslanov/AZADİNFORM. Cari ilin 12-14 oktyabr tarixində Bakıda informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə həsr olunmuş “AICT 2011” V Beynəlxalq konfrans keçiriləcək. Bu barədə məlumatı “Azadinform”a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) mətbuat katibi Müşviq Əmirov verib.

Mübariz Aslanov/AZADİNFORM. Səhiyyə Nazirliyi iyunun 8-də keçirilmiş endikrinologiya və məhkəmə-tibbi ekspertiza ixtisasları üzrə əsas test imtahanının nəticələrini açıqlayıb.

Atif Eyvazov/AZADİNFORM. Cəmiyyət dəstəkli polis layihəsi çərçivəsində yaradılan ictimai şuralara 4 mindən artıq üzv cəlb edilib. “Azadinform” xəbər verir ki, bunu Bakıda “Cəmiyyət dəstəkli polis” layihəsi üzrə beynəlxalq konfransda daxili işlər nazirinin müavini Oruc Zalov bildirib.

Həbibə/AZADİNFORM. 2011-ci ilin yanvar-may aylarında ölkə üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 2010-cu ilin müvafiq dövrünün göstəricisini 9,6 faiz üstələyərək 6,2 milyard manata çatıb.

Həbibə/AZADİNFORM. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti işçi elanı verib. “Azadinform” “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir ki, 8 ixtisas üzrə vakant yerlər mövcuddur.


Atif Eyvazov/AZADİNFORM. Cari ilin iyul ayından sentyabra qədər  AMEA Geologiya İnstitutunun 6 əməkdaşı Gədəbəyin qızıl zavodunda yeni təcrübəni sınaqdan keçirəcəklər. Yeni təcrübə qızılı zəhərli maddə ilə deyil, xörək duzu ilə əldə etmək olacaq.

Atif Eyvazov/AZADİNFORM. Daxili  İşlər Nazirliyində (DİN) növbəti kadr dəyişikliyi olub. Bu barədə məlumatı “Azadinform”a DİN-in  mətbuat xidmətindən veriblər.

Atif Eyvazov/AZADİNFORM. “Bu vaxta qədər Azərbaycan ərazisində platin yatağı aşkar edilməyib və bu barədə dəqiq məlumat yoxdur”. Bu barədə “Azadinform”a müsahibəsində AMEA Geologiya İnstitutunun “Petrologiya və metallogeniya” şöbəsinin rəhbəri, akademik Arif İsmayılzadə deyib.

Adəm Abbaslı/AZADİNFORM. Hotel idarəçiliyi, masa xidməti, qeyd-qəbul və mərtəbə xidmətləri – xadiməçilik ixtisasaları üzrə Türkiyədən dəvət olunmuş peşəkar mütəxəssislər tərəfindən həyat keçirilən təlim kursları sabah başa çatır.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Avstriyanın paytaxtı Vyanada Avropa və Mərkəzi Asiya ölkələri üçün Dünya İqtisadi Forumu öz işinə başlayıb. Azərbaycanı tədbirdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov təmsil edir. Bu barədə məlumatı “Azadinform”a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən veriblər.

Mübariz Aslanov/AZADİNFORM. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti tərəfindən may ayı üzrə çaylarda gözlənilən sululuğa dair verilmiş aylıq meteoroloji proqnoz temperatur üzrə 96, yağıntı üzrə 82, ümumilikdə 89 faiz özünü doğruldub. Bu barədə məlumatı “Azadinform”a ETSN-nin mətbuat xidmətindən veriblər.
Dünya təcrübəsində isə aylıq meteoroloji proqnozların özünü doğrultma faizi orta hesabla 60-70 faiz təşkil edir.

Mübariz Aslanov/AZADİNFORM. Ötən günlərdə Füzuli rayonuna düşən dolu və baş vermiş qasırğa nəticəsində rayonun telekommunikasiya və poçt sahəsinə dəyən ciddi ziyan artıq aradan qaldırılır. Bu barədə məlumatı “Azadinform”a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat katibi Müşfiq Əmirov verib.

Elvin Xəzər/AZADİNFORM. İyunun 7-dən iyulun 6-dək ANAMA-nın Göygöl Regional Təlim Bazasında ANAMA-nın Təlim, Tədqiqat və Keyfiyyətin Təminatı Qurumu tərəfindən Türkiyənin Makina və Kimya Sənayesi Qurumunun (MKEK) növbəti 10 nümayəndəsi üçün Əsas Humanitar Minatəmizləmə Kursu üzrə təlimlər keçirilir.

Atif Eyvazov/AZADİNFORM. Respublika Baş Prokurorluğunda kadr dəyişikliyi olub. Bu barədə “Azadinform”a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

Elvin Xəzər/AZADİNFORM. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən cari ilin may ayı ərzində 2 238 519 kv.metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Bu barədə məlumatı “Azadinform”a ANAMA-dan veriblər.
Hesabat dövründə 4 222 PHS və 2 ədəd tank, 1 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Həbibə/AZADİNFORM. “Prezidentin sərəncamı ilə bu il “Turizm ili” elan olunduqdan sonra digər qurumlar kimi QHT-lər də bu işə ictimai dəstək vermək istiqamətində aktiv fəaliyyətə başlayıblar. Amma bundan əvvəl də Qeyri-Hökumət Təşkilatları turizm sahəsinin inkişaf etdirilməsi ilə əlaqədar  müxtəlif layihələr həyata keçiriblər”.

Həbibə/AZADİNFORM. “Turizmlə bağlı QHT-lərə ayrılan vəsait olduqca azdır. Məhz buna görə biz ixtisaslaşmış təşkilatların iştirakını daha arzuolunan sayırıq”.

Atif Eyvazov/AZADİNFORM. Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanında müvəffəqiyyət qazanan 124 namizədlə müsabiqənin ikinci mərhələsində fərdi qaydada söhbət keçirilməsinə iyunun 17-dən başlanmasını qərara alıb. Bu barədə məlumatı “Azadinform”a Ədliyyə Nazirliyi mətbuat xidmətindən veriblər.

 
Страница 584 из 608 << < 580 581 582 583 584 585 586 587 588 > >>
 Лента новостей
17.08.2018
16.08.2018
 Архив
«Авг.2018
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  
 
© 2018 All right reserved www.azadinform.az Powered by Danneo