Bu gündən etibarən İçərişəhərdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AZADİNFORM-a verilən məlumata görə, son dövrlərdə İçəri Şəhərdə aparılan abadlıq və quruculuq işlərinin miqyası genişlənib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Dövlət Radiotezliklər İdarəsi (DRİ) Abşeron yarımadasında televiziya yayım xidmətinin keyfiyyətini yoxlayıb.
“İntellekt Araşdırmalar Mərkəzi” İctimai Birliyi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə “Gənclərin narkomaniya asılılığına qarşı maarifləndirici tədbirlərin həyata keçirilməsi” layihəsinin icrasına başlayıb.
Aprelin 14-ü Azərbaycan Media Mərkəzində Qadın bələdiyyə üzvlərinin forumu keçiriləcək. Forum “Qadınlar Arasında Həmrəylik” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşacaq.
Cari ilin birinci rübü ərzində Dövlət Sosial Müdafiə Fondunun "190" nömrəli telefon məlumat xidmətinə əhali tərəfindən 34 164 müraciət daxil olub.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə “Seçici hüquqlarının müdafiəsi və seçki şikayətlərinə baxılmasının təkmilləşdirilməsi üçün tövsiyyələrin hazırlanması və regionlarda maarifçilik işinin təşkili” adlı layihənin icrasına başlayıb.
Prezidentin aprelin 8-də imzaladığı Fərmanla əhalinin 85%-dən çoxunun cari il fevralın 01-nə qədər suya olan borcları ləğv edilmiş hesab olunur.

Coğrafi mövqeyindən, ictimai-iqtisadi quruluşundan, inkişaf səviyyəsindən, mədəni və tarixi əlaqələrindən asılı olmayaraq elə bir ölkə yoxdur ki, dövrümüzün qlobal problemlərindən biri olan narkotiklərin qanunsuz dövriyyəsi ilə qarşılaşmasın. Bu, bir daha göstərir ki, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin səmərəliliyi üçün birgə səylərlə ciddi, kəskin, barışmaz və ardıcıl tədbirlərin həyata keçirilməsi olduqca zəruridir.

 

Bu gün Azərbaycan ekologiyasında mövcud problemlərin aradan qaldırılması üçün yetərincə tədbirlər görülür. Məlum olduğu kimi qloballaşan dünyanin ən ciddi problemlərindən biri havanin çirklənməsidir. Hansi ki, hər birimiz bu problemin yaranmasında birbaşa iştirak edirik.  Bakı şəhərində təkcə məişət tullantıları və tullantı qalıqlarından Abşeron yarımadasında havanın orta temperaturunun 1 dərəcə dəyişməsinə səbəb olur. Bu tullantıların açıq şəraitdə yandırılması isə yarana biləcək təhlükə riskini daha da artırır.

Narkomanlıq və narkobiznes cəmiyyətin mənəvi, əxlaqi dəyərlərini sarsıdan, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan başlıca amillərdir. Bu gün bəşəriyyəti düşündürən və rahatsız edən ən ağrılı problemlərdən biri də cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya və geniş anlamda narkotizmdir.

 

Hər il dünyanın ekoloji vəziyyəti ilə bağlı müxtəlif şirkətlər tərəfindən beynəlxalq hesabatlar hazırlanır. Bu hesabatlarda dünya ekologiyasına ən çox ziyan vuran ölkələrin adları açıqlanır. Hesabatlarda çox zaman dünya ekologiyasına ən çox ziyan vuran ölkələr kimi ABŞ, Rusiya, Çin, Hindistan ilk sıralarda yer alır. Bir sıra hallarda beynəlxalq hesabatlarda Azərbaycanın adı da mənfi yöndə çəkilir. Bəs Azərbaycanda atmosfer necə çirklənir?
Ekologiya və Təbii Sərvətlət Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova ekologiya ilə bağlı beynəlxalq hesabatlarda mənfi yöndə Azərbaycanın adının iki dəfə çəkildiyini bildirib. Onun sözlərinə görə, bunlardan biri dörd il əvvəl “Black Smeet” şirkəti tərəfindən aparaılan siyahıda idi: “Ancaq hesabatların heç biri düz olmayıb. Ondan sonra Azərbaycanın adı mənfi yöndə ekologiya ilə bağlı hesabatlara salınmayıb”.

 
Bu gün ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində əsaslı tədbirlər həyata keçirilir. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə Prezident İlham Əliyevin qayğısı ilə əhatə olunmuşdur. Ölkə başçısının mütəmadi diqqətində olan bu vacib məsələ ilə bağlı həm də aidiyyəti dövlət orqanlarının qarşısında konkret vəzifələr qoyulmuşdur. Prezidentin 2007-ci il 28 iyun tarixli 2271 nömrəli Sərəncamı təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram (2007-2012-ci illər)”dan irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu aidiyyəti nazirlik, komitə və təşkilatlarla birlikdə bir sıra əməli praktik tədbirləri həyata keçirmişdir.

 

 
Страница 582 из 582 << < 578 579 580 581 582
 Лента новостей
28.06.2017
27.06.2017
26.06.2017
24.06.2017
23.06.2017
 Архив
«Июн.2017
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
   1234
567891011
12131415161718
19202122232425
2627282930  
 
© 2017 All right reserved www.azadinform.az Powered by Danneo