Həbibə/AZADİNFORM. Saxta tikinti materiallarının satışı ilə bağlı İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə daxil olmuş müraciət əsasında yoxlama aparılıb.

Həbibə/AZADİNFORM. İqtisadi Tədqiqatlar Mərkəzi(İTM) Azərbaycanın 10 regionunda 2011-ci ilin iyul ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini açıqlayıb. Mərkəzdən “Azadinform”a verilən məlumata görə, aparılmış statistik müşahidələr ay ərzində Azərbaycanda istehlak qiymətlərinin 0,25  faiz artdığını göstərir. Bu zaman ərzaq məhsulları 0,33 faiz, qeyri-ərzaq məhsulları 0,06 faiz, xidmətlər isə 0,28 faiz bahalaşıb.

Mübariz Aslanov/AZADİNFORM. Bu ilin 7 ayı ərzində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi tərəfindən iş planına və quruma daxil olmuş göstəriş və müraciətlərə əsasən 437 təşkilat, müəssisə və şirkətlərdə istismar olunan radioelektron vasitələrinə (REV) texniki baxış keçirilib, müvafiq qaydada aktlar tərtib edilib. Bu barədə məlumatı “Azadinform”a nazirliyin mətbuat xidmətindən veriblər.

Həbibə/AZADİNFORM. “Qaradağ Sement” Açıq Səhmdar Cəmiyyətinin təşəbbüsu ilə Sahil və Ümid qəsəbələrinin sakinləri üçün Məşğulluq - Məsləhət Mərkəzi yaradılıb. “Azadinform” İKT məlumat mərkəzinə istinadən xəbər verir ki, idarəetmə prosesini Dirçəliş İqtisadi Araşdırmalar Təşkilatı aparacaq.


Mübariz Aslanov/AZADİNFORM. Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri açıqlanıb.

Həbibə/AZADİNFORM. “Sosial Müdafiənin İnkişafı” Layihəsinin alt komponenti olan “ISCO 88/08-ə uyğun olaraq təkmilləşdirilmiş peşə standartları və əlaqədar təlim standartlarının hazırlanması” layihəsinin ekspertlərindən ibarət heyət Almaniya Federativ Respublikası və Sloveniya Respublikasında təlim səfərində olub.

Həbibə/AZADİNFORM. “Bu gün regionlarımızın inkişaf dinamikası olduqca yüksək səviyyədədir. Regionların sosial-iqtisadi vəziyyətində ciddi yeniliklər, dəyişikliklər baş verməkdədir”. “Azadinform”un məlumatına görə, bunu yap.org.az saytına açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, millət vəkili Azər Badamov deyib.

Həbibə/AZADİNFORM. “Bakıelektrikşəbəkə” ASC-nin fəaliyəti dövründə debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 08 avqust 2011-ci il tarixi saat 12:00-dan etibarən müvafiq qanunvericliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.

Həbibə/AZADİNFORM. Cari ilin iyul-avqust aylarında 80 nəfər əlil həmvətənimizin Ukraynanın Krım vilayətinin Saki şəhərindəki N.Burdenko adına onurğa-beyin sistemi zədələnmiş xəstələr üçün ixtisaslaşmış müalicə mərkəzində müalicə kursu keçməsi nəzərdə tutulub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Azadinform”a verilən məlumatda bildirilir.

AZADİNFORM. Cari ilin iyul ayı ərzində Azərbaycan Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı 4.004 müraciət daxil olub. Bu barədə məlumatı  “Azadinform”a DMX-dən veriblər.


Elcan/AZADİNFORM. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında (ATGTİ) Beynəlxalq düşərgədə iştirak edəcək tələbələrlə görüş keçirilib.

Həbibə/AZADİNFORM. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi əhaliyə göstəriləcək elektron xidmətlər siyahısını müəyyənləşdirib. “Azadinform” nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, onların sırasında vətəndaşların telefon xətlərinin çəkilməsi üçün müraciət etmək imkanı və ümumi istifadəli telefon şəbəkəsində göstərilən servislərin aktivləşdirilməsi, internet xidmətlərinə qoşulma, telekommunikasiya avadanlığının (informasiya xidməti) sertifikatlaşdırılması, əməliyyatların izlənməsi kimi xidmətlər var. Hazırda nazirliyin internet resursunun yenilənməsi üzrə işlər aparılır.

Mübariz Aslanov/AZADİNFORM. Avqustun 6-da Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəz (İCNL) və Gənc Mühasiblər Birliyi QHT-lərə “Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatlarının hazırlanması” mövzusunda təlim keçirəcək.

Mübariz Aslanov/AZADİNFORM. Avqustun 16-18-i tarixlərində Çində “İnternet Texnologiyaları və Tətbiqləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Konfransda Azərbaycan tərəfi də iştirak edəcək. Bu barədə məlumatı “Azadinform”a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən veriblər.

Mübariz Aslanov/AZADİNFORM. Ötən ay ərzində Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə 669 müraciət daxil olub. Bu barədə məlumatı “Azadinform”a nazirliyin mətbuat xidmətindən veriblər.

Həbibə/AZADİNFORM. İyul ayında bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 3,4 faiz ucuzlaşıb.

Mübariz Aslanov/AZADİNFORM. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Bakcell Ltd” MMC  və “Azercell Telekom” MMC şirkətlərinə “3G” lisenziyasının verilməməsi ilə bağlı məsələyə aydınlıq gətirib. Bu barədə “Azadinform”a nazirliyin mətbuatb xidmətindən veriblər.

Həbibə/AZADİNFORM. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri şossesi, 3282 məhəllə ünvanında yerləşən “Kəhriz” MMC-də dövlət nəzarəti tədbirləri həyata keçirilib.

Həbibə/AZADİNFORM. “Kazbegi Azərbaycan” MMC-nin Azərbaycana idxal etdiyi “İce Tea” nişanlı içkilərdə maya və kif göbələkləri normadan artıq müəyyən edilib.

Həbibə/AZADİNFORM. “Azərbaycan  Respublikasının ən gənc ali təhsil  müəssisəsi olan Azərbaycan Turizm İnstitutu (ATİ)  yarandığı gündən öz fəaliyyətini müasir təhsil standartlarına uyğun qurmağa, təhsilin keyfiyyətinin yüksəldilməsi üçün beynəlxalq təcrübənin tətbiqinə, idarəetmədə tələbələrin rolunu artırılmasına çalışır, bütün sahələrdə yeni forma və metodlardan istifadə edir. Ölkəmizdə ilk dəfə Avstriyanın Krems Universiteti ilə ikili diplom proqramı, Avropa Kredit Transfer Sisteminin tam tətbiqi, 22 həftəlik praktika semestri ATİ-də tətbiq edilməyə başlanıb”.

 
Страница 581 из 624 << < 577 578 579 580 581 582 583 584 585 > >>
 Лента новостей
22.02.2019
21.02.2019
 Архив
«Фев.2019
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
    123
45678910
11121314151617
18192021222324
25262728   
 
© 2019 All right reserved www.azadinform.az Powered by Danneo