Mübariz Aslanov/AZADİNFORM. Cari ilin may ayının sonu, iyun ayının əvvəllərinə qədər Azərbaycanda bütün mobil operatorlar 3G-yə keçəcək. Bu barədə məlumatı “Azadinform”a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov verib.

AZADİNFORM. Azərbaycanın ilk mobil operatoru olan Bakcell şirkəti yeni bir məhsul – internet kartlarını təqdim edir. Bakcell-in internet istifadəçiləri yeni kartların köməyi ilə öz mobil telefonları və ya kompyuterlərindən internetə qoşula bilərlər.

Mübariz Aslanov/AZADİNFORM. İran Azərbaycanla viza rejimini ləğv etdikdən sonra Azərbaycandan İrana gedən vətəndaşların sayı 4 dəfə artıb.

Həbibə Abdulla/AZADİNFORM. Mədəniyyət və Turizm Nazirliyi “Turizm ili” çərçivəsində daha bir yeni layihə təqdim edir. Elektron bələdçi xəritəsi olan “Guide Map” naviqasiya portalı Azərbaycan ərazisinin rəqəmli coğrafi xəritəsidir.

Elvin Xəzər/AZADİNFORM. Bu gün rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ABŞ-ın Stratfor Özəl Elmi Korporasiyasının yaradıcısı və icraçı direktoru professor Corc Fridmanla görüşüb.

AZADİNFORM. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən QHT rəhbərləri və mühasiblər üçün təşkil edilən təlimlərin məqsədi layihə idarə olunması və hesabatlılıq qaydalarında bir qədər dəyişiklərlə bağlı olub.

Həbibə Abdulla/AZADİNFORM. Dövlət Sosial Müdafiə Fondu bu ilin ilk yarısından etibarən elektron hesabat sistemini təqdim edəcək.

Atif Eyvazov/AZADİNFORM. Aprelin 20-də AMEA Radiasiya Problemləri İnstitutunda Beynəlxalq Nüvə İnformasiya Sisteminin (İNİS) təqdimatı keçiriləcək. Bu barədə məlumatı “Azadinform”a AMEA-dan veriblər. 

Həbibə Abdulla/AZADİNFORM. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təqdim edilmiş bir neçə dövlətlərarası standartı təsdiq edib. Yeni standartların tətbiqi vaxtı aprelin 20-dən müəyyən olunub.

Həbibə Abdulla/AZADİNFORM. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bir neçə standarta dəyişiklik edib.

Mübariz Aslanov/AZADİNFORM. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 22 aprel “Yer günü” ilə əlaqədar müxtəlif tədbirlər keçiriləcək. Nazirliyin mətbuat xidmətindən “Azadinform”a verilən məlumatda bildirilir ki, “Yer günü” ilə əlaqədar ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyət arasında təbliğat işləri aparılır.

Atif Eyvazov/AZADİNFORM. Martın 2-5-i tarixlərində Beynəlxalq İstehlakçı Təşkilatının təşkilatçılığı ilə Çinin Honkonq şəhərində istehlakçı hüquqlarının qorunmasına həsr olunan XIX Dünya Konqresi keçiriləcək.

Mübariz Aslanov/AZADİNFORM. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsahibə elan edib.

Atif Eyvazov/AZADİNFORM. Aprelin 11-də Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları tərəfindən Yardımlı rayonunun Alar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan iki nəfər İran vətəndaşı saxlanılıb.

Həbibə Abdulla/AZADİNFORM. 2011-ci ilin birinci rübü ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 4,4 faiz artıb. Bu barədə “Azadinform”a fonddan məlumat verilib. Məlumatda bildirilir ki, aprelin 1-i tarixinə olan statistikaya əsasən, bu artımdan sonra fərdi uçot sistemindəki əcnəbilərin sayı 10 631 nəfər təşkil edir.

Atif Eyvazov/AZADİNFORM. Cari ildə ölkədə 9 yeni qeyri-hökumət təşkilatı dövlət qeydiyyatından keçib. Bu barədə məlumatı “Azadinform”a müsahibəsində Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin Qeyri-hökumət təşkilatları ilə iş şöbəsinin rəisi Kəmaləddin Həsənov söyləyib.

Atif Eyvazov/AZADİNFORM.  Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi Mədəd Quliyevin əmri ilə şəkərli diabet xəstəliyi olan şəxslər müvafiq pəhriz yeməkləri ilə təmin olunacaqlar. Bu barədə məlumatı “Azadinform”a Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən veriblər.

Aytən İmanova/AZADİNFORM. Bir qrup Azərbaycan QHT-si Yaponiya Baş nazirinin katibliyinə, nazirlərə müraciət edərək 11 martda baş verən dağıdıcı zəlzələnin nəticələrini aradan qaldırmaq üçün kömək etməyə hazır olduqlarını bildiriblər. Bu barədə “Azadinform”a «İnkişaf» Sosial və İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Gülnarə İsmayılova məlumat verib.

Atif Eyvazov/AZADİNFORM. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası bu il maliyyələşdirdiyi layihələrin rəhbərləri və mühasibləri üçün təşkil etdiyi təlimləri davam etdirir. Şuradan “Azadinform”a verilən məlumata görə, bu gün növbəti təlim 54 QHT-nin layihə rəhbərləri və mühasibləri üçün olub.

Atif Eyvazov/AZADİNFOM. Prezident yanında  QHT-lərə Dövlət Dəstəyi Şurası korrupsiya ilə mübarizə sahəsində QHT layihələrinin maliyyələşdirilməsi üçün müsabiqə elan edib. Şuradan “Azadinform”a verilən məlumata görə, müsabiqədə ixtisaslaşmış və təcrübəsi olan QHT-lərə üstünlük veriləcək.

 
Страница 580 из 583 << < 576 577 578 579 580 581 582 583 > >>
 Лента новостей
21.08.2017
17.08.2017
15.08.2017
14.08.2017
11.08.2017
 Архив
«Авг.2017
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
© 2017 All right reserved www.azadinform.az Powered by Danneo