Aytən İmanova/AZADİNFORM. Sabahdan mayın 27-dək “WorldFood Azerbaijan” 17-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisi keçiriləcək.

AZADİNFORM. Bu gün Bakıda Regional Rabitə Birliyinin (RRB) Rabitə iqtisadiyyatı üzrə komissiyasının 27-ci iclası öz işinə başlayır.

AZADİNFORM. Azərbaycanda cari il aprelin 1-nə olan statistikaya əsasən, əmək pensiyası alan şəxslərin sayı 1 286 030 nəfər təşkil edib.

AZADİNFORM. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə may ayının II ongünlüyü üçün növbəti monitorinq həyata keçirib.

AZADİNFORM. Nazirlər Kabineti yeni tikiləcək metro stansiyaların adlarını müəyyənləşdirib.

Elvin Xəzər/AZADİNFORM. Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Ceyms Hamilton Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşüb. Bu barədə məlumatı “Azadinform”a Ali Məhkəmədən veriblər.

Mübariz Aslanov/AZADİNFORM. “Hesab edirəm ki, bu gün Azərbaycan investisiya sahəsində böyük bir inkişaf yolunu keçir”. “Azadinform” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Dünya Bankı Qrupunun İnvestisiya mühiti üzrə məsləhət xidmətləri layihəsinin rəhbəri İrina Niderberqer bildirib.

Aytən İmanova/AZADİNFORM. Nazirliyin işçi qrupuna, həm də bizim elektron ünvanımıza “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına dair 2000-dən artıq təklif gəlib. “Azadinform” xəbər verir ki, bu barədə gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib.


Atif Eyvazov/AZADİNFORM. Nazirlər Kabineti “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”ın təsdiq edilməsi ilə bağlı qərar qəbul edib.


AZADİNFORM. Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. Şuradan “Azadinform”a verilən məlumata görə, ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda Şuranın Korrupsiyaya qarşı mübarizə sektorunun məlumatı dinlənilib.

AZADİNFORM. Gənc Vətənpərvərlər Birliyi 2 saylı Humanitar texniki elmlər liseyində “İndi bizim əsas vəzifəmiz gənclərin vətənpərvərlik ruhunu, milli və döyüş ruhunu qaldırmaqdır” mövzusunda elmi-praktik konfrans keçirib.

Atif Eyvazov/AZADİNFORM. Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində Bakı Dövlət Universitetinin 7 yataqxanasından 2-də müvəqqəti məskunlaşan 800 nəfərdən ibarət 210 məcburi köçkün ailəsinin müvəqqəti məskunlaşdırılması məqsədilə 4 ədəd 5 mərtəbəli 55 mənzilli yaşayış binalarının (bütün sosial-texniki infrastruktur obyektləri ilə birlikdə) tikintisi üçün tender elan edilib, layihə təşkilatı müəyyən olub.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Azərbaycanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır.

AZADİNFORM. Bu gün İsveçrənin Cenevrə şəhərində Radiorabitənin İşçi Qrupunun 6-cı iclası keçiriləcək.

Həbibə/AZADİNFORM. Beynəlxalq Əmək Təşkilatının (BƏT) Layiqli Əməyə Texniki Dəstək Qrupunun və BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə ofisi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) üçtərəfli seminar öz işinə başlayıb. “Azadinform”un məlumatına görə, bu barədə ƏƏSMN-in mətbuat xidməti bildirib.

Mübariz Aslanov/AZADİNFORM. Mərdəkan qəsəbəsi “Qızıl Qum” istirahət zonası yaxınlığında quraşdırılan modul tipli bioloji təmizləmə qurğusunun yeri dəyişdirilərək Sumqayıt sahil zolağındakı 4 axar üzərində quraşdırılaraq istismara verilib. Bu barədə məlumatı “Azadinform”a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən veriblər.

Həbibə/AZADİNFORM. Bakıda keyfiyyətsiz sərinləşdirici içkilər aşkarlanıb.

Atif Eyvazov/AZADİNFORM. Ombudsman  Aparatında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məsləhətçisi, kommunikasiya üzrə aparıcı ekspert Everold N. Hoseinlə görüş keçirilib. Məlumatı “Azadinform”a Ombudsman Aparatından veriblər.

Günel Əbilova/AZADİNFORM. İyunun 26-dan etibarən Bakı-Karlovı Varı-Bakı reysi dəyişdirilmiş qrafiklə Bakı-Praqa-Bakı reysi ilə əvəzlənir. Bu barədə məlumatı “Azadinform”a “Azərbaycan Hava Yolları” QSC-dən veriblər.

Həbibə/AZADİNFORM. “Azərsu” ASC abunəçilərin su təchizatında mövcud qrafikdən kənarlaşmalara yol verilməməsi və istehlakçıların artan tələbatını ödəmək üçün mənbələrdən götürülən və xətlərə vurulan suyun həcmini artırıb.

 
Страница 579 из 596 << < 575 576 577 578 579 580 581 582 583 > >>
 Лента новостей
20.04.2018
19.04.2018
 Архив
«Апр.2018
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30      
 
© 2018 All right reserved www.azadinform.az Powered by Danneo