AZADİNFORM. NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay iyulun 5-6-da Bakıya səfər edəcək.

AZADİNFORM. “Azərbaycan müstəqil olduqdan sonra İranla əlaqələri xeyli inkişaf edib. İki ölkə arasındakı münasibətlər dərin tarixə malikdir. Buna görə də inanıram ki, səfərim zamanı müzakirə olunacaq siyasi-iqtisadi məsələlər səmərəli olacaq”. “Azadinform”un məlumatına görə, bunu Azərbaycana səfərə gələn İran parlamentinin sədri Əli Laricani deyib. O, həmçinin Bakıda Fələstin-İsrail məsələsini də müzakirə edəcəyini vurğulayıb: “Nəzərdə tutulan bu və başqa müzakirələr Azərbaycan-İran münasibətlərində həlledici rol oynayacaq”.

AZADİNFORM. Fransa prezidenti Nikola Sarkozi xuliqan hücumuna məruz qalıb. İnsident dövlət başçısının Braks şəhərinə səfəri zamanı yaşanıb. «Azadinform» «BFM TV» telekanalına istinadən xəbər verir ki, kanalın saytında bununla bağlı müvafiq video yerləşdirilib. Dövlət başçısı onu salamlayan sakinlərin yanından keçib gedərkən bir nəfər əlini ona tərəf uzadır.

AZADİNFORM. ATƏT-ə yeni baş katib təyin olunub. “Azadinform” xəbər verir ki, baş katib postuna Lamberto Zannyer təyin olunub. ATƏT Nazirlər Şurasının bu qərarını ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis açıqlayıb.

AZADİNFORM. İyulun 3-də Bakıda NATO-Azərbaycan Beynəlxalq Məktəbinin “Yaxın Şərq problemi: Təhlükəsizlik və Demokratiya” adlı (“The Middle East Puzzle: Security and Democracy”) yay sessiyası başlayacaq. “Azadinform” NİSA-nın saytına istinadən xəbər verir ki, sessiya iyulun 9-dək davam edəcək.

Elcan/AZADİNFORM. Səudiyyə Ərəbistanında kral ailəsinin ictimai fəal simalarından keçmiş müstəntiq Şahzadə Türki Əl Faysal İranın nüvə istehsalı siyasətini genişləndirəcəyi və dünya birliyinin bunu əngəlləyə bilməyəcəyi halda Mərkəzi Şərqdə bir ziddiyyət olacağını bildirib. İranın nüvə istehsalına müharibə yolu ilə olsa da, son qoyulmayacağı təqdirdə Səudiyyə Ərəbistanının da nüvə istehsalına başlayacağı xəbərdarlığını edən Faysalın açıqlaması “The Guardian”-ın səhifələrində yer alıb.

Aytən İmanova/AZADİNFORM. “Provayderlər alıcıları internet sürətində aldadır. Ölkədə internetin keyfiyyəti pis olaraq qalmaqdadır”. “Azadinform” xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Azərbaycan interneti beynəlxalq kütləvi tədbirlərə hazırdır?” adlı tədbirdə söyləyib.

Həbibə/AZADİNFORM. Son illər miqrasiya sahəsindəki qanunvericiliyin təkmilləşdirilməsi və əmək miqrasiyası proseslərinə dövlət nəzarətinin gücləndirilməsi qeyri-qanuni əmək miqrasiyası hallarının ciddi surətdə azalması ilə nəticələnib.

Atif Eyvazov/AZADİNFORM. Müəllif Hüquqları Agentliyi yeni təklif üzərində çalışır. Bu barədə məlumatı “Azadinform”a müsahibəsində Müəllif Hüquqları Agentliyinin Əsərlərin qeydiyyatı və hüquq şöbəsinin müdiri Xudayat Həsənli söyləyib.

AZADİNFORM. İstanbulun Ağır Cinayətlərə Dair Məhkəməsi altı general, eləcə də bir admiral və Türkiyə Silahlı Qüvvələrinin altı polkovnikinin həbsinə dair order verib. Onlar dövlət çevrilişi cəhdində günahlandırılıblar. «Azadinform» Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunlar məhkəmənin qərarı ilə əvvəllər dindirilmiş general-leytenant Turqut Atman, general-mayor Bəyazid Karataş, Nədim Günger Kurubaş və Bülent Koqababuç, briqada generalları - Mustafa Erxan və Mehmet Eldem, admiral Əhməd Sinan Ərtoğrul və polkovnik Mehmet Orgendir.

AZADİNFORM. Texnologiya dünyasında gününün 24 saatını internetlə keçirənlər az deyil. Xüsusilə də gün ərzində işləyən insanlar üçün ən yaxşı istirahət yatmazdan əvvəl bir-iki saatlıq internet gəzintisidir. Lakin istirahət adlandırdığımız bu saatlar rahat yuxunun düşmənidir.

Həbibə/AZADİNFORM. Aparılan sorğular göstərir ki, Azərbaycanda ən çox etimad prezidentə və Prezident Administrasiyasınadır. Bunu “Azadinform”a açıqlamasında Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.

AZADINFORM Şimali Koreya 9 aylıq müddətə universitetləri bağlamaq və tələbələri əkin sahələrinə, fabriklərə göndərmək qərarına gəlib. Rəsmi Seul bunu  Kim İr Çenin yüz illik yubileyinə hazırlıq məqsədi ilə edir.

C.Əsgərov/AZADİNFORM. Noyabr ayının sonuna kimi Bakıda nəqliyyatın intellektual idarəedilməsi sistemi işə düşəcək. Nəqliyyat Nazirliyinin katibliyinin müdiri Namiq Həsənov hesab edir ki, intellektual idarəetmə sisteminin işə düşməsi Bakının nəqliyyat sisteminin yaxşılaşdırılmasında dönüş nöqtəsi olacaq.

AZADİNFORM. Suriya ordusunun 16 əsgəri Türkiyəyə sığındı. “Azadinform” “FoxNews”-a istinadən xəbər verir ki, Suriyadan qaçaraq, Türkiyəyə sığınan əsgərlər adından danışdığını bildirən bir müxalif ölkəsindəki ordu rəhbərləri və komandirlərə “xalqın tərəfinə keçin” təklifi göndərib.

Adəm Abbaslı/AZADİNFORM. “Hər bir xalqın tarixində muzeylər böyük əhəmiyyət kəsb edir. Elə bu səbəbdən də ölkəmizdə olan muzeylərə və onlarda saxlanılan eksponatlara qayğı ilə yanaşmaq bizim hər birimizin vətəndaşlıq borcumuzdur”.

AZADİNFORM. “Google” kompaniyası «Facebook»la rəqabət apara biləcək yeni «Google Plus» sosial şəbəkəsini buraxmaq qərarına gəlib. «Azadinform» RİA «Novosti»yə istinadən xəbər verir ki, yeni «Google Plus»ün bir sıra üstün cəhətləri var. Belə ki, burada bütün əlaqələri ayrı-ayrı kontakt qruplarda birləşdirmək imkanı var.

Elvin Xəzər/AZADİNFORM. Astanada keçirilən İslam Konfransı Təşkilatının Xarici İşlər Nazirlərinin 38-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün İraq, Əfqanıstan, Mərakeş, Seneqal, Qırğızıstan, Malayziya, İndoneziya və Qazaxıstanın xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib.

Həbibə/AZADİNFORM. “Pensiyaların baza hissəsinin artırılması hələlik planda yoxdur”. “Azadinform” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov deyib.

AZADİNFORM. NATO baş katibinin Meydana Gələn Çağırışlar üzrə müavini Gabor İklody Azərbaycana səfər edəcək. Bu barədə məlumatı “Azadinform”a  Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) veriblər. Səfər zamanı Gabor İklody iyulun 8-də Saloğlu layihəsinin bağlanış mərasimində iştirak edəcək.

 
Страница 690 из 702 << < 686 687 688 689 690 691 692 693 694 > >>
 Лента новостей
22.02.2019
21.02.2019
 Архив
«Фев.2019
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
    123
45678910
11121314151617
18192021222324
25262728   
 
© 2019 All right reserved www.azadinform.az Powered by Danneo