Həbib/AZADİNFORM. “2011-ci il üzrə dövlət büdcəsinin xərclərinin 25 faiz artırılması müəyyən inflyasiya riskləri yaradır”. “Azadinform” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov bildirib.

C.Əsgərov/AZADİNFORM. Ermənistanın seçki və seçkiqabağı dövrü demək olar ki, Rusiyanın ikiqat seçki dövrü ilə üst-üstə düşür: 2011-ci ilin dekabrında Rusiyada Dövlət Dumasına seçkilər keçiriləcək. 2012-ci ilin martında isə Rusiyada prezident seçkiləridir. Başqa sözlə, aydındır ki, Ermənistanda qızğın seçkiqabağı dövr yaşanarkən Rusiya öz seçki qayğılarıyla məşğul olacaq. Bu, Rusiyanın siyasi elitasına Ermənistandakı seçkiqabağı prosesə lazımi diqqəti ayırmağa mane olmayacaqmı? Əlbəttə, olacaq! Xüsusən də nəzərə alsaq ki, Rusiyada heç də sadə olmayan hakimiyyət uğrunda mübarizə gözlənilir.

AZADINFORM. Serbiya məhkəməsi  Bosniya müharibəsi generalı Ratko Mladicin Haaqa Beynəlxalq Tribunalına ekstradisiyasına qarşı verilən şikayəti təmin etməyib.  «Azadinform» «Associated Press»ə istinadən yaydığı xəbərdə göstərib ki, müharibə cinayətləri prokuroru Bruno Vekaric deyib ki, Mladic ən qısa zamanda ekstradisiya olunmalıdır.

Aytən İmanova/AZADİNFORM. Bu gün Bakı Beynəlxalq Tələbə Klubu (BBTK) QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə, Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının təşkilatı dəstəyi ilə Azərbaycanda təhsil alan xarici tələbələrin I Ümumrespublika Forumunu keçirib.

AZADINFORM. Moskvanın mərkəzində Putin və Medvedevin tennis şortlarında olan plakatları böyük hay-küyə səbəb olub. Reklam xarakterli şəkillərin kim tərəfindən qoyulduğu bəlli olmayıb.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Milli Məclis “Yol hərəkəti haqqında” qanun layihəsinə təklif edilən dəyişiklikləri müzakirə edib. “Azadinform” xəbər verir ki, dəyişikliklər haqqında məlumat verən  Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, qanunun 85-ci maddəsinə 85-1 əlavəsi edilib.

Elvin Xəzər/AZADİNFORM. Rusiya Prezidentinin təşəbbüsü ilə iyunun üçüncü ongünlüyündə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşü planlaşdırılır. “Azadinform” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

Atif Eyvazov/AZADİNFORM. Bu gün Daxili İşlər Nazirliyində Polis Akademiyasının rəisi, polis general-mayoru Ramiz Nağıyevin daxili işlər orqanlarında xidmətkeçmənin son yaş həddi ilə əlaqədar təqaüdə yola salınma mərasimi keçirilib.

Mübariz Aslanov/AZADİNFORM. Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin icrası müzakirəyə çıxarılıb.

Atif Eyvazov/AZADİNFORM. Göygöl və Şəmkir rayonları arasında aparılan tədqiqatlar nəticəsində Azərbaycanda ilk dəfə olaraq platin yatağı aşkarlanıb. “Azadinform” xəbər verir ki, bu barədə məlumatı ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Yeni Azərbaycan Partiyasında keçirdiyi mətbuat konfransında söyləyib.

AZADİNFORM. “Problem ondadır ki, ”Siyasi məhbus” ifadəsinin hamı tərəfindən qəbul olunan tərifinin olmaması bu ifadənin müxtəlif şərhlərinə gətirib çıxarır”.

Elvin Xəzər/AZADİNFORM. Bu gecə yerli vaxtla  saat 04:55:30-da Xəzər dənizində, Bakıdan 166 km şərqdə zəlzələ qeydə alınıb.

AZADİNFORM. Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 70 şəxs cəzanın çəkilməmiş hissəsindən azad edilib, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 2 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

C.Əsgərov/AZADİNFORM. Bu günə Ermənistanın xarici borcu 3 milyard 800 milyon dollara yaxınlaşır. Bu isə ÜDM-nin 45 % -i deməkdir. Xarici borcun ÜDM-нин 40%-ə çatması belə, ölkə iqtisadiyyatı üçün təhlükəli hesab olunur.

Elcan/AZADİNFORM. “Facebook”da dost ya 50 olar, ya 150. “Azadinform”un CNN-ə istinadən yaydığı xəbərə görə, bu barədə professor Deyv Morinin araşdırma aparıb. Müəllif bildirir ki, siz bir səhifədə maksimum 50-yə yaxın insanla sözün əsl mənasında dost ola bilərsiniz.

Atif Eyvazoav/AZADİNFORM. Yaş senzi ilə bağlı qəbul edilən qərar, qanun icra edilməlidir, ancaq Akademiyada  yaşından asılı olmayaraq alimlərin elmi potensialından istifadə ediləcək. Bu barədə açıqlamanı “Azadinform”a müsahibəsində AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov söyləyib.

AZADİNFORM. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “Lotereyalar haqqında” AR Qanununa və öz Əsasnaməsinə müvafiq olaraq lotereyaların təşkili və keçirilməsi sahəsində münasibətlərin dövlət tənzimlənməsini həyata keçirən icra hakimiyyəti orqanı olaraq bu istiqamətdə mütəmadi nəzarət tədbirlərini həyata keçirir.

Mübariz Aslanov/AZADİNFORM. “Azərbaycanda informasiyanın psixoloji təhlükəsizliyi” haqqında qanunun qəbul edilməsinə ciddi ehtiyac var.

AZADİNFORM. Cari ilin ikinci yarısında Avropa İttifaqının viza rejiminin sadələşdirilməsi, readmissiya məsələləri ilə bağlı Azərbaycanla danışıqlara başlamaq üçün razılıq verəcəyi gözlənilir. “Azadinform” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

AZADINFORM. «Ermənistanda yoxsulluq son həddə çatıb. Yerevan əhalisinin 88 faizi güc-bəla ilə dolanır və yalnız 1,1 faiz normal həyat tərzi sürə bilir.

 
Страница 686 из 691 << < 682 683 684 685 686 687 688 689 690 > >>
 Лента новостей
19.10.2018
18.10.2018
 Архив
«Окт.2018
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
1234567
891011121314
15161718192021
22232425262728
293031    
 
© 2018 All right reserved www.azadinform.az Powered by Danneo