Atif Eyvazov/AZADİNFORM. Göygöl və Şəmkir rayonları arasında aparılan tədqiqatlar nəticəsində Azərbaycanda ilk dəfə olaraq platin yatağı aşkarlanıb. “Azadinform” xəbər verir ki, bu barədə məlumatı ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Yeni Azərbaycan Partiyasında keçirdiyi mətbuat konfransında söyləyib.

AZADİNFORM. “Problem ondadır ki, ”Siyasi məhbus” ifadəsinin hamı tərəfindən qəbul olunan tərifinin olmaması bu ifadənin müxtəlif şərhlərinə gətirib çıxarır”.

Elvin Xəzər/AZADİNFORM. Bu gecə yerli vaxtla  saat 04:55:30-da Xəzər dənizində, Bakıdan 166 km şərqdə zəlzələ qeydə alınıb.

AZADİNFORM. Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 70 şəxs cəzanın çəkilməmiş hissəsindən azad edilib, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 2 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

C.Əsgərov/AZADİNFORM. Bu günə Ermənistanın xarici borcu 3 milyard 800 milyon dollara yaxınlaşır. Bu isə ÜDM-nin 45 % -i deməkdir. Xarici borcun ÜDM-нин 40%-ə çatması belə, ölkə iqtisadiyyatı üçün təhlükəli hesab olunur.

Elcan/AZADİNFORM. “Facebook”da dost ya 50 olar, ya 150. “Azadinform”un CNN-ə istinadən yaydığı xəbərə görə, bu barədə professor Deyv Morinin araşdırma aparıb. Müəllif bildirir ki, siz bir səhifədə maksimum 50-yə yaxın insanla sözün əsl mənasında dost ola bilərsiniz.

Atif Eyvazoav/AZADİNFORM. Yaş senzi ilə bağlı qəbul edilən qərar, qanun icra edilməlidir, ancaq Akademiyada  yaşından asılı olmayaraq alimlərin elmi potensialından istifadə ediləcək. Bu barədə açıqlamanı “Azadinform”a müsahibəsində AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov söyləyib.

AZADİNFORM. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “Lotereyalar haqqında” AR Qanununa və öz Əsasnaməsinə müvafiq olaraq lotereyaların təşkili və keçirilməsi sahəsində münasibətlərin dövlət tənzimlənməsini həyata keçirən icra hakimiyyəti orqanı olaraq bu istiqamətdə mütəmadi nəzarət tədbirlərini həyata keçirir.

Mübariz Aslanov/AZADİNFORM. “Azərbaycanda informasiyanın psixoloji təhlükəsizliyi” haqqında qanunun qəbul edilməsinə ciddi ehtiyac var.

AZADİNFORM. Cari ilin ikinci yarısında Avropa İttifaqının viza rejiminin sadələşdirilməsi, readmissiya məsələləri ilə bağlı Azərbaycanla danışıqlara başlamaq üçün razılıq verəcəyi gözlənilir. “Azadinform” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

AZADINFORM. «Ermənistanda yoxsulluq son həddə çatıb. Yerevan əhalisinin 88 faizi güc-bəla ilə dolanır və yalnız 1,1 faiz normal həyat tərzi sürə bilir.

Tofiq Bəhramov adına Respublika stadionunda “İnter” və “Xəzər-Lənkəran” klublarının iştirakı ilə Azərbaycan Kubokunun final oyunu keçirilib. Oyunun əsas vaxtı qalibi müəyyən olmayıb – 0:0. Əlavə 30 dəqiqə vaxt ərzində isə qapılara iki top vurulub. Nəticədə əlavə vaxt 1:1 hesablı heç-heçə ilə başa çatıb.

AZADİNFORM. Dünyanın aparıcı internet və media orqanlarının başçıları prezident Nikola Sarkozinin təklifi ilə Fransada toplaşıb. “Azadinform” BBC-yə istinadən xəbər verir ki, Google, Microsoft, Facebook kimi tanınmış virtual məkanların liderlərinin də iştirak edəcəyi görüş iki gün davam edəcək. Görüşdə əsas məqsəd internetin məhdudlaşdırılması və yayılan məlumatların araşdırılmasında qərar qəbul edilməsidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mayın 23- də "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərman imzalayıb.

Günel Əbilova/AZADİNFORM. “Sarı gəlin” bir türk mahnısıdır və hər zaman da türk mahnısı olaraq qalacaq”. “Azadinform” xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç dünən Türkiyənin “Kanal D” telekanalında yayımlanan “Şəffaf oda” proqramında Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun “Sarı gəlin” mahnısının erməni musiqisi kimi təqdim edərkən heç bir reaksiya verməməsinə münasibət bildirərkən deyib.


Mübariz Aslanov/AZADİNFORM. Bu gün Milli Məclisin İqtisadi siyasət və Sosial siyasət komitələrinin birgə iclası keçirilib.

AZADINFORM. Ermənistanda “Metsamor” Atom Elektrik Stansiyasının yaxınlığında partlayıcı vasitələr tapılıb. «Azadinform» «Novosti Armeniya»ya istinadən xəbər verir ki, Armavir vilayətində aşkarlanan partlayıcı vasitələr 82 millimetrli iki ədəd mərmi olub.

Həbibə/AZADİNFORM. “Dağlıq Qarabağda ermənilər tərəfindən otellərin, turizm müəssisələrinin açılması, onların orada turizm fəaliyyəti göstərməsi qanunsuzdur”. “Azadinform”un məlumatına görə, bunu Mədəniyyət və Turizm Nazirliyinin Turizmin təşkili şöbəsinin müdiri Aydın İsmiyev bildirib. “Təbii ki, onlar bizdən lisenziya almayıblar, almayacaqlar da”,-deyən şöbə müdirinin sözlərinə görə, tövsiyə oluna və siyahı yerləşdirilə bilər ki, turistlər orada yerləşməsinlər:

C.Əsgərov/AZADİNFORM. 2003-cü ildə Gürcüstanda baş vermiş «Qızılgül» inqilabının ləçəkləri əslində çoxdan qopub. Yada salaq, inqilab dalğası ilə hakimiyyətə gələn Mixail Saakaşvilinin müttəfiqləri o zaman kimlər idi?

Həbibə/AZADİNFORM. 2011-ci ilin büdcəsinə əlavə və dəyişikliklər mayın 27-də parlamentin müzakirəsinə çıxarılacaq.

 
Страница 684 из 688 << < 680 681 682 683 684 685 686 687 688 > >>
 Лента новостей
21.09.2018
 Архив
«Сен.2018
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
 
© 2018 All right reserved www.azadinform.az Powered by Danneo