Mübariz Aslanov/AZADİNFORM. Bu gün Milli Məclisin növbədən kənar iclası işə başlayıb. “Azadinform” xəbər verir ki, iclasda əvvəlcə cari məsələlərin müzakirəsi olub.

AZADİNFORM. Hərbi Hava Qüvvələri parada hazırlıq məqsədilə Azərbaycan paytaxtı üzərində uçuşlar edib. Azərbaycanda 26 iyun - Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə keçiriləcək hərbi parada hazırlıq məqsədilə bu gün “MİQ-29” qırıcı təyyarələri və helikopterlər manevrlər ediblər.

AZADİNFORM  Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə təklif olunan əsas prinsiplərin təxirə salınması səmərəsiz olardı. Bu barədə məlumatı Rusiya XİN rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç səsləndirib. Onun sözlərinə görə, Dovildə prezidentlərin qəbul etdiyi bəyanat tərəflərə siyasi nizamlama prosesinin hansı həddə çatdığını göstərmiş oldu:

AZADİNFORM. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Yerevanda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri - Bernar Fasie, Robert Bradtke və İqor Popovu, eləcə də ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişiki qəbul edib.

Həbibə/AZADİNFORM. “Bakıda və Abşeron yarımadasında fəaliyyət göstərən otellərə tövsiyə edərdik ki, gələn il Azərbaycanda keçiriləcək “Eurovision” mahnı müsabiqəsi ilə əlaqədar gələcək qonaqların qeydiyyatıyla bağlı müraciətlərinə cavab verməyə tələsməsinlər”.

AZADİNFORM. Ermənistanda seysmik davamlılıq məsələlərinə həsr olunmuş beynəlxalq konfransda Seysmik Assosiasiya üzrə Erməni Assosiasiyanın rəhbəri Mikael Melkumyan bir sıra sensasion fikirlər səsləndirib.

AZADİNFORM. Prezident İlham Əliyev “Dövlət qulluğu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib. “Azadinform” xəbər verir ki, dəyişikliklərə əsasən dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir. 65 yaşına çatmış dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər.

Atif Eyvazov/AZADİNFORM. Azərbaycanda demokratik polisin yaradılması dövlətin, Daxili İşlər Nazirliyi rəhbərliyinin iradəsindən irəli gələn məsələdir. “Azadinform” xəbər verir ki, bunu Bakıda “Cəmiyyət dəstəkli polis” işinə dair keçirilən ikinci beynəlxalq konfransda daxili işlər nazirinin müavini Oruc Zalov söyləyib.

Atif Eyvazov/AZADİNFORM. İqtidarla müxalifət arasında birgə görüşün təşkil edilməsi ATƏT-in Bakı ofisinin gündəmindədir. “Azadinform” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorel söyləyib.

AZADİNFORM. İran İslam İnqilabı Keşikçiləri Şurasının nümayəndələri dərc etdikləri məqalədə İranın nüvə silahının sınağını keçirə biləcəyini bəyan ediblər.

AZADİNFORM. Ali Məhkəmədə “Vətəndaş və dövlət – Şərqi Avropa cəmiyyətlərində inzibati hüquq özünü necə doğruldur?” mövzusunda beynəlxalq konfrans keçirilib. Ali Məhkəmədən “Azadinform”a verilən məlumata görə, Azərbaycanın, Almaniya, Gürcüstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Ukraynanın yerli və xarici qeyri-hökumət təşkilatlarının, ATƏT və Avropa Şurası nümayəndələrinin qatıldığı beynəlxalq konfransın işində 80 nəfər nümayəndə iştirak edib.   

AZADİNFORM. Ermənistanın ədliyyə naziri Hrayr Tovmasyan bildirib ki, Ermənistanda Konstitusiyanı deyil, cəmiyyəti dəyişmək lazımdır.

AZADİNFORM. Rusiya Gürcüstanın onun terror aktlarının maliyyə mənbəyi olması ilə bağlı ittihamlarını araşdıracaq. Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin bildirib ki, onlar bu ittihamı diqqətlə araşdıracaq.

Aytən İmanova/AZADİNFORM. Bu gün Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin 12 iyun –Rusiya günü ilə əlaqədar mətbuat konfransı keçirib. “Azadinform” xəbər verir ki, səfir Azərbaycan–Rusiya münasibətlərindən fəxrlə danışılması gərəkliyini vurğulayıb. “Bu gün Rusiya-Azərbaycan münasibətləri haqqında inamla, hətta qürurla danışmaq olar.

AZADİNFORM. Prezident İlham Əliyev bu gün Serbiyaya rəsmi səfərə yola düşüb.

Həbibə/AZADİNFORM. “Hazırda Yunanıstanda böyük iqtisadi böhran var, müəyyən obyektləri özəlləşməyə açırlar. Biz “DEPA” şirkətini almaq üçün araşdırmalar aparırıq”.

Həbibə/AZADİNFORM. “Azərbaycan enerji sahəsində diversifikasiyanı prioritet istiqamət kimi qəbul edir və Avropanın enerji təhlükəsizliyinin təminatında öz töhfəsini verməyə çalışır”. “Azadinform”un məlumatına görə, bunu bu gün Bakıda keçirilən (7-10 iyun) XVIII Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (Caspian Oil&Gas-2011) çərçivəsində təşkil olunmuş eyniadlı konfransdakı çıxışı zamanı Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.

Həbibə/AZADİNFORM. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) və Norveç Krallığının Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə “MHŞT: Neft gəlirlərinin idarə edilməsində şəffaflıq, hesabatlılıq və yaxşı idarəçilik” mövzusunda seminar keçirilib. “Azadinform”un məlumatına görə, seminarda Norveç Krallığının vəliəhdi Hookonun başçılıq etdiyi nümayəndə heyəti, ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirləri, hökumət nümayəndələri, ölkədə fəaliyyət göstərən yerli və xarici mədən hasilatı şirkətlərinin və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.

AZADİNFORM. ABŞ rəsmi şəkildə Yəmən prezidenti Abdulla Salehin vəzifəsinə qayıtmasını istəmədiyini bildirib.

AZADİNFORM Ən az hazırcavab, eləcə də şən, zarafatcıl olmayan insanların yaşadığı ölkələrin reytinq cədvəli müəyyən edilib. Sorğu 15 ölkədə 30 min insan arasında keçirilib. «Azadinform» «The Daily Telegraph»a istinadən xəbər verir ki, «Badoo» sosial şəbəkəsi tərəfindən sifariş olunan sorğuda ən az zarafatcıl və replikalara ən az hazırcavab ölkələr sırasında birinci yerdə Almaniya durub.

 
Страница 683 из 691 << < 679 680 681 682 683 684 685 686 687 > >>
 Лента новостей
16.10.2018
15.10.2018
 Архив
«Окт.2018
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
1234567
891011121314
15161718192021
22232425262728
293031    
 
© 2018 All right reserved www.azadinform.az Powered by Danneo