Atif Eyvazov/AZADİNFORM. Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu "Binə" ticarət mərkəzindəki valyutadəyişmə məntəqələrindən birində Əli Əliyevi öldürən şəxsin tutulduğu barədə məlumat yayıb.

AZADİNFORM. Qazaxıstan prezidenti Nursultan Nazarbayev alman klinikasında ona edilən əməliyyatı yaxşı keçirib və artıq o, xəstəxanadan çıxıb. «Azadinform»un məlumatına görə, bunu «Röyters» Almaniyanın «Bild» qəzetinə istinadən xəbər verir. Mənbə dövlət başçısının prostat əməliyyatı keçirdiyini və hazırda lyuks oteldə qaldığını göstərib. Başqa bir məlumata görə, prezident mədəaltı vəzindən əməliyyat olunub. Belə ki, Qazaxıstan prezidentinin keçmiş kürəkəni Rahat Əliyev öz bloqunda N.Nazarbayevə mədəaltı vəzin xərçəngi diaqnozunun qoyulduğunu açıqlayıb.

Həbibə/AZADİNFORM. Azərbaycanda 1 ulduzlu mehmanxana yoxdur. 2 ulduzlu isə cəmi 3 mehmanxana var ki, onun da 1-i paytaxtdadır. Bu barədə “Azadinform”un araşdırması zamanı məlum olub. Azərbaycanda ümumilikdə cəmi 80-ə yaxın ulduz kateqoriyalı mehmanxana var. Bunun da 15-i 5 ulduzlu, 37-si 4 ulduzlu, 21-i isə 3 ulduzludur.

AZADİNFORM. ABŞ dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə yeni müavini təyin olunub. Bu vəzifəyə ABŞ-ın Rusiyadakı səfirinin müavini Erik Rubin təyin olunub.

AZADİNFORM. Serbiyanın hakimiyyət orqanları Qoran-Hadcicin həbs edildiyi barədə məlumat yayıb. Haaqa tribunalı tərəfindən Balkanlarda müharibə zamanı hərbi cinayətlər törətdiyinə görə axtarışda olan bu şəxsin həbsi barədə məlumatı Serbiya prezidenti Boris Tadiç verib.

AZADINFORM «Türkiyənin Ermənistanla şərq sərhədləri transsərhəd daşınmaları üçün açılacaq». Erməni mətbuatının iddiasına görə, bu sözləri Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ermənistanın qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşdə bildirib.

AZADİNFORM. İran İslam İnqilabı Keşikçiləri Şurası qüvvələri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin pilotsuz təyyarəsini vurduqlarını bəyan ediblər. Uçuş aparatı uranın  zənginləşdirilməsi üzrə «Fordu» zavodunun yaxınlığında vurulub.

AZADİNFORM. Bu gün yerli vaxtla saat 08:17:48-də Naxçıvan şəhərindən 43 km şimali-qərbdə zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

AZADİNFORM. Cari ilin birinci yarımili ərzində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və onun İşçi qrupu qarşısında duran vəzifələrin icrası istiqamətində plana uyğun surətdə fəaliyyətini davam etdirib və aşağıdakı nəticələr əldə olunub.

AZADİNFORM. Almaniyada çıxan «Bild» qəzeti yazır ki, Qazaxıstan prezidenti Nursultan  Nazarbayev Almaniyada xəstəxanaya yerləşdirilib. «Azadinform»un məlumatına görə, onun nədən müalicə olunduğu bilinmir.

AZADİNFORM. Amerika erməniləri Türkiyə əleyhinə növbəti çirkin aksiyaya başlayıblar. Amerika Erməni Milli Komitəsinin (ANCA) başladığı kampaniya Call TODAY (bu gün zəng et) adlanır.


AZADİNFORM. Çində iri şəhərlərin iki vitse-meri barəsində edam qərarı icra edilib. Onlar korrupsiya cinayətlərində ittiham olunublar. Ölüm hökmü Syu Mayyun və Tszyan Jençzeyə qarşı həyata keçirilib. «Azadinform» RİA «Novosti»yə istinadən xəbər verir ki, məlumat Çin Ali Məhkəməsinin Xalq Məhkəməsinə istinadən yayılıb.

Atif Eyvazov/AZADİNFORM. Daxili İşlər Nazirliyi  Baş Dövlət Yol Polisi İdarəsi  və onun yerlərdəki bölümləri tərəfindən 2011-ci ilin 6 ayı ərzində respublikada yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, ictimai asayişin qorunması və xidməti intizamın  möhkəmləndirilməsi  istiqamətində bir sıra  təşkilati və  profilaktik  tədbirlər həyata keçirilib.


Atif Eyvazov/AZADİNFORM. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi  (DQİDK) daha 3 dini icmaya dövlət qeydiyyatından keçmək haqqında şəhadətnamə və dini qurumların dövlət reyestrindən çıxarış sənədlərini verib. Bu barədə məlumatı “Azadinform”a DQİDK-dən veriblər.
Bunlar Şəki şəhər Aydınbulaq kəndi “Hacı Mir Ələkbərağa” məscidi dini icması, Salyan şəhəri “Mirəşrəf ağa” məscidi dini icması və “Roma-Katolik Kilsəsinin Apostol Prefekturası”dır.

AZADİNFORM. «Abxaziya və Cənubi Osetiya heç vaxt Qarabağ münaqişəsinin nizamlanması konteksində Rusiya ilə Azərbaycan arasında alış-veriş predmeti ola bilməz».

Mübariz Aslanov/AZADİNFORM. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının iyulun 16-da cari tədris ili üçün ali məktəblərə və tam orta təhsil bazasından orta ixtisas məktəblərinə IV ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanının nəticələrini açıqlayıb. Bu barədə məlumatı “Azadinform”a TQDK-nın mətbuat xidmətindən veriblər.

AZADİNFORM. Bu gün Prezident İlham Əliyev Rumıniyanın ölkəmizdəki səfiri Nikolae Urekeni diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. “Azadinform” xəbər verir ki, Azərbaycanla Rumıniya arasında ikitərəfli münasibətlərin inkişafından danışan səfir Nikolae Ureke bu münasibətlərin genişlənməsində dövlət başçılarının imzaladıqları strateji tərəfdaşlığın yerinə yetirilməsi üçün Birgə fəaliyyət planının önəmini vurğulayıb.

AZADİNFORM. «Bu yaxınlarda azərbaycanlı qızın öldürülməsi faktının ölüm və yaxud terror aktı olması barədə məhkəmə qərar çıxarmalıdır». «Azadinform» RİA «Novosti»yə istinadən yaydığı məlumata görə, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla Moskvada keçirdiyi mətbuat konfransında bildirib.

Aytən İmanova/AZADİNFORM. “Dağlıq Qarabağ münaqişənin nizama salınması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri, yaxud da beynəlxalq ictimaiyyət 13 yaşlı uşağın ermənilər tərəfindən terrora məruz qalmasına ən ciddi şəkildə münasibət bildirməlidir”. “Azadinform” xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov bildirib.

AZADİNFORM. Əfqanıstan prezidenti Həmid Kərzayinin müşaviri Can Məhamməd Xan qətlə yetirilib. «Azadinform» Qərb KİV-nə istinadən xəbər verir ki, döyüşçülər şam yeməyi vaxtı onun evinə soxularaq müşaviri güllələyiblər. Hücum zamanı Əfqanıstan parlamentinin deputatı Haşim Vatanval da öldürülüb.

 
Страница 681 из 698 << < 677 678 679 680 681 682 683 684 685 > >>
 Лента новостей
24.01.2019
23.01.2019
 Архив
«Янв.2019
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
© 2019 All right reserved www.azadinform.az Powered by Danneo