Həbibə/AZADİNFORM. “Post-terminalların kütləviləşdirilməsi məsələsi ölkə başçısı tərəfindən müvafiq orqanlar qarşısında öhdəlik kimi qoyulub, bu istiqamətdə ötən il fərman da verilib”. “Azadinform”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

AZADİNFORM. Almaniyada meydana gələn virusun yayılmasını və virusla aparılan mübarizənin gedişini izləyən Rusiya hökuməti AB ölkələrindən tərəvəz idxalını dayandırıb. “Azadinform” BBC-yə istinadən xəbər verir ki, bu barədə açıqlama verən rusiyalı rəsmi Gennadi Onişenko bildirib ki, virus nəticəsində ölənlərin sayının artması və mübarizənin ləng aparılması hökuməti belə bir addım atmağa məcbur edib.

Mübariz Aslanov/AZADİNFORM. “Ermənistan üçün İranın daxili sabitliyi və ərazi bütövlüyü vacib amildir”. “Azadinform” xəbər verir ki, bunları Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bildirib.

AZADİNFORM. İtaliyanın birləşməsinin 150 və İtaliya Respublikasının 65 illiyi münasibətilə paytaxt Romada bu gündən başlayan tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin bir qrup zabiti də iştirak edir.

AZADINFORM «Əl-Qaidə» lideri Üsəma bin Ladenin yerini müəyyən etməkdə köməklik etmiş kuryerin adı bəlli olub. «Azadinform» «Associated Press»ə istinadən yaydığı məlumatda göstərib ki, bu şəxsin adı İbrahim Said Əhməddir. O, uzun müddət taliblərin sığınacaq yeri olmuş Pakistanın Svat əyalətində yerləşən Martunq kəndindəndir.

AZADINFORM Çində hamını şoka salacaq olay baş verib. Anhoy əyalətinin sakini “iPad 2” planşet kompyuterini almaq üçün sağ böyrəyini satıb. «Azadinform» «Dunfan» peyk telekanalına istinadən yaydığı xəbərdə göstərib ki, 17 yaşlı Syao Çjen bu il 10-cu sinfə keçib və “iPad 2” almaq onun çoxdankı arzusu olub.

Elvin Xəzər/AZADİNFORM. Xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Avropa ölkələrinin BMT yanında Daimi nümayəndələri ilə görüş keçirib.

AZADINFORM.  Yozef Blatter dördüncü dəfə FİFA-nın prezidenti seçilib. 230 nümayəndədən 186-sı onun lehinə səs verib. «Azadinform» «Lenta.ru»ya istinadən xəbər verir ki, 75 yaşlı Blatter FİFA-y 1998-ci ildən rəhbərlik edir. Seçkilər FİFA-da iri qalmaqal fonunda keçirilib. Blatter prezident seçildikdən sonra təşkilatda korrupsiyaya son qoyacağını bəyan edib.

Mübariz Aslanov/AZADİNFORM. Bakıda intellektual idarəetmə sisteminin tətbiqi çərçivəsində nəqliyyatın hərəkəti və avtobusların marşrutları peyk vasitəsilə müşahidə ediləcək. Bu barədə məlumatı “Azadinform”a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat katibi Müşviq Əmirov verib.

AZADINFORM Tbilisi şəhər məhkəməsi eks-spiker Nino Burcanadzenin əri Badri Biçadzenin azad olunması üçün lazım olan girovun məbləğini açıqlayıb. Məhkəmənin qərarında göstərilib ki, Burcanadzenin əri 60 min dollar müqabilində ev dustağı ola bilər.

Həbibə/AZADİNFORM. Bu gün Yeni Azərbaycan Partiyası və Dövlət Sosial Müdafiə Fondunun birgə təşkilatçılığı ilə “Pensiya təminatında vahid prinsipin tətbiqi islahatların yeni mərhələsidir” mövzusunda dəyirmi masa keçirilib.

Həbibə/AZADİNFORM. “Qorunmayan əmanətlərin həcminin artması təhlükəli tendensiyadır və bu, bir sıra problemlər yarada bilər”. “Azadinform”un məlumatına görə, bu barədə İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev mətbuata açıqlamasında bildirib. Onun sözlərinə görə, Əmanətlərin Sığortalanması Fondu qorunan əmanətlərin faiz dərəcəsini 12 faizə salmasına baxmayaraq, banklar böyük həvəslə yüksək faizlə əmanət cəlbini davam etdirir, məlumatsız əhali isə yüksək faizə aldanır.


AZADİNFORM. Dünya Səhiyyə Təşkilatı (DST) və  Xərçəng Araşdırmaları Qurumu mobil telefon və simsiz ünsiyyətin beyin xərçənginə səbəb ola biləcəyini açıqlayıb.

Həbib/AZADİNFORM. “2011-ci il üzrə dövlət büdcəsinin xərclərinin 25 faiz artırılması müəyyən inflyasiya riskləri yaradır”. “Azadinform” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov bildirib.

C.Əsgərov/AZADİNFORM. Ermənistanın seçki və seçkiqabağı dövrü demək olar ki, Rusiyanın ikiqat seçki dövrü ilə üst-üstə düşür: 2011-ci ilin dekabrında Rusiyada Dövlət Dumasına seçkilər keçiriləcək. 2012-ci ilin martında isə Rusiyada prezident seçkiləridir. Başqa sözlə, aydındır ki, Ermənistanda qızğın seçkiqabağı dövr yaşanarkən Rusiya öz seçki qayğılarıyla məşğul olacaq. Bu, Rusiyanın siyasi elitasına Ermənistandakı seçkiqabağı prosesə lazımi diqqəti ayırmağa mane olmayacaqmı? Əlbəttə, olacaq! Xüsusən də nəzərə alsaq ki, Rusiyada heç də sadə olmayan hakimiyyət uğrunda mübarizə gözlənilir.

AZADINFORM. Serbiya məhkəməsi  Bosniya müharibəsi generalı Ratko Mladicin Haaqa Beynəlxalq Tribunalına ekstradisiyasına qarşı verilən şikayəti təmin etməyib.  «Azadinform» «Associated Press»ə istinadən yaydığı xəbərdə göstərib ki, müharibə cinayətləri prokuroru Bruno Vekaric deyib ki, Mladic ən qısa zamanda ekstradisiya olunmalıdır.

Aytən İmanova/AZADİNFORM. Bu gün Bakı Beynəlxalq Tələbə Klubu (BBTK) QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə, Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının təşkilatı dəstəyi ilə Azərbaycanda təhsil alan xarici tələbələrin I Ümumrespublika Forumunu keçirib.

AZADINFORM. Moskvanın mərkəzində Putin və Medvedevin tennis şortlarında olan plakatları böyük hay-küyə səbəb olub. Reklam xarakterli şəkillərin kim tərəfindən qoyulduğu bəlli olmayıb.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Milli Məclis “Yol hərəkəti haqqında” qanun layihəsinə təklif edilən dəyişiklikləri müzakirə edib. “Azadinform” xəbər verir ki, dəyişikliklər haqqında məlumat verən  Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, qanunun 85-ci maddəsinə 85-1 əlavəsi edilib.

Elvin Xəzər/AZADİNFORM. Rusiya Prezidentinin təşəbbüsü ilə iyunun üçüncü ongünlüyündə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşü planlaşdırılır. “Azadinform” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

 
Страница 679 из 684 << < 675 676 677 678 679 680 681 682 683 > >>
 Лента новостей
20.07.2018
18.07.2018
 Архив
«Июл.2018
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     
 
© 2018 All right reserved www.azadinform.az Powered by Danneo