Atif Eyvazov/AZADİNFORM. Azərbaycanın təhsil müəssisələrində 65 yaşı tamam olan müəllimlərin hansı qaydada təqaüdə göndəriləcəyi  hələlik dəqiqləşməyib. “Azadinform” xəbər verir ki, bu barədə açıqlamanı Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri  Fərzəli Qədirov söyləyib.

AZADİNFORM. ABŞ prezidenti Barak Obama Amerika qüvvələrinin birinci hissəsinin Əfqanıstandan çıxarılması barədə açıqlama verib. İlin sonunadək 10000-ə qədər əsgərin Əfqanıstanı tərk edəcəyi planlaşdırılır. O, xalqa müraciətində Əfqanıstanın siyasi nizamlama məsələlərində bütün qüvvələrin, o cümlədən «Taliban»ın iştirak edə biləcəyini söyləyib.

C.Əsgərov/AZADİNFORM. «Şükür ki, bizdə demoqrafik vəziyyət yaxşıdır. Bir çox ölkədə əhali artımı məsələsi həyəcanlandırıcı vəziyyətdədir. Əhalinin artımı dayanıb. Tərkibi yaşlıdır». Sosioloq Əhməd Qəşəmoğlu “Azadinform”a müsahibəsində ölkədəki demoqrafik vəziyyəti bir neçə sözlə bu cür qiymətləndirib.

AZADİNFORM. «Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Kazanda keçiriləcək görüş münaqişənin həllinə gətirib çıxara bilər». «Azadinform» RIA «Novosti»yə istinadən xəbər verir ki, bu sözləri ATƏT-in baş katibi Mark Perren de Brişambo bildirib. «Biz regionda sülh və sabitliyə ümidvarıq və Kazanda görüşün uğurla baş çatacağını və onun münaqişənin həllinə gətirib çıxaracağına ümid edirik» - deyə baş katib Moskvada keçirdiyi mətbuat konfransında bildirib.

AZADİNFORM. «Qarabağ münaqişəsinin baza prinsipləri ilə bağlı tərəflərin öz mövqelərini bildirmələrinin vaxtı gəlib çatıb». «Azadinform» erməni KİV-nə istinadən xəbər verir ki, bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan Strasburqda Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin iyunun 24-də Kazanda keçirəcəkləri görüşlə bağlı sualı cavablandırarkən bəyan edib.

AZADİNFORM. «Biz Ermənistanla hər hansı bir şərt irəli sürmədən münasibətlərin normallaşdırılmasını nəzərdə tutan danışıqlar aparmağa hazırıq». «Azadinform» «ArmTodey»ə istinadən xəbər verir ki, bunu Türkiyənin ana müxalifət partiyası hesab edilən Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu Türkiyə, Ermənistan və ABŞ jurnalistləri ilə görüşündə bildirib.

AZADİNFORM. ABŞ Konqresində Respublikaçılar Partiyasının təmsilçisi Tod Yanq Nümayəndələr Palatasında Azərbaycan üzrə işçi qrupuna qoşulub. “Azadinform” AzərTAc-a istinadən xəbər verir ki, bununla qrupun üzvlərinin sayı 41 nəfərə çatıb.

Aytən İmanova/AZADİNFORM. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Uşaq hüquqları və media” üzrə müsabiqəyə start verib. “Azadinform” xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

AZADİNFORM. Ermənistanda yerləşdirilən 102-ci Rusiya hərbi bazasının yenidən təşkil edilməsi onun hissələrinin döyüş hazırlığına təsir etməyib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin MDB dövlətləri ilə hərbi əməkdaşlıq idarəsinin rəisi, polkovnik Andrey Qusev müdafiə və təhlükəsizlik üzrə Federasiya Şurasının iclasında bildirib.

Mübariz Aslanov/AZADİNFORM. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsi ilə birgə yaxın vaxtlarda Dövlət yol patrul xidməti avtomobillərinin kompyuterlə təchiz edilməsinə başlayacaq. Bu barədə məlumatı “Azadinform”a RİTN-nin mətbuat xidmətindən veriblər.

AZADİNFORM. Yerevan metrosunda qiymətlər iyulun 1-dən iki dəfə qalxacaq. Paytaxt meri Karen Karapetyan bildirib ki, şəhər metrosunda qiymətlər 50 dramdan 100 drama kimi yüksələcək.


Günel Əbilova/AZADİNFORM. “Azərbaycan çox təhlükəli seysmik zonada yerləşir”. “Azadinform” xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun Geodinamika və seysmologiya şöbəsinin müdiri Fəxrəddin Qədirov deyib.

Natiq Bağırov/AZADİNFORM. Şəmkir rayonunda dəhşətli qətl hadisəsi baş verib. Bu barədə “Azadinform”a Şəmkir rayon Prokurorluğundan məlumat verilib. Məlumata görə, hadisə rayonun Dəllər qəsəbəsində qeydə alınıb.

AZADİNFORM. Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov arasında telefon danışığı olub.

Mübariz Aslanov/AZADİNFORM. “Bizdə olan məlumata görə, Ermənistanda yaşayan əhali səbirsizliklə münaqişənin sona yetməsini gözləyir. Ermənistan rəhbərliyi başa düşməlidir ki, biz gec- tez onlarla normal qonşuluqda yaşamalıyıq”. “Azadinform” xəbər verir ki, bunları jurnalistlərə açıqlamasında baş nazirin müavini Əli Həsənov bildirib.

AZADINFORM AŞ PA-nın sədri Mövlud Çavuşoğlu ümidvardır ki, Kazanda prezidentlərin görüşündə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sənəd imzalanacaq.

AZADİNFORM. İranın Bəndər Ənzəli şəhərində Xəzər dənizi hövzəsi ölkələrinin ekspertlərinin narkotiklərlə mübarizə məsələlərinə dair ikinci görüşü keçirilib. Tədbirdə Azərbaycanı DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Bu barədə məlumatı “Azadinform”a DİN-dən veriblər.


Seymur Əliyev/AZADİNFORM. Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının 2011/12 mövsümünün ilk iki təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. “Azadinform” xəbər verir ki, püşkatmada Azərbaycan çempionu "Neftçi"nin rəqibi müəyyən olub. Bakının "Neftçi" klubunun seçmə mərhələdəki ilk rəqibi "Dinamo" (Zaqreb, Xorvatiya) olub.

AZADİNFORM. “Artıq Ermənistan kiminsə yedəyində də yer tapa bilmir. Yəni işğalçı dövlət arabanın beşinci təkəri də, ehtiyat təkəri də ola bilmir və olmayacaq.”

AZADİNFORM. Ermənistanın sabiq xarici işlər naziri, hazırda “Sivilitas” Fondu Şurasının sədri Vardan Oskanyan ölkədaxili vəziyyətlə bağlı bildirib ki, «bu gün Ermənistanda vəziyyət həddən artıq ağırdır».

 
Страница 674 из 684 << < 670 671 672 673 674 675 676 677 678 > >>
 Лента новостей
23.07.2018
20.07.2018
 Архив
«Июл.2018
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     
 
© 2018 All right reserved www.azadinform.az Powered by Danneo