Natiq Bağırov/AZADİNFORM. Şəmkir rayonunda dəhşətli qətl hadisəsi baş verib. Bu barədə “Azadinform”a Şəmkir rayon Prokurorluğundan məlumat verilib. Məlumata görə, hadisə rayonun Dəllər qəsəbəsində qeydə alınıb.

AZADİNFORM. Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov arasında telefon danışığı olub.

Mübariz Aslanov/AZADİNFORM. “Bizdə olan məlumata görə, Ermənistanda yaşayan əhali səbirsizliklə münaqişənin sona yetməsini gözləyir. Ermənistan rəhbərliyi başa düşməlidir ki, biz gec- tez onlarla normal qonşuluqda yaşamalıyıq”. “Azadinform” xəbər verir ki, bunları jurnalistlərə açıqlamasında baş nazirin müavini Əli Həsənov bildirib.

AZADINFORM AŞ PA-nın sədri Mövlud Çavuşoğlu ümidvardır ki, Kazanda prezidentlərin görüşündə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sənəd imzalanacaq.

AZADİNFORM. İranın Bəndər Ənzəli şəhərində Xəzər dənizi hövzəsi ölkələrinin ekspertlərinin narkotiklərlə mübarizə məsələlərinə dair ikinci görüşü keçirilib. Tədbirdə Azərbaycanı DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Bu barədə məlumatı “Azadinform”a DİN-dən veriblər.


Seymur Əliyev/AZADİNFORM. Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının 2011/12 mövsümünün ilk iki təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. “Azadinform” xəbər verir ki, püşkatmada Azərbaycan çempionu "Neftçi"nin rəqibi müəyyən olub. Bakının "Neftçi" klubunun seçmə mərhələdəki ilk rəqibi "Dinamo" (Zaqreb, Xorvatiya) olub.

AZADİNFORM. “Artıq Ermənistan kiminsə yedəyində də yer tapa bilmir. Yəni işğalçı dövlət arabanın beşinci təkəri də, ehtiyat təkəri də ola bilmir və olmayacaq.”

AZADİNFORM. Ermənistanın sabiq xarici işlər naziri, hazırda “Sivilitas” Fondu Şurasının sədri Vardan Oskanyan ölkədaxili vəziyyətlə bağlı bildirib ki, «bu gün Ermənistanda vəziyyət həddən artıq ağırdır».

AZADİNFORM. Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının yay sessiyası işə başlayıb. “Azadinform” xəbər verir ki, sessiyada Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Avropa Şurasının 2012-2013-cü illər büdcəsi, Avropada sığınacaq axtaran şəxslərin və qaçqınların vəziyyəti, insan hüquqlarının durumu, AŞ PA-da islahatlar, gənclər arasında işsizliyin kəskin artımının qarşısının alınması, Tunisdə vəziyyət və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Mübariz Aslanov/AZADİNFORM. Azərbaycan Milli Məclisinin bu mövsümdə son növbədənkənar iclası iyunun 24-də olacaq. Bu barədə məlumatı “Azadinform”a parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu verib. Onun sözlərinə görə, iclasda ümumilikdə 20 məsələnin müzakirəsi nəzərdə tutulub.

AZADİNFORM. İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

Mübariz Aslanov/AZADİNFORM. Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİV DDF) 22 iyul Milli Mətbuatın yaranmasının 136 illiyi ilə əlaqədar keçiriləcək fərdi jurnalist yazılarının müsabiqəsini elan edib. Bu barədə məlumatı “Azadinform”a fonddan veriblər.

 

AZADİNFORM. Belarus prezidenti Aleksandr Lukaşenko iqtisadi fəlakət baş verəcəyi təqdirdə ölkə sərhədlərini bağlamağa hazır olduğunu bəyan edib. «Əgər fəlakət baş verərsə, biz sərhədi bağlayacağıq və xaricdən özümüzə gərək olan şeyi alacağıq» - deyə Lukaşenko bu gün Minskdə keçirdiyi mətbuat konfransında bildirib. «Azadinform»un RİA «Novosti»yə istinadən yaydığı məlumata görə, prezident bildirib ki, «biz yeməyə və içməyə bir şey tapa biləcəyik». Dövlət başçısı bununla yanaşı, ümidvardır ki, iqtisadi fəlakət Belarusa gəlib çatmayacaq. «Bir neçə aya biz vəziyyətdən çıxa biləcəyik» deyən Lukaşenko əlavə edib ki, Belarus öz yolu ilə gedib və bundan sonra da belə olacaq.

 

C.Əsgərov/AZADİNFORM. Azərbaycanın “Eurovision 2011”-də qələbəsindən doğan eyforiya yatmaq üzrədir. Qalibləri təbrik etdik, sevindik, küçələrə axışıb bayram etdik. İndi isə soyuqqanlı praqmatizmin vaxtıdır.

Həbibə/AZADİNFORM. Maliyyə Nazirliyində  geniş tərkibli kollegiya iclası keçirilib. “Azadinform” nazirliyin mətbuat xidmətinə istinadən bildirir ki, kollegiyanın gündəliyinə  “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinə yenidən baxılması ilə bağlı Maliyyə Nazirliyinin qarşısında duran vəzifələr və 2012-ci il  dövlət və icmal  büdcə layihələrinin hazırlanması işlərinin gedişi  haqqında”,
Maliyyə Nazirliyinin  fəaliyyətində İKT və avtomatlaşdırılmış idarəetmə sistemlərinin, həmçinin elektron sənəd dövriyyəsi, elektron imza sistemlərinin geniş tətbiqi istiqamətində həyata keçirilən tədbirlər və başqa məsələlər daxil edilib.

Atif Eyvazov/AZADİNFORM. Son vaxtlar baş verən daşqın və sellər Azərbaycanda 39 min hektar sahəyə ziyan vurub. “Azadinform” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev deyib.

Elvin Xəzər/AZADİNFORM. Xarici işlər naziri Elmar Məmmədyarov İspaniya Krallığına rəsmi səfəri çərçivəsində İspaniyanın xarici işlər və əməkdaşlıq naziri xanım Trinidad Ximenez ilə görüşüb.

AZADİNFORM. “Azərbaycan, Ermənistan və Rusiya liderləri gələn həftə Kazanda keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsipləri haqqında layihəyə dair qərar qəbul edəcəklər».

AZADİNFORM. Harvard məktəbinin tibb üzrə alimləri Birləşmiş Ştatlarda son 40 ildəki xəstəliklərin statistik analizini aparıblar. «Azadinform»un məlumatına görə, nəticələr «Journal of the American Medical Association»da dərc olunub. Alimlər televizora uzun müddət baxmaqla diabetin iki tipi, ürək xəstəlikləri və vaxtından qabaq ölüm riskinin yüksək olması arasında birbaşa əlaqənin olduğunu üzə çıxarıblar.

Həbibə/AZADİNFORM. “Gələn ay Bakıda daha bir metro stansiyası istifadəyə veriləcək”. “Azadinform”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Metropoliteni rəisinin müavini Arif Rəsulov deyib.

 
Страница 673 из 683 << < 669 670 671 672 673 674 675 676 677 > >>
 Лента новостей
14.06.2018
13.06.2018
 Архив
«Июн.2018
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
    123
45678910
11121314151617
18192021222324
252627282930 
 
© 2018 All right reserved www.azadinform.az Powered by Danneo