Həbibə/AZADİNFORM. Son on ildə Azərbaycanda bir ildə mənzil şəraitini yaxşılaşdıra bilmiş ailələrin sayı 2,4 dəfə azalıb. “Azadinform”un məlumatına görə, bu barədə İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Cavid Xəlilov bildirib. Ekspert əhalinin mənzilə əlçatanlığını təmin etmək üçün Sosial Mənzil Fondunun yaradılmasını təklif edir.

AZADİNFORM. Astanada İslam Konfransı Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 38-ci görüşü başlayıb. “Azadinform” xəbər verir ki, görüşü Qazaxıstan prezidenti Nursultan Nazarbayev açıb. N.Nazarbayev iştirakçı ölkələri qlobal çağırışlar qarşısında təşkilatın aktivliyini artırmağa çağırıb.

C.Əsgərov/AZADİNFORM. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) həyəcan təbili çalır. Qarşıdakı 10 ildə dünyanı ərzaq böhranı gözləyir. FAO 10 il ərzində dünya əhalisinin artımının, artıq problem kimi yaşanan su qıtlığı, torpağın fermerlərdən yorulması və bir sıra digər faktorları nəzərə alaraq bu cür bədbin proqnozla çıxış edib.

AZADİNFORM. ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasie (Fransa) və İqor Popov (Rusiya) gələn həftə regiona səfər edəcəklər. “Azadinform” xəbər verir ki, bu barədə məlumatı Fransa Xarici İşlər Nazirliyi yayıb.

İyunun 26-da Azərbaycanın müstəqilliyinin 20-ci və Silahlı Qüvvələrin 93-cü ildönümləri münasibətilə Bakının Azadlıq meydanında təntənəli hərbi parad keçirilmişdir.

Aytən İmanova/AZADİNFORM. “İslam dövləti kimi Azərbaycan sabitliyin bərpası üçün gələcəkdə də Əfqanıstana kömək etməyə hazırdır”. “Azadinform”un məlumatına görə, bu barədə xarici işlər nazirinin müavini Araz Əzimov deyib.

Aytən İmanova/AZADİNFORM. ABŞ-la Azərbaycan arasında təhlükəsizlik sahəsində aparılan birgə əməkdaşlıq proqramının əsas məqsədi Azərbaycanın imkanları və  resurslarının inkişaf etdirilməsidir.

Elcan/AZADİNFORM. “Google”-un internet axtarış sektorunda ədalətli rəqabət qaydalarını pozması iddiaları üstündə şirkət haqqında geniş bir yoxlamanın başlayacağı gözlənilir.

AZADİNFORM. Brüsseldə Avropa Birliyi ölkələrinin sammitində Xorvatiyanın quruma üzvlüyü ilə bağlı danışıqlar prosesini başa çatdırmağı nəzərdə tutan bəyannamə qəbul edilib.  

Mübariz Aslanov/AZADİNFORM. Milli Məclisin bu gün keçirilən növbədənkənar son iclası başa çatıb. “Azadinform” xəbər verir ki, iclasda gündəliyə çıxarılan 21 məsələ müzakirə olunub, bir sıra qanun layihələri qəbul edilib.

Elcan/AZADİNFORM ABŞ xarici işlər naziri Hillari Klinton Suriya hərbi qüvvələrinin Türkiyə sərhədinə yaxınlaşmasını narahatlıq doğuran bir hal kimi qiymətləndirib. “Azadinform” CNN-ə istinadən xəbər verir ki, Klinton Türkiyəni silahlı qarşıdurmaya hazır olmağa çağırıb. Nazir xanım silahlı qarşıdurmanın qaçqınların vəziyyətini ağırlaşdıracağından ehtiyatlanır.

AZADİNFORM. Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

AZADİNFORM. Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərinin Novi Grad bələdiyyəsi tərəfindən təşkil edilmiş “Novi Grad günləri - 2011” mədəni proqram çərçivəsində öz ölkəsində tanınmış olan bəstəkar və caz ifaçısı Samir Feyziçin musiqi qrupu “Romantic Soul” adlı konsert proqramı ilə çıxış edib.

AZADİNFORM. Ermənistan prezidenti Serj Sarkisyan Qarabağ münaqişəsi üzrə xüsusi ekspert qrupu yaradıb. Prezident onlarla danışıqlar prosesinin bütün incəliklərini müzakirə edir.

AZADİNFORM. BMT-nin sentyabr ayında keçiriləcək sessiyasında 118 ölkə Fələstinin onun muxtariyyətinin tanınması barədə tələbini müdafiə etməyə hazır olduğunu bəyan edib.

AZADİNFORM. Minsk şəhərində yüngül atletika idman növü üzrə beynəlxalq turnir keçirilib. “Azadinform” xəbər verir ki, milli komandanın üzvü Dmitri Marşin atletikanın çəkic atma proqramında 74.04 m nəticə göstərərək 3-cü yerə sahib olub.

Atif Eyvazov/AZADİNFORM. Azərbaycanın təhsil müəssisələrində 65 yaşı tamam olan müəllimlərin hansı qaydada təqaüdə göndəriləcəyi  hələlik dəqiqləşməyib. “Azadinform” xəbər verir ki, bu barədə açıqlamanı Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri  Fərzəli Qədirov söyləyib.

AZADİNFORM. ABŞ prezidenti Barak Obama Amerika qüvvələrinin birinci hissəsinin Əfqanıstandan çıxarılması barədə açıqlama verib. İlin sonunadək 10000-ə qədər əsgərin Əfqanıstanı tərk edəcəyi planlaşdırılır. O, xalqa müraciətində Əfqanıstanın siyasi nizamlama məsələlərində bütün qüvvələrin, o cümlədən «Taliban»ın iştirak edə biləcəyini söyləyib.

C.Əsgərov/AZADİNFORM. «Şükür ki, bizdə demoqrafik vəziyyət yaxşıdır. Bir çox ölkədə əhali artımı məsələsi həyəcanlandırıcı vəziyyətdədir. Əhalinin artımı dayanıb. Tərkibi yaşlıdır». Sosioloq Əhməd Qəşəmoğlu “Azadinform”a müsahibəsində ölkədəki demoqrafik vəziyyəti bir neçə sözlə bu cür qiymətləndirib.

AZADİNFORM. «Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Kazanda keçiriləcək görüş münaqişənin həllinə gətirib çıxara bilər». «Azadinform» RIA «Novosti»yə istinadən xəbər verir ki, bu sözləri ATƏT-in baş katibi Mark Perren de Brişambo bildirib. «Biz regionda sülh və sabitliyə ümidvarıq və Kazanda görüşün uğurla baş çatacağını və onun münaqişənin həllinə gətirib çıxaracağına ümid edirik» - deyə baş katib Moskvada keçirdiyi mətbuat konfransında bildirib.

 
Страница 671 из 682 << < 667 668 669 670 671 672 673 674 675 > >>
 Лента новостей
22.05.2018
21.05.2018
 Архив
«Май.2018
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
© 2018 All right reserved www.azadinform.az Powered by Danneo