AZADINFORM. Ermənistanda “Metsamor” Atom Elektrik Stansiyasının yaxınlığında partlayıcı vasitələr tapılıb. «Azadinform» «Novosti Armeniya»ya istinadən xəbər verir ki, Armavir vilayətində aşkarlanan partlayıcı vasitələr 82 millimetrli iki ədəd mərmi olub.

Həbibə/AZADİNFORM. “Dağlıq Qarabağda ermənilər tərəfindən otellərin, turizm müəssisələrinin açılması, onların orada turizm fəaliyyəti göstərməsi qanunsuzdur”. “Azadinform”un məlumatına görə, bunu Mədəniyyət və Turizm Nazirliyinin Turizmin təşkili şöbəsinin müdiri Aydın İsmiyev bildirib. “Təbii ki, onlar bizdən lisenziya almayıblar, almayacaqlar da”,-deyən şöbə müdirinin sözlərinə görə, tövsiyə oluna və siyahı yerləşdirilə bilər ki, turistlər orada yerləşməsinlər:

C.Əsgərov/AZADİNFORM. 2003-cü ildə Gürcüstanda baş vermiş «Qızılgül» inqilabının ləçəkləri əslində çoxdan qopub. Yada salaq, inqilab dalğası ilə hakimiyyətə gələn Mixail Saakaşvilinin müttəfiqləri o zaman kimlər idi?

Həbibə/AZADİNFORM. 2011-ci ilin büdcəsinə əlavə və dəyişikliklər mayın 27-də parlamentin müzakirəsinə çıxarılacaq.

AZADİNFORM. Bu ilin iyun ayında Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşü gözlənilir. “Azadinform” xəbər verir ki, bunu jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. Onun sözlərinə görə, səfərdən sonra Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin Moskvada üçtərəfli görüşü keçiriləcək.

Mübariz Aslanov/AZADİNFORM. “Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyir”.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Milli Məclisin sədri Oqtay Əsədov Avropa Parlamentinin prezidenti Yerji Buzeklə görüşüb. “Azadinform” xəbər verir ki, görüşdə O.Əsədov bildirib ki, Azərbaycanı Avropa Parlamentinin 12 may tarixli qətnaməsi ciddi narahat edir.

AZADİNFORM. Bu gün Həştərxanda “Rusiya və Azərbaycan: regionlararası əməkdaşlığın yeni üfüqlərinə doğru” mövzusunda ikinci Rusiya-Azərbaycan regionlararası forumunun açılışı olub. Forum Rusiya və Azərbaycan prezidentləri administrasiyalarının dəstəyi ilə “Avrasiya Tədqiqatları İnstitutu” İnkişaf Fondu tərəfindən təşkil edilib.


Atif Eyvazov/AZADİNFORM. Bu gün Bakıda BMT-nin Qaçqınlar üzrə ali komissarı Antonio Quterreş Azərbaycana səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib.

Həbibə/AZADİNFORM. Büdcəyə əlavə və dəyişikliklərlə bağlı qanun layihəsi Milli Məclisə təqdim olunub. “Azadinform”un məlumatına görə, bu barədə Maliyyə Nazirliyi mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir. 

Elvin Xəzər/AZADİNFORM. Xarici işlər naziri Elmar Məmmədyarov mayın 25-27-də Balidə keçiriləcək Qoşulmamaq Hərəkatının 16-cı nazirlər görüşündə iştirak edəcək. Bu barədə məlumatı “Azadinform”a XİN-in mətbuat katibi Elxan Poluxov bildirib.

Günel Əbilova/AZADİNFORM. “Mən təəssüf edirəm ki, Ermənistan televiziyasının rəhbəri Azərbaycanda keçirilən Eurovision-2012” yarışmasında iştirak etməyəcəklərini bildirib.

AZADINFORM. Ermənistan parlamentində jurnalistlər üçün işləmək getdikcə çətinləşir. Buna səbəb bir sıra deputatların hərəkətləridir. Erməni xəbər agentliklərinin məlumatına görə, prezident Serj Sarkisyanın qardaşı, parlamentin deputatı Saşik Sarkisyan «Qraparaq» qəzetinin əməkdaşı Marine Xaratyana hücum edib. Onun özünü tam şəkildə cəzasız hiss etdiyini qeyd edən qəzetin əməkdaşı prezidentin qardaşını parlamentdə gördükdə ondan parlament seçkilərində iştirak edib-etməyəcəyini soruşub.

Mübariz Aslanov/AZADİNFORM. “Azərbaycanda pul sisteminə keçən mobil operatorların xidməti ilə bağlı bu günə qədər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə heç bir şikayət daxil olmayıb. Əgər konkret hansısa operatorla bağlı müraciət olarsa, nazirlik bunu dərhal araşdırmağa hazırdır”. “Azadinform” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Bakıda, Qafqaz Müsəlmanları İdarəsində Qafqaz Xalqları Ali Dini Şurasının iclası keçirildi.

Mübariz Aslanov/AZADİNFORM. “Gürcüstanda müsəlmanlar üçün ayrıca idarənin yaradılması yeni məsələ deyil.

Elvin Xəzər/AZADİNFORM. Gürcüstanın müdafiə naziri Baço Axalayanın Azərbaycana rəsmi səfəri başlayıb.

AZADİNFORM. 2011-2015-ci illər Azərbaycan gəncliyi dövlət proqramına bir sıra yeni təkliflər irəli sürülüb. Təkliflər içərisində sosial ipotekanın verilmə qaydalarının daha da sadələşdirilməsi, sosial ipotekaya ayrılmış vəsaitin məbləğinin artırılması və sair daxildir.

AZADİNFORM.  “Azərbaycanda demokratiya istiqamətində ciddi addımlar atlır”. “Azadinform” xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, icra katibi Əli Əhmədov ATƏT PA-nın sədri Petros Eftimiu ilə görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.

AZADİNFORM. Avropa Parlamentinin Strasburqda keçirilən sessiyasında Azərbaycana da aidiyyəti olan qətnamə qəbul olunub. “Azadinform” Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun bu qətnamənin Azərbaycanla bağlı hissəsinə münasibətini öyrənib.

 
Страница 670 из 674 << < 666 667 668 669 670 671 672 673 674 > >>
 Лента новостей
16.12.2017
15.12.2017
14.12.2017
13.12.2017
 Архив
«Дек.2017»
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
 
© 2017 All right reserved www.azadinform.az Powered by Danneo