Elcan/AZADİNFORM. Odnoklassniki.ru 27 əsgərin şəkli ilə onların adına bir səhifə yaradıb. “Azadİnform” BBC-yə istinadən xəbər verir ki, səhifə cəmiyyət tərəfindən böyük maraqla qarşılanıb.

Günel Əbilova/AZADİNFORM. Maykl Ceksonun jaketi 200 min dollara satılacaq. “Azadinform” Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər verir ki, iyulun 25-26-da Ceksonun "Thriller" klipində geydiyi jaket ABŞ-da auksiona qoyulacaq.

Elcan/AZADİNFORM. Macarıstan hökuməti tərəfindən hazırlıq aparılan və xalq arasında “hamburger vergisi” kimi tanınan yeni vergi forması artıq qanuniləşdirilir.

Günel Əbilova/AZADİNFORM. “Facebook”un yarısının özünə aid olması iddiasıyla Nyu-Yorklu Paul Keglia “Facebook”un yaradıcısı Mark Zukerberqə qarşı dava açıb.

Adəm Abbaslı/AZAİNFORM. “Amerikalı gözəl” filmiylə məşhurlaşan Sam Mendesin rejissorluğu ilə yeni “Ceyms Bond” filmi 26 oktyabr 2012-ci ildə tamaşaçılara təqdim olunacaq.

Elcan/AZADİNFORM. Ötən il “Google”-un satın aldığı “Yotube” paylaşım səhifəsi gündən-günə böyüyüb zənginləşir. “Azadinform” FoxNews-a istinadən bildirir ki, 2005-ci ilin fevral ayında fəaliyyətə başlayan sayt artıq 6 yaşında internet nəhəngi olub.

AZADİNFORM.  Fransanın birinci imperatoru Napoleon Bonapartın ingilis dili üzrə dəftərləri hərracda 93 min avroya satılıb.

AZADİNFORM. Milyardlarla dollar dəyəri olan təbiət yalnız İngiltərədədir. Təbii ki, bu, digər ölkələrin təbiətinin dəyərsiz olması demək deyil. Sadəcə, burda təbiətin onu bu qədər qiymətləndirən və ona dəyən kiçik bir ziyanı belə milyard dollarla ölçən ingilisləri var.

Elcan/AZADİNFORM. ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində qəribə hadisə baş verib. Belə ki, vətəndaş Coşua Kofman evindən noutbukunun oğurlanması ilə bağlı polisə müraciət edib.

Günel Əbilova/AZADİNFORM. İnterneti öyrənmək üçün kursa gedən 106 yaşlı İngiltərə sakini Lilli Strugnel “Faceboook”un ən yaşlı istifadəçisi olmaq iddiasındadır.

AZADİNFORM. Bu il səyahət xəyal edirsinizsə, onda seçimlərinizin səs-küylü şəhərlər barədə qurduğunuz xəyallarla dağılmasına fürsət verməyin. “Azadinform” “FoxNews”-a istinadən xəbər verir ki, artıq bu ilin səyahət ediləcək ən təhlükəsiz və füsunkar şəhərlərinin siyahısı təqdim olunub.

Elcan/AZADİNFORM. Rusiyada dostundan onu basdırmağı xahiş edən vətəndaş həyatını itirib. “Azadinform” BBC-yə istinadən xəbər verir ki, mərhum cəmi bir gecə torpaq altında qalmağın bir ömür insana xoşbəxtlik və yaxşı uğur gətirəcəyinə olan inamını gerçəkləşdirmək üçün dostuna müraciət edib. Bu məqsədlə lazım olan məzarı o özü qazıb.


Günel Əbilova/AZADİNFORM. ABŞ-ın Memorial Xəstəxanasında 6 əkiz dünyaya gəlib. “Azadinform” “Xəbərtürk”ə istinadən xəbər verir ki, 3 qız, 3 oğlan olan əkizlər dünən doğulub.

Günel Əbilova/AZADİNFORM. “Gmail” servisində elektron poçtu olanlara bəd xəbər. “Azadinform” Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər verir ki, “Google” şirkəti şifrələrin oğurlanması ilə bağlı xəbərdarlıq yayıb.

AZADINFORM Rusiyanın məşhur tikinti kompaniyası «Mirax Group»un qurucusu Sergey Polonski qalstukunun bir hissəsini yeyib. «Azadinform» «İşgüzar Peterburq» portalına istinadən yaydığı xəbərdə göstərib ki, bu hadisə mayın 31-də yazıçı Sergey Minayevin aparıcısı olduğu verilişdə baş verib.

AZADINFORM. “Google” korporasiyasının baş direktoru Arik Şmidt bəyan edib ki, onun kompaniyası “Facebook” sosial şəbəkəsi ilə əməkdaşlıq əlaqəsi yaratmağa cəhd göstərsə də, onların bu istəyi uğursuzluğa düçar olub. Şmidtin sözlərinə görə, kompaniyanın nümayəndələri San-Fransiskoda keçirilən konfrans gedişində görüşüblər.

Günel Əbilova/AZADİNFORM. İngiltərədə yaşayan, dünyada nadir xəstəliklərdən birinə yoluxan bacılar analarından tez yaşlanıblar.

AZADINFORM. Beynəlxalq Valyuta Fondunun keçmiş rəhbəri Dominik Stross-Kanın “ardıcılı” peyda olub. «Azadinform» «Newsru.com»a istinadən xəbər verir ki, bir vaxtlar Misirin «Bank of Alexandria» bankının prezidenti vəzifəsində çalışmış 74 yaşlı biznesmen Mahmud Abdel Salam Ömər Nyu-Yorkun məşhur «Pierre» otelində işləyən qulluqçuya təcavüzdə günahlandırılıb.

“Azadinform” BBC-yə istinadən xəbər verir ki, dünyanın ilk sualtı restoranı artıq istifadəyə verilib. Maldiv adalarındakı restoran müştərilərə unudulmaz nahar fürsəti yaradır. Dalğıclıq və sualtı ovla məşğul olmaq, sonra isə dəniz məhsullarının dadına quruda baxmaqdan ləzzət almaq artıq arxada qalır.

AZADİNFORM. Leyborist Partiyasının lideri Ed Miliband uzun müddətdir bərabər yaşadığı Castin Sortonla dünya evinə girib. İngiltərə mətbuatının diqqət mərkəzində olan cütlük ikinci övladlarının dünyaya gəlişindən sonra evlilik qərarı alıb. “BBC News Magazine” jurnalının müxbiri Denis Vintermənin apardığı araşdırma isə maraqlı nəticələr göstərib.

 
Страница 91 из 92 << < 87 88 89 90 91 92 > >>
 Лента новостей
22.05.2019
20.05.2019
17.05.2019
 Архив
«Май.2019
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  
 
© 2019 All right reserved www.azadinform.az Powered by Danneo