Bayram Niftəliyev/AZADİNFORM. Litva Prezidenti, xanım Dalya Qribauskayte Azərbaycana rəsmi səfərə gəlib.

Mübariz Aslanov/AZADİNFORM. “Çox təəssüf ki, bu gün Bakı ilə Vaşinqtonun münasibətləri 4-5 il bundan əvvəlki vəziyyətə deyil”. Bu barədə “Azadinform”a müsahibəsində Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib. Millət vəkilinin fikrincə, son 5-6 il ötən 2 ildəki kimi də deyil.

Mübariz Aslanov/AZADİNFORM. Milli Məclis sədrinin birinci müavini, Təhlükəsizlik  və  müdafiə komitəsinin sədri Ziyafət Əsgərovun başçılığı ilə parlament nümayəndə  heyəti “Avronest” Parlament Assambleyasının təsis iclasında iştirak etmək üçün mayın 2-dən 3-dək Belçikada səfərdə olacaq. Bu barədə məlumatı “Azadinform”a parlamentdən veriblər.

Mübariz Aslanov/AZADİNFORM. Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarovun Pakistanda ingilis dilində nəşr olunan “States Times” qəzetində müsahibəsi dərc olunub. “Azadinform” xəbər verir ki, bu barədə Azərbaycanın Pakistandakı səfirliyi məlumat yayıb.
Müsahibədə səfir Pakistan-Azərbaycan münasibətləri, iki ölkə arasındakı iqtisadi və ticarət əlaqələri və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar pakistanlı jurnalist Zahida Amirin suallarını cavablandırıb.

Mübariz Aslanov/AZADİNFORM. Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərinin Sabunçu rayonunda yeni poliklinikanın tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Bayram Niftəliyev/AZADİNFORM. Prezident İlham Əliyev Mərakeş Kralı Əlahəzrət VI Məhəmmədə başsağlığı verib.

Bayram Niftəliyev/AZADİNFORM. Prezident İlham Əliyev ABŞ prezidenti Barak Obamaya başsağlığı verib.

Bayram Niftəliyev/AZADİNFORM. Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının  (AMEA) maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında Sərəncam imzalayıb.

Bayram Niftəliyev/AZADİNFORM. Bu gün prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Sərgi Mərkəzində “AİTF-2011” 10-cu Azərbaycan Beynəlxalq turizm və səyahətlər, 2-ci Ümumrespublika daxili turizm sərgiləri ilə tanış olublar.


Mübariz Aslanov/AZADİNFORM. “Hadisələr göstərir ki, bu gün ABŞ-ın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi tamamilə səhv olub və səhv istiqamətdə də davam edir. Bunu son günlər Azərbaycana gələn Amerika nümayəndlərinin problemdən hələ də kifayət qədər xəbərsiz olmaları, yeni səfir Metyu Brayzanın dedikləri və sair məsələlər də özündə əks etdirir”. Bu barədə “Azadinform” müsahibəsində politoloq Vəfa Quluzadə bildirib.


Mübariz Aslanov/AZADİNFORM. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində əlavə və dəyişikliklər edilməsi ilə bağlı müzakirə olunan Cinayət Məcəlləsində pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma cinayəti ilə bağlı cəzanın da sərtləşdirilməsi nəzərdə tutulub. “Azadinform” xəbər verir ki, bununla bağlı qanun layihəsində məcəllənin 242-ci maddəsinin sanksiyasının dəyişdirilməsi təklif olunur.

Bayram Niftəliyev/AZADİNFORM. Bu gün Azərbaycan və Ukrayna Prezidentləri Şurasının üçüncü iclasından sonra Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimi olub.


Mübariz Aslanov/AZADİNFORM. Yaxın aylarda Qırğızıstanın Azərbaycanda səfirliyinin açılması gözlənilir. Bununla bağlı Qırğızıstanın Keneşin (parlament) spikeri Axmatbek Keldibekov və Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) II plenar iclası çərçivəsində keçirilən ikitərəfli görüşdə müzakirələr aparıblar. Bu barədə məlumatı “Azadinform”a TÜRKPA-dan veriblər.

AZADINFORM. Birləşmiş Ştatların Azərbaycan, Ermənistan və Gürcüstandakı səfirliklərinin nümayəndələri Tbilisidə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavinin köməkçisi Tina Kaydanau ilə görüşüblər.

Bayram Niftəliyev/AZADİNFORM. Bu gün prezident İlham Əliyev ABŞ-ın Pensilvaniya ştatından respublikaçı, Konqresin Silahlı Qüvvələr və Nəqliyyat komitələrinin üzvü, Azərbaycan üzrə işçi qrupun həmsədri Bill Şusterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Mübariz Aslanov/AZADİNFORM. “Əmin ola bilərsiniz ki, ABŞ-Azərbaycan əlaqələrinin perspektivi kifayət qədər uğurlu olacaq”. Bu barədə ABŞ Nümayəndələr Palatasında Azərbaycan üzrə işçi qrupun rəhbəri, konqresmen Bill Şuster bildirib. O qeyd edib ki, hər iki ölkənin çoxlu ortaq maraqları var:

 
Elvin Xəzər/AZADİNFORM. Bu gün Naftalan şəhəri, “Çinar” sanatoriyasında Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) təşkilatçılığı ilə partiyanın gənc fəalları üçün “Azərbaycan gəncliyi və müasirlik” mövzusunda konfrans keçirilib.

Elvin Xəzər/AZADİNFORM. Bu gün Ukrayna prezidenti Viktor Yanukoviç Azərbaycana rəsmi səfərə gəlib. “Azadinform” xəbər verir ki, Ukrayna Prezidentini Heydər Əliyev adına Hava Limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Atif Eyvazov/AZADİNFORM. Litvanın baş prokuroru Darius Valis və Litva Xüsusi İstintaq Xidmətinin baş direktoru Zimantas Paseviçius ölkəmizdə rəsmi səfərdə olublar. Baş Prokurorluqdan “Azadinform”a verilən məlumata görə, qonaqlar baş pokuror Zakir Qaralovla görüşüblər.

Elvin Xəzər/AZADİNFORM. Litva Baş Prokuroru Darius Valis və Litvanın Xüsusi İstintaq Xidmətinin Baş direktoru  Zimantas  Paseviçius Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşüb. Bu barədə məlumatı “Azadinform”a Ali Məhkəmədən veriblər.
                                                                                                              

 
Страница 507 из 513 << < 503 504 505 506 507 508 509 510 511 > >>
 Лента новостей
15.02.2019
14.02.2019
 Архив
«Фев.2019
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
    123
45678910
11121314151617
18192021222324
25262728   
 
© 2019 All right reserved www.azadinform.az Powered by Danneo