Bayram Niftəliyev/AZADİNFORM. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu ölkənin və bölgənin tarixi ilə bağlı elmi əsərlərin yazılmasını şərtləndirir.

Mübariz Aslanov/AZADİNFORM. “Doktrina” Jurnalist Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli aprelin 29-da Sankt-Peterburq şəhərində “Rusiya-NATO tərəfdaşlığı: Lissabon sammitinin qərarlarını həyata keçirərək” adlı beynəlxalq konfransda Azərbaycanı təmsil edəcək. Bu barədə məlumatı “Azadinform” C.Sümərinli özü verib.
Mübariz Aslanov/AZADİNFORM. Biz tələb edirik ki, Azərbaycanda “Azadlıq” meydanı müxtəlif etiraz və dəstək aksiyaları keçirmək üçün ölkə vətəndaşlarının ixtiyarına verilsin. Bu barədə jurnalistlərə açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib.

Elvin Xəzər/AZADİNFORM. “Bizim məqsədimiz yalnız doğma torpaqlarımıza qayıtmaqdır. Münaqişənin həlli ilə bağlı aparılan danışıqlardan gözləntimiz də bundan ibarətdir”. “Azadinform” xəbər verir ki, bu fikirləri yap.org.az saytına açıqlamasında “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin rəhbəri Bayram Səfərov deyib.

Elvin Xəzər/AZADİNFORM. Sabah Bakıda Xəzər dənizinin təhlükəsizliyi sahəsində əməkdaşlığın müzakirə edilməsi məqsədilə Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinlərinin növbəti toplantısı keçiriləcək.

Bayram Niftəliyev/AZADİNFORM. Bu gün prezident İlham Əliyev ABŞ dövlət katibinin Cənubi Qafqaz regionu üzrə müşaviri Tina Kaydanaunu qəbul edib.

Elvin Xəzər/AZADİNFORM. Tehranda nəşr olunan “Şərq” qəzeti özünün həftəlik buraxılışında uydurma “erməni soyqırımı”na geniş yer ayırıb, Azərbaycan, Türkiyə və Ermənistan səfirlərinin müsahibələrini yerləşdirib, 1915-ci il hadisələri və Dağlıq Qarabağ münaqişəsi barədə yerli təhlilçilərin mövqeyini dərc edib. Xarici İşlər Nazirliyindən “Azadinform”a verilən məlumata görə, Azərbaycanın İrandakı səfiri C.Axundov “erməni soyqırımı” ilə bağlı öz müsahibəsini konkret faktlar üzərində qurub, yerli mətbuatda qondarma erməni soyqırımına yer ayrıldığını, lakin ermənilərin müsəlmanlara qarşı etdikləri vəhşiliklərə toxunulmadığını, Xocalıda törədilmiş soyqırımından bəhs edilmədiyini təəssüflə bildirib.
Mübariz Aslanov/AZADİNFORM. ABŞ və Azərbaycan arasında çoxdan sözügedən hərbi təlimlərin gecikməsi ictimai mühitdə kifayət qədər narahatlıq yaratmaqdadır. Bir çox ekpsertlər bu məsələdə hətta Rusiyanı ittiham edirlər. Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc isə “Azadinform”a müsahibəsində bildirir ki, bu təxirəsalmanı xüsusi siyasi səbəblərlə əlaqələndirmək düzgün deyil.

AZADINFORM. ABŞ prezidenti Barak Obama Osmanlı Türkiyəsində 1915-ci ilin hadisələrinin qeyd olunduğu 24 aprel günü etdiyi ənənəvi müraciətində “soyqırımı” sözünü işlətməkdən növbəti dəfə yayınıb. Prezident əvəzində 1915-ci il hadisələrini “dəhşətli qırğın” adlandırıb.

Elvin Xəzər/AZADİNFORM. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi Tina Kaydanau Bakıda səfərdədir.

Mübariz Aslanov/AZADİNFORM. Sabah Milli Məclisin deputatları Fəzail Ağamalı və Rüfət Quliyev MDB Parlamentlərarası Assambleyasının Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi üzrə daimi komissiyasının iclasında iştirak etmək üçün Sankt-Peterburqa yola düşəcəklər. Bu barədə məlumatı “Azadinform”a parlamentdən veriblər.

AZADINFORM. “Serbiya, Xorvatiya və Kosovo arasında münasibətlərin nizamlanmasında yalnız ATƏT etibara malikdir. Belə bir etibar Dağlıq Qarabağa da aiddir.

Bayram Niftəliyev/AZADİNFORM. Prezident İlham Əliyev bu gün Avronest Assambleyasının prezidenti, Avropa Parlamentinin üzvü Kristian Vigenini qəbul edib. “Azadinform” xəbər verir ki, Kristian Vigenin ölkəmizə səfərinin əsas məqsədinin Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində yaradılan Parlament Assambleyası, həmçinin Avropa İttifaqı, Avropa Parlamenti ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əməkdaşlıq məsələlərinin müzakirə edilməsindən ibarət olduğunu bildirib.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün dünya miqyasında Azərbaycan və Türkiyənin birgə fəaliyyəti öz bəhrəsini yetərincə verir. “Azadinform” xəbər verir ki, bu barədə millət vəkili Qənirə Paşayeva bildirib.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Atatürk Mərkəzində hakim Yeni Azərbaycan Partiyası (YAP) Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıcın iştirakı ilə 24 Aprel qondarma erməni soyqırımı ilə bağlı dəyirmi masa keçirib. “Azadinform” xəbər verir ki, tədbirdə YAP-ın sədr müavini Əli Əhmədov bildirib ki, bu qondarma soyqırımı əzəldən yalan üzərində qurulmuş məsələdir və təəssüf ki, bəzi qüvvələr tarix boyu, elə indi də bu yalana nəfəs verməkdədirlər.

AZADİNFORM/Bakı. Prezident daha çox dinlədi, gənclər isə istəklərin bildirdilər. “Azadinform” xəbər verir ki, bunu Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gəclərin Beynəlxalq Forumunun (ASAİF) həmtəsisçisi, Caspian Engineers Society (CES) sədri Rüfət Əzizov Prezident İlham Əliyevin gənclərlə görüşü ilə bağlı bildirib.

Mübariz Aslanov/AZADİNFORM. “Mən inanmıram ki, ABŞ prezidenti Barak Obama aprelin 24-də uydurma “erməni soyqırımı”ın növbəti ildönümü ərəfəsində Konqresdə illik çıxışında “erməni soyqırımı” sözünü desin”. “Azadinform” xəbər verir ki, bunları Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıc söyləyib.

Atif Eyvazov/AZADİNFORM. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Elmira Süleymanova 5 yaşlı uşağın müxalifətin aprelin 17-də keçirdiyi aksiyada iştirakına münasibət bildirib.

Mübariz Aslanov/AZADİNFORM. “Milli İstiqlal Partiyası (AMİP) iqtidarın təhriki ilə İctimai Palata girməyib ki, indi də iqtidarın təhriki ilə bu qurumdan çıxsın. Bu, sadəcə, radikal müxalifətin uydurduğu cəfəngiyatdır”. “Azadinform”un məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında vitse-spiker Bahar Muradova bildirib.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Azərbaycan regionda elə siyasi proseslər yaşayır ki, qonşu ölkələrlə mümkün müttəfiqlik burada zəruri əhəmiyyət daşıyır. Məsələn, bu əməkdaşlıq Rusiya ilə bir çox sahələrdə reallığa çevrilsə də, yaxın qonşumuz və tərkibində kifayət qədər azərbaycanlıların yaşadığı Gürcüstanla hələ də yetərincə alınmır. Bunları “Azadinform”a müsahibəsində politoloq Fikrət Sadıxov deyib.
 
Страница 503 из 507 << < 499 500 501 502 503 504 505 506 507 > >>
 Лента новостей
7.12.2018
6.12.2018
 Архив
«Дек.2018»
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      
 
© 2018 All right reserved www.azadinform.az Powered by Danneo