AZADİNFORM. Prezident İlham Əliyevin sərəncamı ilə Rəşad Rəfael oğlu Məmmədov Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi təyin edilib.

 

Bayram Niftəliyev/AZADİNFORM. Bu gün prezident İlham Əliyev bp şirkətinin icraçı direktoru Robert Dadlini qəbul edib.

Elvin Xəzər/AZADİNFORM. Xarici işlər naziri Elmar Məmmədyarov Küveyt Diplomatik Akademiyasının rəhbəri səfir Əbdüləziz Əl-Şarexi qəbul edib.

Mübariz Aslanov/AZADİNFORM. “Bu gün Xəzəryanı dövlətlərdən heç kim Xəzərdə sürətlə silahlanma təşkil etməyə hazırlaşmır”. “Azadinform” xəbər verir ki, bunları Bakıda jurnalistlərə açıqlmasında Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qolovin deyib.


Mübariz Aslanov/AZADİNFORM. “Beş Xəzəryanı ölkə dənizdə hərbi əməkdaşlıq məsələlərini konsensus yolu ilə həll edəcəklər”. “Azadinform” xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.

Mübariz Aslanov/AZADİNFORM. Bakıda keçirilən Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi üzrə Konvensiyanın hazırlanması ilə bağlı İşçi Qrupun iclasında kifayət qədər irəliləyişlər əldə olunub. “Azadinform” xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.

Elvin Xəzər/AZADİNFORM. Ukrayna prezidenti Viktor Yanukoviçin Azərbaycana rəsmi səfərinin proqrammı açıqlanıb. “Azadinform” xəbər verir ki, səfər çərçivəsində Ukrayna və Azərbaycan prezidentlərinin təkbətək görüşü keçiriləcək, daha sonra görüş nümayəndələr heyətlərinin iştirakı ilə genişləndirilmiş formatda davam etdiriləcək.

Bakı/AZADİNFORM. Türkdilli ölkələr arasında Avropa İttifaqındakı Şengen müqaviləsi kimi bir anlaşma olmalı və bu ölkələrin vətəndaşları bir-birinə sərbəst gedib-gəlməlidirlər.

Elvin Xəzər/AZADİNFORM. Aprelin 29-da Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) “Barak Obama administrasiyası və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” mövzusunda Dəyirmi masa keçiriləcək. SAM-dan “Azadinform”a verilən məlumata görə, tədbirdə əsas məruzəçilər qismində Azərbaycanın milli identikliyi və tarixi ilə bağlı bir çox əsərlərin müəllifi, Hayfa Universitetinin (İsrail) professoru Brenda Şafer və Corc Vaşinqton Universitetinin Rusiya-Avrasiya Departamentinin rəhbəri, professor Kori Velt iştirak edəcəklər.

AZADINFORM. Litva prezidenti Dali Qribauskaytenin Qafqaza səfəri Cənubi Qafqaz ölkələri ilə dialoqun qurulmasına həsr olunacaq. Bunu Litva dövlət başçısının müşaviri Linas Balsis bildirib.

Elvin Xəzər/AZADİNFORM. Sabah Kiyevdə MDB Parlamentlərarası Assambleyasının Ukrayna Ali Radası ilə birgə Elm və Təhsil Komitəsinin iclası keçiriləcək.
Mübariz Aslanov/AZADİNFORM. “Bu gün Azərbaycanın hərbi strategiyasında qarşıda duran ən mühüm məsələ strateji müttəfiqlərinin konkretləşdirilməsi və onlarla hərbi sahədə əməkdaşlıqda lazımı hüquqi bazanın yaradılmasıdır”. Bunları “Azadinform”a müsahibəsində Prezident yanında Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, politoloq Elman Nəsirov söyləyib.

AZADİNFORM. Prezident İlham Əliyevin sərəncamları ilə bir neçə rayonun icra başçıları dəyişdirilib. Taleh Azay oğlu Qaraşov Neftçala rayonu İcra Hakimiyyətinin, İsmayıl Məhərrəm oğlu Vəliyev Qobustan rayonu İcra Hakimiyyətinin, Vəli Nəcəfqulu oğlu Quliyev Zəngilan rayonu İcra hakimiyyətinin, Adil Məcnun oğlu Məmmədov Biləsuvar rayonu İcra Hakimiyyətinin, Mahir Hacı oğlu Quliyev Astara rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

AZADİNFORM. Prezident İlham Əliyev bu gün Rusiya Federasiyası Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri, Ümumhəmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının prezidenti Mixail Şmakovu qəbul edib.

AZADİNFORM. Prezident İlham Əliyev bu gün İran Prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Məhəmməd Mehdi Axundzadəni qəbul edib.

Prezident İlham Əliyev Arif Qafar oğlu Rəhimzadənin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. A.Rəhimzadə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə ordenlə təltif olunub.

Bayram Niftəliyev/AZADİNFORM. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu ölkənin və bölgənin tarixi ilə bağlı elmi əsərlərin yazılmasını şərtləndirir.

Mübariz Aslanov/AZADİNFORM. “Doktrina” Jurnalist Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli aprelin 29-da Sankt-Peterburq şəhərində “Rusiya-NATO tərəfdaşlığı: Lissabon sammitinin qərarlarını həyata keçirərək” adlı beynəlxalq konfransda Azərbaycanı təmsil edəcək. Bu barədə məlumatı “Azadinform” C.Sümərinli özü verib.
Mübariz Aslanov/AZADİNFORM. Biz tələb edirik ki, Azərbaycanda “Azadlıq” meydanı müxtəlif etiraz və dəstək aksiyaları keçirmək üçün ölkə vətəndaşlarının ixtiyarına verilsin. Bu barədə jurnalistlərə açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib.

Elvin Xəzər/AZADİNFORM. “Bizim məqsədimiz yalnız doğma torpaqlarımıza qayıtmaqdır. Münaqişənin həlli ilə bağlı aparılan danışıqlardan gözləntimiz də bundan ibarətdir”. “Azadinform” xəbər verir ki, bu fikirləri yap.org.az saytına açıqlamasında “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin rəhbəri Bayram Səfərov deyib.

 
Страница 500 из 505 << < 496 497 498 499 500 501 502 503 504 > >>
 Лента новостей
16.11.2018
15.11.2018
 Архив
«Ноя.2018
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
   1234
567891011
12131415161718
19202122232425
2627282930  
 
© 2018 All right reserved www.azadinform.az Powered by Danneo