Elvin Xəzər/AZADİNFORM. Bu gün xarici işlər nazirinin müavini Xələf Xələfov Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fəhd bin Əli əd-Dusərini qəbul  edib. Xarici İşlər Nazirliyindən “Azadinform”a verilən məlumata görə, görüş zamanı ölkələr arasındakı ikitərəfli münasibətlər, xüsusilə iki ölkə arasında mövcud olan iqtisadi əlaqələr müzakirə edilib.

Bayram Niftəliyev/AZADİNFORM. Bu gün Prezident İlham Əliyev Litvanın daxili işlər naziri Raymundas Palaytisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Elvin Xəzər/AZADİNFORM. Polşa Seyminin Şərq Tərəfdaşlığı məsələləri üzrə daimi komissiyasında Şərq Tərəfdaşlığı proqramı ilə bağlı dinləmələr keçirilib. Dinləmələrdə  Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov iştirak edib. Bu barədə məlumatı “Azadinform”a Xarici İşlər Nazirliyindən veriblər.

Mübariz Aslanov/AZADİNFORM. Bundan sonra Azərbaycan, Türkiyə və İran arasında üçtərəfli iqtisadi komitə fəaliyyət göstərəcək. “Azadinform” xəbər verir ki, bu barədə bu gün keçirdiyi mətbuat konfransında İranın ölkəmizdəki səfiri Məhəmmədbağır Bəhrami bildirib.

Atif Eyvazov/AZADİNFORM. Bu gün Demokratik İslahatlar Partiyasında (DİP) “Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolu” mövzusunda dəyirmi masa keçirilib. “Azadinform”  xəbər verir ki, tədbirdə DİP sədri Asim Mollazadə qadınların Azərbaycanın ictimai-siyasi proseslərindəki rolu, həmçinin onların təhsil və elm  müəssisələrdəki fəaliyyətləri barədə məlumat verib.

Elvin Xəzər/AZADİNFORM. “Həmsədrlərin bölgəyə intensiv səfərləri müsbət haldır. Onların yaxın vaxtlarda yenidən bölgəyə səfər edəcəyi gözlənilir. Bu, ümumilikdə, diplomatik baxımdan müsbət qiymətləndirilə bilər.

Bayram Niftəliyev/AZADİNFORM. Bu gün Prezident İlham Əliyev Ukraynanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenkonun etimadnaməsini qəbul edib. “Azadinform” xəbər verir ki, səfir Aleksandr Mişenko etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Prezident İlham Əliyev səfirlə söhbət edib.

AZADINFORM. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib ki, hazırda Dağlıq Qarabağda müharibə davam edir. Bunun əyani sübutu kimi isə azərbaycanlı Fariz Bədəlovun öldürülməsini göstərmək olar.

Elvin Xəzər/AZADİNFORM. Rumıniya Prezidenti Trayan Beseskunun Azərbaycana rəsmi səfəri başa çatıb.

AZADINFORM. Qarsdakı erməni-türk “dostluq abidəsi”nin söküntüsü üzrə keçirilən tenderin qalib olan firma abidəni 18 hissəyə bölərək uçurmağı planlaşdırır.

Elvin Xəzər/AZADİNFORM. Litvanın daxili işlər naziri Raymundas Palaytis Bakıda səfərdədir.

Mübariz Aslanov/AZADİNFORM. “Dağlıq Qarabağ məsələsinin tezliklə həll olunmasında daha aktiv rol oynamaq Rusiyanın borcudur. Çünki bu problemi Azərbaycan üçün qoyub gedən Rusiyanın hüquqi varisi olduğu SSRİ olub”. Bunları “Azadinform”a müsahibəsində Milli Məclisin vitse-spikeri, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov söyləyib.

Elvin Xəzər/AZADİNFORM. “”Freedom House” təşkilatının hesabatı reallığı əks etdirmir. Bu təşkilat Azərbaycanda gedən proseslərə obyektiv münasibət bildirmir”.

Bayram Niftəliyev/AZADİNFORM. Prezidentlər İlham Əliyev və Trayan Beseskunun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları başa çatdıqdan sonra Azərbaycan-Rumıniya sənədlərinin imzalanması mərasimi olub.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Milli Məclisdə spiker Oqtay Əsədov ölkəmizdə səfərdə olan Fransa-Qafqaz dostluq qrupunun sədri, senator Ambruaz Düponu qəbul edib. “Azadinform” xəbər verir ki, görüşdə O.Əsədov Azərbaycanın xarici siyasətində əsas məqsədin Avroatlantik məkana inteqrasiya olduğunu və bu səbəbdən də Fransa ilə əlaqələrin inkişafının mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
O qeyd edib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllində konstruktiv mövqe nümayiş etdirməlidir.

Elvin Xəzər/AZADİNFORM. Bakıda səfərdə olan Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri Ambruaz Düponun başçılıq etdiyi nümayəndə heyəti bu gün Fəxri xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.

Bayram Niftəliyev/AZADİNFORM. Prezident İlham Əliyev bu gün Latviyanın daxili işlər naziri xanım Linda Murniesenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Elvin Xəzər/AZADİNFORM. Bu gün Rumıniya Prezidenti Trayan Basesku Azərbaycana rəsmi səfərə gəlir. “Azadinform” Rumıniya Prezidentinin saytına istinadən xəbər verir ki, səfər Azərbaycan Prezidentinin dəvəti ilə həyata keçirilir.

Elvin Xəzər/AZADİNFORM. “Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq istəyən qüvvələr heç vaxt məqsədlərinə çatmayacaq. Çünki xalqımız həmin qüvvələri çoxdan tarixin arxivinə göndərib”. “Azadinform” xəbər verir ki, bu fikirləri yap.org.az saytına açıqlamasında YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Mübariz Aslanov/AZADİNFORM. “Lap əvvəldən NATO və Rusiya arasında Dağlıq Qarabağla bağlı gizli sövdələşmə var. Məhz buna görə BMT-nin məlum qətnamələri DQ üçün keçərsiz, digər bölgələr üçün isə hətta qəti formada keçərli olur”. Bu barədə “Azadinfom”a müsahibəsində politoloq Qabil Hüseynli bildirib.

 
Страница 499 из 502 << < 495 496 497 498 499 500 501 502 > >>
 Лента новостей
20.08.2018
17.08.2018
 Архив
«Авг.2018
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  
 
© 2018 All right reserved www.azadinform.az Powered by Danneo