Mübariz Aslanov/AZADİNFORM. “Məhz vaxtı ilə ulu öndər Heydər Əliyevin göstərdiyi səy nəticəsində bu gün Azərbaycanı İkinci Dünya müharibəsindən sonra Yaponiyanın start götürdüyü inkişafla müqayisə etmək olar”. Bu barədə “Azadinform”a müsahibəsində Yeni Azərbaycan Partiyasından olan millət vəkili Gülər Əhmədova bildirib.

AZADİNFORM. “Açığını deyim ki, Heydər Əliyevsiz Azərbaycana həmişə çətindir”. Bunu “Azadinform”a müsahibəsində Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. “Hətta o, Moskvada olarkən, Kommunist Partiyasının sıralarında yüksək vəzifə tutarkən onun fəaliyyətinin bəlkə də yarısından çoxu Azərbaycana xidmətdə keçirdi.

Elvin Xəzər/AZADİNFORM. “Azərbaycan tarix boyu bir çox sınaqlarla üz-üzə qalıb. Bu sınaqlardan uğurla çıxmaq üçün daim güclü liderə ehtiyac yaranıb. Heydər Əliyev elə bir şəxsiyyətdir ki, proseslərin önündə gedərək bütün sınaqlardan şərəflə çıxıb”. “Azadinform” xəbər verir ki, bu fikirləri yap.org.az saytına açıqlamasında AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov deyib.

Elvin Xəzər/AZADİNFORM. Bu gün müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-cı ildönümüdür. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. İkinci Dünya müharibəsinin başlaması ona təhsilini başa çatdırmağa imkan verməyib.

Mübariz Aslanov/AZADİNFORM. Ermənistan prezidentinin Xankəndində aeroportun açılması ilə bağlı bəyanatları, eləcə də Dağlıq Qarabağın heç vaxt Azərbaycana məxsus olmayacağı ilə əlaqədar sərsəm fikirləri İrəvanın münaqişənin nizamlanması məsələsinə qeyri-konstruktiv yanaşdığını nümayiş etdirir. “Azadinform” xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə “Gülüstan” sarayında Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanın müasir strategiyası” mövzusunda konfrans keçirilir. “Azadinform” xəbər verir ki, konfransda çıxış edən YAP sədrinin müavini Əli Əhmədov Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycanda böyük layihələrin həyata keçirildiyini bildirib.

Mübariz Aslanov/AZADİNFORM. “Bu gün həqiqətən Azərbaycan ordusu çox qısa vaxt ərzində onun qarşısında qoyulan vəzifəni yerinə yetirməyə qadirdir”. “Azadinform” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin birinci vitse-spiker Ziyafət Əsgərov bildirib.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Milli Məclisdə bir sıra qanun layihələri təsdiq olunub. “Azadinform” xəbər verir ki, ilk olaraq Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, UQE-LANSER. LTD və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında müzakirə aparılıb.

Bayram Niftəliyev/AZADİNFORM. Bu gün prezident İlham Əliyev Ağcabədi şəhərinin Hüsü Hacıyev küçəsində inşa olunacaq 205 çarpayılıq Mərkəzi Rayon Xəstəxanasının təməlqoyma mərasimində iştirak edib. “Azadinform” xəbər verir ki, dövlət başçısı yeni inşa olunacaq xəstəxananın baş planının və layihələrin əks olunduğu stendə baxıb.

Bayram Niftəliyev/AZADİNFORM. Prezident İlham Əliyev Ağcabədi şəhərində yeni inşa olunan Şahmat Məktəbi binasının açılış mərasimində iştirak edib.

Mübariz Aslanov/AZADİNFORM. Ermənilərin snayper silahları təmas xəttində cəmləməsi ilə bağlı məsələ ATƏT PA-nın prezidenti Petros Eftimiunun mayın 12-13-də Azərbaycana nəzərdə tutlan səfəri zamanı qaldırlacaq. “Azadinform” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.

Mübariz Aslanov/AZADİNFORM. “Azərbaycan müxalifət düşərgəsində müxtəlif partiyaların, ayrı-ayrı şəxslərin bir araya gəlib müxtəlif qruplar yaratması ənənə halını alıb.

Bayram Niftəliyev/AZADİNFORM. Prezident İlham Əliyev Ağcabədi şəhərinin mərkəzində yerləşən Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzi ilə tanış olub. “Azadinform” xəbər verir ki, prezidentinə məlumat verilib ki, 1,7 hektar ərazisi olan parkda yerləşən Qarabağ Muğam Mərkəzi 2008-ci ilin sentyabrında inşa olunub. Ümumi sahəsi 830 kvadratmetr olan mərkəzdə hər biri 155 yerlik qış və yay zalları fəaliyyət göstərir.

Bayram Niftəliyev/AZADİNFORM. Prezident İlham Əliyev bu gün Ağcabədiyə səfəri çərçivəsində rayonun mərkəzində salınmış Heydər Əliyev adına mədəniyyət və istirahət parkı ilə tanış olub.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Milli Məclisin növbəti iclası işə başlayıb. “Azadinform” xəbər verir ki, iclasda Şuşa şəhərinin işğalında həlak olanlar 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra spiker Oqtay Əsədov 9 may Qələbə bayramı münasibətilə deputatları və Azərbaycan xalqını təbrik edib.

Bayram Niftəliyev/AZADİNFORM. Bu gün Prezident İlham Əliyev Ağcabədi rayonuna səfərə gəlib. “Azadinform” xəbər verir ki, dövlət başçısı ümummilli lideri Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Bayram Niftəliyev/AZADİNFORM. Prezident İlham Əliyev mayın 5-də İmişli Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. “Azadinform” xəbər verir ki, dövlət başçısı kompleksin açılışını bildirən lenti kəsib.

Bayram Niftəliyev/AZADİNFORM. Prezident İlham Əliyev mayın 5-də İmişli rayonuna səfəri çərçivəsində “Azərsun Holdinq” şirkətinin müəssisələri ilə tanış olub, yem fabrikinin açılışında, kəllə qənd zavodunun təməlqoyma mərasimində iştirak edib. “Azadinform” xəbər verir ki, dövlət başçısı əvvəlcə “Green Land” yem fabrikinin açılışında iştirak edib.

Elvin Xəzər/AZADİNFORM. Cari ilin 25-27 may tarixlərində İndoneziyanın Bali adasında  Qoşulmama Hərəkatının xarici işlər nazirləri səviyyəsində 16-cı konfransının keçirilməsi planlaşdırılır. Xarici İşlər Nazirliyindən “Azadinform”a verilən məlumata görə, sözügedən konfrans çərçivəsində hərəkatın 50-ci il dönümünün qeyd edilməsi nəzərdə tutulur.


Mübariz Aslanov/AZADİNFORM. “Son illər mütəmadi olaraq Qərbi ikili standartlarda ittiham edən İran prezidenti Mahmud Əhmədinejat özü ölkə daxili, eləcə də regionda ikili standartlarla hərəkət edir”. Bu barədə “Azadinform” müsahibəsində siyasi ekspert Elxan Şahinoğlu bildirib.

 
Страница 492 из 501 << < 488 489 490 491 492 493 494 495 496 > >>
 Лента новостей
20.07.2018
18.07.2018
 Архив
«Июл.2018
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     
 
© 2018 All right reserved www.azadinform.az Powered by Danneo