Mübariz Aslanov/AZADİNFORM. “Cəbhə bölgəsinə yaxın qəsəbələrdə, xüsusən qadınların yaşadıqları qəsəbələrdə küçə işıqlandırması yox səviyyəsindədir. Bu, həmin ərazilərdə ciddi təhlükələrin yaranmasına səbəb ola bilər”. “Azadinform” xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Elman Məmmədov bildirib.

AZADİNFORM. Prezident İlham Əliyev Sloveniyaya səfəri çərçivəsində bu ölkənin baş naziri Borut Pahor ilə görüşüb. “Azadinform’ xəbər verir ki, görüşdə ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrin inkişafından məmnunluq ifadə olunub, ikitərəfli münasibətlərimizin Azərbaycan-Avropa İttifaqı çərçivəsində önəmi vurğulanıb.

Elvin Xəzər/AZADİNFORM. Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO Müdafiə Nazirlərinin Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) əməliyyatlarına töhfə verən qeyri-NATO dövlətləri ilə Brüssel şəhərində NATO Mərkəzi Qərargahında keçirilmiş görüşündə iştirak edib.

AZADİNFORM. Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə ABŞ-ın Dünya İşləri üzrə Şurasının prezidenti və icraçı direktoru Lori Mürreyin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZADİNFORM. Milli Məclisin deputatı Elmira Axundova MDB Parlament Assambleyasının Mədəniyyət, idman və turizm daimi komissiyasının iclasında iştirak etmək üçün sabah Rusiyanın Kazan şəhərinə səfər edəcək.


Mübariz Aslanov/AZADİNFORM. Bu gün Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib.

AZADİNFORM. İyunun 13-dən 14-dək İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Prosedur qaydaları üzrə işçi qrupun iclası keçiriləcək.

Elvin Xəzər/AZADİNFORM. YAP Gənclər Birliyinin nümayəndə heyəti Rumıniyanın hakim Liberal Demokrat partiyası Gənclər Birliyinin dəvəti ilə 11 - 17 iyun tarixlərində bu ölkədə səfərdə olacaqlar. Bu barədə məlumatı “Azadinform”a YAP-dan veriblər.

Mübariz Aslanov/AZADİNFORM. “Bu gün Azərbaycanın Serbiya kimi ölkələrlə münasibətlərini inkişaf etdirməsi mübahisə doğurmur, hətta rəsmi Belqradın istəyi əsasında bu ölkəyə qaz da sata bilərik”. Bunları “Azadinform”a müsahibəsində siyasi ekspert Elxan Şahinoğlu bildirib.

AZADİNFORM. NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın Azərbaycana səfəri təxirə salınıb.

AZADİNFORM. Sloveniyada səfərdə olan prezident İlham Əliyevin və prezident Danilo Türkün nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları başa çatdıqdan sonra Azərbaycan-Sloveniya sənədlərinin imzalanması mərasimi olub. “Sloveniya Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında mədəniyyət, təhsil və elm sahəsində əməkdaşlığa dair Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Sloveniyanın xarici işlər naziri Samuel Jboqar imzalayıblar.

AZADİNFORM. Serbiyaya səfərini başa vuran prezident İlham Əliyev iyunun 9-da Sloveniya Respublikasına rəsmi səfərə gəlib. Lyublyananın “Joze Puçnik” hava limanında dövlət başçısını Sloveniyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

Mübariz Aslanov/AZADİNFORM. “Bu gündən belə Dağlıq Qarabağla bağlı ABŞ, eləcə də Qərbin mövqeyində hansısa dəyişikliyi gözləməyə dəyməz. Onlar ancaq beynəlxalq hüquq mövqeyində qalacaqlar”.

Mübariz Aslanov/AZADİNFORM. Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin üzvü Qənirə Paşayeva təşkilatın iyunun 12-də Türkiyədə keçiriləcək parlament seçkilərini izləyəcək nümayəndə heyətinin tərkibinə daxil edilib.

AZADİNFORM. Prezident İlham Əliyev 2011-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi ilə bağlı qanunun tətbiqinə dair Fərman imzalayıb.

Mübariz Aslanov/AZADİNFORM. “Misir xalqının haqlı olaraq devirdiyi keçmiş prezident Hüsnü Mübarəkin Azərbaycandakı heykəlinin götürülməsini siyasi şouya çevirmək yersizdir. Bu heykəl Misir xalqına hörmət əlaməti olaraq götürülməli idi və götürüldü”. Bunları “Azadinform”a müsahibəsində politoloq Zərdüşt Əlizadə bildirib.


Mübariz Aslanov/AZADİNFORM. “Həmsədrlər, xüsusən də Rusiya Dağlıq Qarabağla bağlı ötən 20 il ərzində hər hansı dəyişiklik etməyibsə, indi qısa müddət ərzində də hər hansı dəyişiklik edəcəyi ağıla batan görsənmir.

AZADİNFORM. Milli Məclisin deputatları Ülvi Quliyev iyunun 10-da, Səttar Möhbalıyev isə iyunun 11-də Türkiyənin paytaxtı Ankaraya səfərə yola düşəcəklər. Bu barədə məlumatı “Azadinform”a parlamentdən veriblər.

İyunun 8-də Belqradda Taşmaydan parkının açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Boris Tadiç mərasimdə iştirak ediblər.

İyunun 8-də prezident İlham Əliyev Serbiya Respublikası Milli Assambleyasının sədri xanım Slavitsa Djukiç-Deyanoviç ilə görüşüb. Görüşdə qeyd olundu ki, Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya rəsmi səfəri ölkələrimiz və xalqlarımız arasında əlaqələrin inkişafına öz töhfəsini verəcək.

 
Страница 484 из 505 << < 480 481 482 483 484 485 486 487 488 > >>
 Лента новостей
16.11.2018
15.11.2018
 Архив
«Ноя.2018
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
   1234
567891011
12131415161718
19202122232425
2627282930  
 
© 2018 All right reserved www.azadinform.az Powered by Danneo