Elvin Xəzər/AZADİNFORM. Londonda “CFAB” (Uşaqların və Ailələrin Qorunması) təşkilatı tərəfindən xeyriyyə xarakterli 52-ci ənənəvi Beynəlxalq Yaz Yarmarkası keçirilib.

Mübariz Aslanov/AZADİNFORM. “Son vaxtlar təəssüf ki, bütün müxalifət partiyaları “çəkici bir yerə” vurmağı bacarmırlar”. Bu barədə “Azadinform”a müsahibəsində Müsavat Partiyasının sabiq sədr müavini, politoloq Qabil Hüseynli bildirib.

Bayram Niftəliyev/AZADİNFORM. Prezident İlham Əliyev bu gün ATƏT-in Parlament Assambleyasının sədri Petros Eftimiunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “Azadinform” xəbər verir ki, görüşdə Azərbaycan ilə ATƏT Parlament Assambleyası arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair məsələlər müzakirə edilib. Eləcə də əməkdaşlığımızın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Elvin Xəzər/AZADİNFORM. Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi xanım Dunya Miyatoviçi qəbul edib.

Mübariz Aslanov/AZADİNFORM. “Gürcüstanın son vaxtlar Ermənistanla yaratdığı münasibətlərdə antitürk, antiazərbaycan elementləri Azərbaycanı ciddi narahat etməlidir”. Bu barədə “Azadinform”a müsahibəsində politoloq Mübariz Əhmədoğlu bildirib.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Azərbaycan və Ermənistan arasında atəşin dayandırılması haqqında “Bişkek protokolu”nun imzalanmasından 17 il ötür.

Elvin Xəzər/AZADİNFORM. Azərbaycanın İndoneziyada, eyni zamanda Filippin və Timor-Lestedəki səfiri İbrahim Hacıyev etimadnaməsini Timor-Leste Demokratik Respublikasının prezidenti Xose Ramos Hortaya təqdim edib. “Azadinform” xəbər verir ki, səfir prezident İlham Əliyevin salamlarını Xose Ramos Hortaya çatdırıb.

Mübariz Aslanov/AZADİNFORM. Azərbaycan prezidenti Sabirabad, Saatlı, İmişli, Ağcabədi və Zərdab rayonlarının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. “Azadinform” xəbər verir ki, sərəncama əsasən, Sabirabad, Saatlı, İmişli, Ağcabədi və Zərdab rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan həmin rayonların icra hakimiyyətlərinin hər birinə 2 milyon manat vəsait ayrılacaq.

AZADİNFORM. Nazirlər Kabineti “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə qərar qəbul edib. Bu barədə məlumatı “Azadinform”a Nazirlər Kabinetindən veriblər.

AZADİNFORM. Milli Məclisin deputatları - GUAM Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elton Məmmədov və nümayəndə heyətinin üzvü Əli Məsimli “Xarici və daxili təhlükəsizliyin siyasi bağlılığı” mövzusunda parlament seminarında iştirak etmək üçün sabah Tallinə yola düşəcəklər.

Bayram Niftəliyev/AZADİNFORM. Prezident İlham Əliyev bu gün ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi xanım Dunya Miyatoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Elvin Xəzər/AZADİNFORM. ATƏT-in Parlament Assambleyasının prezidenti Petros Eftimiunun bu həftə Azərbaycana edəcəyi səfər tanışlıq xarakteri daşıyır.

Aytən İmanova/AZADİNFORM. “Diffamasiya və diffamasiyanın dekriminallaşdırılması istiqamətində bizim əməkdaşlıq və bu kimi məsələlərin düzəldilməsi, jurnalistlərə ifadə azadlığının təmin edilməsi təbii ki, Azərbaycan cəmiyyətinin maraqlarına uyğun öz həllini tapacaq”.

Atif Eyvazov/AZADİNFORM. “Diffamasiya haqqında” qanun jurnalistlərin media təşkilatları qarşısında ciddi məsuliyyətini yaradır. “Azadinform” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Mayın 10-da “Buta” sarayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 7 illiyi münasibətilə təntənəli mərasim keçirilmişdir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.

AZADINFORM. Prezident İlham Əliyev Anar Rzayevə Heydər Əliyev Mükafatının verilməsi haqqında sərəncam imzalayıb. Anar Rzayev Azərbaycan ədəbiyyatının inkişafında xüsusi xidmətlərinə görə bu mükafata layiq görülüb.

Mübariz Aslanov/AZADİNFORM. Milli Məclisin deputatı Rafael Hüseynov sabah Sloveniyanın Lyublyana və Xorvatiyanın Zaqreb şəhərlərinə səfər edəcək. Bu barədə məlumatı “Azadinform”a parlamentdən veriblər.

Bayram Niftəliyev/AZADİNFORM. Bu gün prezident İlham Əliyev Fransa Milli Assambleyası müdafiə komissiyasının sədr müavini Mişel Vuazenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bayram Niftəliyev/AZADİNFORM. Prezident İlham Əliyev bu gün İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrini qəbul edib. “Azadinform” xəbər verir ki, İSESKO-nun baş direktoru xalqımızın ümummilli lider Heydər Əliyevin doğum gününün əlamətdar bir tarix olduğunu və bu günün ən xoş hisslərlə qeyd edildiyini xüsusi vurğulayıb.

Elvin Xəzər/AZADİNFORM. Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Daimi Komitəsinin növbəti iclası Azərbaycanda keçiriləcək. Bu barədə qərar 5-6 may tarixlərində Malayziyanın Kuala Lumpur şəhərində keçirilən Asiya Siyasi Partiyalarının Beynəlxalq konfransının Daimi Komitəsinin iclasında qəbul olunub.

 
Страница 483 из 493 << < 479 480 481 482 483 484 485 486 487 > >>
 Лента новостей
19.04.2018
 Архив
«Апр.2018
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30      
 
© 2018 All right reserved www.azadinform.az Powered by Danneo