AZADİNFORM. Sabah Avropa Parlamentinin beynəlxalq məsələlər üzrə komitəsində ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş dinləmə keçiriləcək.

AZADİNFORM. Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov partiyanın Suraxanı rayon təşkilatı Gənclər Birliyinin fəalları ilə görüşüb.

AZADİNFORM. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası  əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov və deputat Azər Kərimli  bu gündən iyunun 21-dək  Romada  səfərdə olacaqlar.

AZADİNFORM. Azərbaycanda rəsmi səfərdə olan Özbəkistanın müdafiə naziri, general-mayor Kabul Berdiyevin başçılıq etdiyi nümayəndə heyəti Baş nazir Artur Rasi-zadə ilə görüşüb.

Atif Eyvazov/AZADİNFORM. Son iki həftə ərzində Azərbaycanın regional siyasətdə yeri, Dağlıq Qarabağ münaqişəsi, Cənubi Qafqaz dövlətlərinin tarixinə, siyasəti, təhlükəsizliyi, geosiyasəti və millətlərinə həsr olunan ABŞ, Fransa və Türkiyədə 3 yeni kitab işıq üzü görüb. 

Atif Eyvazov/AZADİNFORM. Qarşıdakı iki həftəyə fəaliyyət müddətim başa çatır.  Mən Azərbaycandan optimist görüşlərlə ayrılıram.

Atif Eyvazov/AZADİNFORM. Azərbaycanda medianın bir biznes sahəsi kimi inkişaf etdirilməsinə ehtiyac var. “Azadinform”  xəbər verir ki, bu fikirləri ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel səlahiyyət müddətinin bitməsi ilə əlaqədar keçirdiyi mətbuat konfransında deyib.

Atif Eyvazov/AZADİNFORM. Bu gün ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel Azərbaycanda səlahiyyət müddətinin bitməsi ilə əlaqədar mətbuat konfransı keçirib.

Mübariz Aslanov/AZADİNFORM. “Cənubi Qafqaz üçün əsl problem olan Qarabağ münaqişəsinin mahiyyətinə varanda, müşahidə olunur ki, bu gün bütün tərəflər sülhə məhkumdurlar”. Bunları “Azadinform”a müsahibəsində siyasi ekspert Elxan Şahinoğlu bildirib.

AZADİNFORM. “Azərbaycanın həqiqi mənada müstəqilliyi ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra - 15 İyun Milli Qurtuluş Günündən başlayır. 15 İyun Milli Qurtuluş Günü Azərbaycanın müstəqilliyinin əldə olunması, bu müstəqilliyin daimiliyinin və əbədiliyinin təmin olunmasında başlanğıc nöqtə sayılır”.

Mübariz Aslanov/AZADİNFORM. “Bakıdakı xarici diplomatik korpus nümayəndələrinin İctimai Palata deyilən qurumun üzvləri ilə görüşü sadəcə, gülməli görünür”.

Mübariz Aslanov/AZADİNFORM. “Dağlıq Qarabağ Moldovadakı Dnestryanı və Gürcüstandakı Abxaziya və Cənubi Osetiya anklavları kimi Sovet İttifaqının qoyub getdiyi ən başağrıdıcı miraslardandır. Təbii ki, bu gün bunun məsuliyyəti SSRİ-nin varisi olan Rusiyanın üzərinə düşür”.

Elvin Xəzər/AZADİNFORM. Azərbaycana rəsmi səfərə gələn Özbəkistanın müdafiə naziri general-mayor Kabul Berdiyevin Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevlə görüşü olub.

AZADİNFORM. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib. “Azadinform” xəbər verir ki, məktubda deyilir:

Elvin Xəzər/AZADİNFORM. Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov Çinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Çjan Yannyan ilə partiyanın mənzil qərargahında görüşüb.

Atif Eyvazov/AZADİNFORM. Azərbaycanda dini durum normaldır, sadəcə olaraq dini durumla bağlı müəyyən yanaşmalar normal deyil. “Azadinform” xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları və Dövlət quruculuğu komitəsinin üzvü Fazil Müstafa söyləyib.

Mübariz Aslanov/AZADİNFORM. Xarici işlər naziri Elmar Məmmədyarov bu gün Gürcüstanın paytaxtı Tbilisiyə rəsmi səfər edəcək. Səfər zamanı o, bir sıra gürcü rəsmilərlə görüşəcək.  “Azadinform” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında nazir özü bildirib.

Mübariz Aslanov/AZADİNFORM. “Son günlər İranın Qarabağ kartından istifadə edərək Azərbaycan- Ermənistan arasındakı döyüşlərdə özünü ciddi şərik kimi qələmə verməsi ağ yalandır. İran Qarabağda heç nə etməyib”.

Mübariz Aslanov/AZADİNFORM. “Parlamentdə təmsil olunmayan müxalifətdən bizim əsas fərqimiz ondan ibarətdir ki, biz yuxarıdan islahatların keçirilməsinə üstünlük veririk”.

AZADINFORM. İyunun 10-da prezident İlham Əliyevin Sloveniyaya rəsmi səfəri başa çatıb.
Azərbaycan prezidentini Sloveniyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar. Həmin gün Prezident İlham Əliyev Vətənə qayıdıb.

 
Страница 480 из 502 << < 476 477 478 479 480 481 482 483 484 > >>
 Лента новостей
18.09.2018
 Архив
«Сен.2018
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
 
© 2018 All right reserved www.azadinform.az Powered by Danneo