AZADİNFORM/Bakı. Prezident daha çox dinlədi, gənclər isə istəklərin bildirdilər. “Azadinform” xəbər verir ki, bunu Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gəclərin Beynəlxalq Forumunun (ASAİF) həmtəsisçisi, Caspian Engineers Society (CES) sədri Rüfət Əzizov Prezident İlham Əliyevin gənclərlə görüşü ilə bağlı bildirib.

Mübariz Aslanov/AZADİNFORM. “Mən inanmıram ki, ABŞ prezidenti Barak Obama aprelin 24-də uydurma “erməni soyqırımı”ın növbəti ildönümü ərəfəsində Konqresdə illik çıxışında “erməni soyqırımı” sözünü desin”. “Azadinform” xəbər verir ki, bunları Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıc söyləyib.

Atif Eyvazov/AZADİNFORM. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Elmira Süleymanova 5 yaşlı uşağın müxalifətin aprelin 17-də keçirdiyi aksiyada iştirakına münasibət bildirib.

Mübariz Aslanov/AZADİNFORM. “Milli İstiqlal Partiyası (AMİP) iqtidarın təhriki ilə İctimai Palata girməyib ki, indi də iqtidarın təhriki ilə bu qurumdan çıxsın. Bu, sadəcə, radikal müxalifətin uydurduğu cəfəngiyatdır”. “Azadinform”un məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında vitse-spiker Bahar Muradova bildirib.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Azərbaycan regionda elə siyasi proseslər yaşayır ki, qonşu ölkələrlə mümkün müttəfiqlik burada zəruri əhəmiyyət daşıyır. Məsələn, bu əməkdaşlıq Rusiya ilə bir çox sahələrdə reallığa çevrilsə də, yaxın qonşumuz və tərkibində kifayət qədər azərbaycanlıların yaşadığı Gürcüstanla hələ də yetərincə alınmır. Bunları “Azadinform”a müsahibəsində politoloq Fikrət Sadıxov deyib.

Atif Eyvazov/AZADİNFORM. Ombudsman  Elmira Süleymanova Avropa Şurasının (AŞ) Media bölümü üzrə proqram məsləhətçisi Leyla Dervisagici qəbul edib.

Elvin Xəzər/AZADİNFORM. Prezident İlham Əliyev bu gün Ukrayna Baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Andrey Klyuyevi qəbul edib. “Azadinform” xəbər verir ki, görüşdə Azərbaycan ilə Ukrayna arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi bildirilib.
Atif Eyvazov/AZADİNFORM. İranla Ermənistan arasında destruktiv birlik yaranıb və bu tandem də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə maneə üçündür. “Azadinform” xəbər verir ki, bu fikirləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu keçirdiyi ənənəvi mətbuat konfransında söyləyib.

Elvin Xəzər/AZADİNFORM. Xəzəryanı ölkələrin dənizin hüquqi statusunun müəyyən edilməsi üzrə işçi qrupun növbəti görüşü aprelin 26-da Bakıda keçiriləcək.

Günel Əbilova/AZADİNFORM. Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda Azərbaycan Qadın Jurnalistlər Assosiasiyası, Müasir İnkişaf İctimai Birliyi, Gürcüstan Gənclərinə Dəstək və Maarifləndirmə Dərnəyinin təşkilatçılığı ilə “Qafqaz evi və ermənilər” adlı konfrans keçirilib.

Elvin Xəzər/AZADİNFORM. Aprelin 27-dən 29-dək Qazaxıstanın paytaxtı Astana şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının II plenar sessiyası keçiriləcək.

Atif Eyvazov/AZADİNFORM. Ombudsman Aparatının əməkdaşları Bakı Şəhər Baş Polis İdarəsinin İnzibati həbs olunanların saxlanma məntəqəsində 17 aprel 2011-ci il tarixdə baş verən aksiya zamanı saxlanılan şəxslərlə görüşüblər. Bu barədə məlumatı “Azadinform”a Ombudsman Aparatının mətbuat xidmətindən veriblər.
Elvin Xəzər/AZADİNFORM. “Bəzi beynəlxalq təşkilatların ölkəmizdəki proseslərlə bağlı münasibəti gerçəkliyi əks etdirmir. Təbii ki, belə münasibət Azərbaycan vətəndaşlarının narazılığına səbəb olur”. “Azadinform” xəbər verir ki, bu sözləri yap.org.az saytına açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova Avropa İttifaqının rəsmi şəxslərinin Azərbaycanda ifadə azadlığı və sərbəst toplaşmaq hüququnun məhdudlaşması ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

Elvin Xəzər/AZADİNFORM. Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov, Sergey Lavrov və Edvard Nalbandyanın növbəti görüşü keçiriləcək.

Mübariz Aslanov/AZADİNFORM. Sabah Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə Belarusun paytaxtı Minskə səfər edəcək. Bu barədə məlumatı “Azadinform”a parlamentdən veriblər.

Elvin Xəzər/AZADİNFORM. Bu gün xarici işlər nazirinin müavini Xələf Xələfov Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fəhd bin Əli əd-Dusərini qəbul  edib. Xarici İşlər Nazirliyindən “Azadinform”a verilən məlumata görə, görüş zamanı ölkələr arasındakı ikitərəfli münasibətlər, xüsusilə iki ölkə arasında mövcud olan iqtisadi əlaqələr müzakirə edilib.

Bayram Niftəliyev/AZADİNFORM. Bu gün Prezident İlham Əliyev Litvanın daxili işlər naziri Raymundas Palaytisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Elvin Xəzər/AZADİNFORM. Polşa Seyminin Şərq Tərəfdaşlığı məsələləri üzrə daimi komissiyasında Şərq Tərəfdaşlığı proqramı ilə bağlı dinləmələr keçirilib. Dinləmələrdə  Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov iştirak edib. Bu barədə məlumatı “Azadinform”a Xarici İşlər Nazirliyindən veriblər.

Mübariz Aslanov/AZADİNFORM. Bundan sonra Azərbaycan, Türkiyə və İran arasında üçtərəfli iqtisadi komitə fəaliyyət göstərəcək. “Azadinform” xəbər verir ki, bu barədə bu gün keçirdiyi mətbuat konfransında İranın ölkəmizdəki səfiri Məhəmmədbağır Bəhrami bildirib.

Atif Eyvazov/AZADİNFORM. Bu gün Demokratik İslahatlar Partiyasında (DİP) “Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolu” mövzusunda dəyirmi masa keçirilib. “Azadinform”  xəbər verir ki, tədbirdə DİP sədri Asim Mollazadə qadınların Azərbaycanın ictimai-siyasi proseslərindəki rolu, həmçinin onların təhsil və elm  müəssisələrdəki fəaliyyətləri barədə məlumat verib.

 
Страница 479 из 482 << < 475 476 477 478 479 480 481 482 > >>
 Лента новостей
18.12.2017
16.12.2017
15.12.2017
14.12.2017
 Архив
«Дек.2017»
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
 
© 2017 All right reserved www.azadinform.az Powered by Danneo