Mübariz Aslanov/AZADİNFORM. Türkdilli ölkələrin Parlament Assambleyasının (TÜRKPA) III plenar sessiyası gələn il Bişkekdə keçiriləcək. Bu barədə məlumatı “Azadinform”a TÜRKPA-dan veriblər.
Sessiyanın dəqiq tarixi hələ müəyyənləşdirilməyib.

Günel Əbilova/AZADİNFORM. Ermənistan iqtisadi, diplomatik siyasi cəhətdən uduzduğu üçün hazırda hərbi imiclə əlaqəli məsələlərdə xeyli aktual olub. “Azadinform” xəbər verir ki, bu sözləri Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu deyib. Onun sözlərinə görə, Ermənistan Azərbaycanla yarışa-yarışa iqtisadiyyatını iflasa uğratdı.

 
Elvin Xəzər/AZADİNFORM. İyun ayında Serbiyanın paytaxtı Belqrad şəhərində ATƏT Parlament Assambleyasının yay sessiyası keçiriləcək. “Azadinform” xəbər verir ki, bu barədə yap.org.az saytına Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü, millət vəkili Azay Quliyev məlumat verib.
A.Quliyev bildirib ki, deputatlarımız tərəfindən ATƏT-in faktaraşdırıcı missiyasının hesabatına münasibət bildiriləcək.

Elvin Xəzər/AZADİNFORM. Prezident İlham Əliyev cari ilin 8-9 iyun tarixlərində Serbiyaya səfər edəcək. Xarici İşlər Nazirliyindən “Azadinform”a bildiriblər ki, bu barədə Elmar Məmmədyarovun serbiyalı həmkarı ilə görüşündə bildirilib. 

Elvin Xəzər/AZADİNFORM. Milli Məclisin deputatı Asəf Hacıyev sabah Malaziyaya səfər edəcək. Parlamentdən “Azaadinform”a verilən məlumata görə, millət vəkili Kuala Lumpur şəhərində Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının təşkil etdiyi tədbirdə iştirak edəcək.


Mübariz Aslanov/AZADİNFORM. “Əgər “Əl-Qaida” lideri Usama bin Ladenin öldürülübsə, bu o deməkdir ki, onun həqiqətən də mövcud olduğu təsdiqlənir”. Bu barədə “Azadinform”a müsahibəsində siyasi ekspert Elxan Şahinoğlu bildirib.

AZADİNFORM. Prezident İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

 

AZADİNFORM. Prezident İlham Əliyev incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb. Səhnə fəaliyyəti ilə bağlı aşağıdakı aparıcı incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatları verilib:

 

AZADİNFORM. Prezident İlham Əliyev 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə sərəncam imzalayıb.

AZADİNFORM. Prezident İlham Əliyev Məmməd Məmmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Məmməd Məmmədov Azərbaycanın iqtisadi inkişafındakı xidmətlərinə görə ordenlə təltif edilib.

AZADİNFORM. Ölkə başçısı İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama görə, Azərbaycanda mədəniyyətin inkişafında xidmətləri olan Vaqif İbrahimoğluna və Oqtay Rəcəbova fərdi təqaüd veriləcək.

AZADİNFORM. Prezident İlham Əliyev mayın 3-də Belarusun Dövlət Təhlükəsizlik Komitəsinin sədri Vadim Zaytsevi qəbul edib. Vadim Zaytsev Belarus Prezidenti Aleksandr Lukaşenkonun salamlarını dövlət başçısına çatdırıb.

Atif Eyvazov/AZADİNFORM. “Avronest” Parlament Assambleyasının komitələrinə seçkilər keçirilir. Parlament Assambleyasının təsis iclasında Azərbaycanın bir sıra millət vəkilləri iştirak edir. “Azadinform”a nümayəndə heyətindən məlumat verilib ki, seçkilərin nəticəsi olaraq Milli Məclisin deputatı Fuad Muradov enerji komitəsinin həmsədri seçilib. 

Elvin Xəzər/AZADİNFORM. Azərbaycanda rəsmi səfərdə olan Litva prezidenti xanım Dalya Qribauskayte bu gün Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstəsi qoyulub

AZADİNFORM. Ombudsman Elmira Süleymanova Şuşa, Laçın və Kəlbəcərin işğalı günləri ilə bağlı BMT-nin baş katibi, baş katibin müavini, Uşaqlar və silahlı münaqişələr problemi üzrə xüsusi nümayəndəsi, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı, Avropa Komissiyası, Avropa Şurası, ATƏT, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutları, Asiya Ombudsmanlar Assosiasiyası, Beynəlxalq Sülh Bürosu, Universal Sülh Federasiyası, müxtəlif ölkələrin ombudsmanları, Azərbaycanın xarici ölkələrdəki, xarici ölkələrin respublikamızdakı səfirlikləri və Azərbaycanın diaspor təşkilatlarına bəyanat ünvanlayıb.

Mübariz Aslanov/AZADİNFORM. “Üsəma bin Ladenin ölümü bir daha sübut edir ki, hər hansı bir terror təşkilatının əsası hansısa güc dövlətinə bağlı olsa da, nə qədər müasir silahlara, mühüm kəşfiyyat məlumatlarına malik olsa da, onun fəaliyyətinin sonu qalibiyyət yox, məhvdir”.

Atif Eyvazov/AZADİNFORM. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycanda əsirlikdə saxlanılan 3 erməni hərbçisi və bir ailənin üzvü olan 5 mülki şəxsə baş çəkiblər. 

Prezident İlham Əliyevin sərəncamı ilə Hafiz Paşayevə “Şöhrət” ordeni verilib. H.Paşayev
Azərbaycan Respublikasında səmərəli ictimai-siyasi fəaliyyətinə və elmi-pedaqoji xidmətlərinə görə bu ordenlə təltif edilib.

 

Mübariz Aslanov/AZADİNFORM. Milli Məclisin deputatı Qənirə Paşayeva Ümumdünya Qlobal  Qadın Sammitinin zirvə  toplantısında iştirak etmək üçün mayın 4-dən 9-dək Türkiyədə səfərdə olacaq.

AZADİNFORM.  Azərbaycan Prezidenti İlham Əliyevin Litva Prezidenti Dalya Qribauskaytenlə təkbətək görüşü olub.

 
Страница 477 из 484 << < 473 474 475 476 477 478 479 480 481 > >>
 Лента новостей
19.02.2018
 Архив
«Фев.2018
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
   1234
567891011
12131415161718
19202122232425
262728    
 
© 2018 All right reserved www.azadinform.az Powered by Danneo