Mübariz Aslanov/AZADİNFORM. Bu gün Azərbaycan regionda elə siyasi proseslər yaşayır ki, qonşu ölkələrlə mümkün müttəfiqlik burada zəruri əhəmiyyət daşıyır. Məsələn, bu əməkdaşlıq Rusiya ilə bir çox sahələrdə reallığa çevrilsə də, yaxın qonşumuz və tərkibində kifayət qədər azərbaycanlıların yaşadığı Gürcüstanla hələ də yetərincə alınmır. Bunları “Azadinform”a müsahibəsində politoloq Fikrət Sadıxov deyib.

Atif Eyvazov/AZADİNFORM. Ombudsman  Elmira Süleymanova Avropa Şurasının (AŞ) Media bölümü üzrə proqram məsləhətçisi Leyla Dervisagici qəbul edib.

Elvin Xəzər/AZADİNFORM. Prezident İlham Əliyev bu gün Ukrayna Baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Andrey Klyuyevi qəbul edib. “Azadinform” xəbər verir ki, görüşdə Azərbaycan ilə Ukrayna arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi bildirilib.
Atif Eyvazov/AZADİNFORM. İranla Ermənistan arasında destruktiv birlik yaranıb və bu tandem də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə maneə üçündür. “Azadinform” xəbər verir ki, bu fikirləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu keçirdiyi ənənəvi mətbuat konfransında söyləyib.

Elvin Xəzər/AZADİNFORM. Xəzəryanı ölkələrin dənizin hüquqi statusunun müəyyən edilməsi üzrə işçi qrupun növbəti görüşü aprelin 26-da Bakıda keçiriləcək.

Günel Əbilova/AZADİNFORM. Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda Azərbaycan Qadın Jurnalistlər Assosiasiyası, Müasir İnkişaf İctimai Birliyi, Gürcüstan Gənclərinə Dəstək və Maarifləndirmə Dərnəyinin təşkilatçılığı ilə “Qafqaz evi və ermənilər” adlı konfrans keçirilib.

Elvin Xəzər/AZADİNFORM. Aprelin 27-dən 29-dək Qazaxıstanın paytaxtı Astana şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının II plenar sessiyası keçiriləcək.

Atif Eyvazov/AZADİNFORM. Ombudsman Aparatının əməkdaşları Bakı Şəhər Baş Polis İdarəsinin İnzibati həbs olunanların saxlanma məntəqəsində 17 aprel 2011-ci il tarixdə baş verən aksiya zamanı saxlanılan şəxslərlə görüşüblər. Bu barədə məlumatı “Azadinform”a Ombudsman Aparatının mətbuat xidmətindən veriblər.
Elvin Xəzər/AZADİNFORM. “Bəzi beynəlxalq təşkilatların ölkəmizdəki proseslərlə bağlı münasibəti gerçəkliyi əks etdirmir. Təbii ki, belə münasibət Azərbaycan vətəndaşlarının narazılığına səbəb olur”. “Azadinform” xəbər verir ki, bu sözləri yap.org.az saytına açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova Avropa İttifaqının rəsmi şəxslərinin Azərbaycanda ifadə azadlığı və sərbəst toplaşmaq hüququnun məhdudlaşması ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

Elvin Xəzər/AZADİNFORM. Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov, Sergey Lavrov və Edvard Nalbandyanın növbəti görüşü keçiriləcək.

Mübariz Aslanov/AZADİNFORM. Sabah Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə Belarusun paytaxtı Minskə səfər edəcək. Bu barədə məlumatı “Azadinform”a parlamentdən veriblər.

Elvin Xəzər/AZADİNFORM. Bu gün xarici işlər nazirinin müavini Xələf Xələfov Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fəhd bin Əli əd-Dusərini qəbul  edib. Xarici İşlər Nazirliyindən “Azadinform”a verilən məlumata görə, görüş zamanı ölkələr arasındakı ikitərəfli münasibətlər, xüsusilə iki ölkə arasında mövcud olan iqtisadi əlaqələr müzakirə edilib.

Bayram Niftəliyev/AZADİNFORM. Bu gün Prezident İlham Əliyev Litvanın daxili işlər naziri Raymundas Palaytisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Elvin Xəzər/AZADİNFORM. Polşa Seyminin Şərq Tərəfdaşlığı məsələləri üzrə daimi komissiyasında Şərq Tərəfdaşlığı proqramı ilə bağlı dinləmələr keçirilib. Dinləmələrdə  Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov iştirak edib. Bu barədə məlumatı “Azadinform”a Xarici İşlər Nazirliyindən veriblər.

Mübariz Aslanov/AZADİNFORM. Bundan sonra Azərbaycan, Türkiyə və İran arasında üçtərəfli iqtisadi komitə fəaliyyət göstərəcək. “Azadinform” xəbər verir ki, bu barədə bu gün keçirdiyi mətbuat konfransında İranın ölkəmizdəki səfiri Məhəmmədbağır Bəhrami bildirib.

Atif Eyvazov/AZADİNFORM. Bu gün Demokratik İslahatlar Partiyasında (DİP) “Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolu” mövzusunda dəyirmi masa keçirilib. “Azadinform”  xəbər verir ki, tədbirdə DİP sədri Asim Mollazadə qadınların Azərbaycanın ictimai-siyasi proseslərindəki rolu, həmçinin onların təhsil və elm  müəssisələrdəki fəaliyyətləri barədə məlumat verib.

Elvin Xəzər/AZADİNFORM. “Həmsədrlərin bölgəyə intensiv səfərləri müsbət haldır. Onların yaxın vaxtlarda yenidən bölgəyə səfər edəcəyi gözlənilir. Bu, ümumilikdə, diplomatik baxımdan müsbət qiymətləndirilə bilər.

Bayram Niftəliyev/AZADİNFORM. Bu gün Prezident İlham Əliyev Ukraynanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenkonun etimadnaməsini qəbul edib. “Azadinform” xəbər verir ki, səfir Aleksandr Mişenko etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Prezident İlham Əliyev səfirlə söhbət edib.

AZADINFORM. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib ki, hazırda Dağlıq Qarabağda müharibə davam edir. Bunun əyani sübutu kimi isə azərbaycanlı Fariz Bədəlovun öldürülməsini göstərmək olar.

Elvin Xəzər/AZADİNFORM. Rumıniya Prezidenti Trayan Beseskunun Azərbaycana rəsmi səfəri başa çatıb.

 
Страница 475 из 478 << < 471 472 473 474 475 476 477 478 > >>
 Лента новостей
17.08.2017
15.08.2017
14.08.2017
11.08.2017
 Архив
«Авг.2017
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
© 2017 All right reserved www.azadinform.az Powered by Danneo