Ümidə Həsənli/AZADİNFORM. Əslən azərbaycanlı olan məşhur İran müğənnisi Ququş Azərbaycan mahnısını erməni dilində oxuyub. “Azadinform”un məlumatına görə, “Gedək üzü küləyə” mahnısı Ququşun canlı ifasında erməni dilində musiqiçilərin müşayəti ilə “Youtube”də yayımlanıb. Qeyd edək ki, sözləri Əliağa Kürçaylı, musiqisi Elza İbrahimovaya məxsus kompozisiya Xalq artisti Şövkət Ələkbərovanın repertuarında olan ən məşhur mahnılardandır. Ququş “Gedək üzü küləyə” mahnısını 2010-cu ildə ifa etsə də, sosial şəbəkələrdə yeni yayılmağa başlayıb.

Ümidə Həsənli/AZADİNFORM. Niyam Salami bu günlərdə daha bir klipini sevənlərinin ixtiyarına verib. Bu, sözləri Ülviyyə Alovlu, musiqisi Rəhim Rəhimliyə aid “Subaylıq - Sultanlıq” adlı mahnısına çəkilən ekran işidir. Klipin çəkilişləri İçərişəhərdə baş tutub. 

AZADİNFORM. Erməni plagiatlığı, yalanı barədə çox danışılıb, yazılıb. Qonşularının torpaqları üzərində dövlət qurmaları bir yana, onlara məxsus maddi və mənəvi mədəniyyət nümunələrini özününküləşdirməyə üstünlük verdikləri yeni deyil. Bu dəfə ermənilər başqa bir yola əl atıblar. Yalanlarını başqalarının dili ilə səsləndiriblər. Belə ki, avqustun 30-da Rusiyanın «ORT» telekanalında «Xoçu znat s Mixailom Şirvindom» verilişində növbəti dəfə erməni həyasızlığının, plagiatlığının şahidi olduq. 

6.09.2012
Putin belə uçdu

AZADİNFORM. Rusiya prezidenti Vladimir Putin Vladivostok şəhərindəki Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı Sammitinə yollanarkən nadir Sibir durna qatarı onu müşayiət edib. “Azadinform” BBC-yə istinadən xəbər verir ki, Yamal bölgəsində moto deltaplanla göyə qalxan Putin süni yetişdirilərək təbiətə buraxılmış durna qatarının başında uçub. 


 
Страница 1 из 28 1 2 3 4 5 > >>
 Лента новостей
23.09.2017
22.09.2017
21.09.2017
 Архив
«Сен.2017
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
    123
45678910
11121314151617
18192021222324
252627282930 
 
© 2017 All right reserved www.azadinform.az Powered by Danneo