Seymur Əliyev/AZADİNFORM. Tibbi müayinədən və dopinq testdən keçmək üçün futbol üzrə mili komandamız Almaniyaya gedib.

Seymur Əliyev/AZADİNFORM. 17 yaşadək qızlardan ibarət yığma komandalar arasında 2012-ci ildə Azərbaycanda keçiriləcək dünya çempionatının yerli Təşkilat Komitəsinin sədri, AFFA-nın baş katibi Elxan Məmmədov, komitənin üzvləri – Cavid Qarayev, Elnur Məmmədov, Şəhla Sultanova, Nərgiz İsmayılova və Nərgiz Məmmədova İsveçrənin Sürix şəhərinə rəsmi səfərə gediblər.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün gənclər və idman naziri Azad Rəhimov İordaniyaya rəsmi səfərə yollanıb. Bu barədə məlumat Gənclər və idman Nazirliyinin mətbuat xidmətindən verilib.

Suymur Əliyev/AZADİNFORM. Bu gün Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Bakı Slavyan Universitetində tələbələrlə görüş keçirib. AFFA-dan “Azadinform”a verilən məlumata görə, tədbiri universitetin rektoru, professor Kamal Abdulla açaraq Berti Foqtsu salamlayıb, onunla görüşün tələbələrin böyük marağına səbəb olduğunu bildirib.

Seymur Əliyev/AZADİNFORM. İyunun 9-dan 17-dək AFFA tərəfindən Bakı şəhərində ilk dəfə olaraq “Caspian Cup” beynəlxalq turniri keçiriləcək.

Seymur Əliyev/AZADİNFORM. Aprelin 18-dən 21-dək Almaniyanın Frankfurt şəhərində Azərbaycan milli komandası tibbi müayinədən keçəcək. AFFA-dan AZADİNFORM-a verilən məlumata görə, müayinədə 24 futbolçu iştirak edəcək.

Seymur Əliyev/AZADİNFORM. Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Qəbələ şəhərinə gedib.

Mübariz Aslanov/AZADİNFORM. Hazırda Azərbaycanın müxtəlif ərazilərində 10 olimpiya idman kompleksinin tikintisi aparılır. AZADİNFORM xəbər verir ki, bu barədə məlumatı gənclər və idman naziri Azad Rəhimov söyləyib.

Seymur Əliyev/AZADİNFORM. Futbol üzrə Çempionlar Liqasında daha 2 yarımfinalçı müəyyənləşib. AZADİNFORM xəbər verir ki, ¼ final mərhələsinin cavab görüşlərində də möcüzə baş verməyib.

Seymur Əliyev/AZADİNFORM Azərbaycan milli komandasının baş məşqçisi Berti Fotqs aprelin 15-də, saat 11:00-da Bakı Slavyan Universitetində tələbələrlə görüş keçirəcək. Bu barədə məlumatı AZADİNFORM-a AFFA-dan veriblər.

Seymur Əliyev/AZADİNFORM. Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts, millinin üzvləri – Rəşad Sadıqov, Rail Məlikov, Ruslan Abışov, Araz Abdullayev, Rauf Əliyev və Əfran İsmayılov bu gün uşaq və qocalar evlərini ziyarət ediblər.

Seymur Əliyev/AZADİNFORM. Türkiyənin “Qalatasaray” klubu Ginnesin Rekordlar kitabına düşüb.

Seymur Əliyev/AZADİNFORM. FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Seymur Əliyev/AZADİNFORM. Barselonanın Argentinalı ulduzu Lionel Messi Çempionlar Liqasının 1/4 final mərhələsinin revanş oyununda Ukraynanın Şaxtyor klubunun qapısından keçirdiyi qolla tarixə düşüb.

Seymur Əliyev/AZADİNFORM. Mahaçqalanın “Anji” klubunun sahibi Süleyman Kərimov braziliyalı futbolçu Roberto Karlosa ad günü münasibətilə avtomobil hədiyyə edib.

Seymur Əliyev/AZADİNFORM. Aprelin 14-də və 15-də Çexiyanın Praqa şəhərində UEFA-nın media ilə bağlı seminarı keçiriləcək. Bu barədə məlumatı AZADİNFORM-a AFFA-dan veriblər.

Seymur Əliyev/AZADİNFORM. Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts bu gün “Bakı” klubunun məşqini izləyib.

Mübariz Aslanov/AZADİNFORM. Aprelin 14-dən etibarın Bakıda MDB Bədən tərbiyəsi və idman üzrə Şurasının iclası öz işinə başlayacaq. Bu barədə məlumatı AZADİNFORM-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən veriblər.

Seymur Əliyev/AZADİNFORM. Azərbaycan futbolunun 100 illik yubileyi ilə bağlı AFFA tərəfindən “Buta Palace”da təşkil olunacaq təntənəli mərasim təşkilati işlərlə əlaqədar, əvvəlcədən xəbər verildiyi kimi, iyunun 8-də deyil, iyunun 6-da keçiriləcək.

“Qalatasaray” Futbol Klubu Arda Turanın “Atletiko” Madridə transferini rəsmən açıqladı.
 
Страница 254 из 255 << < 250 251 252 253 254 255 > >>
 Лента новостей
18.12.2018
17.12.2018
 Архив
«Дек.2018»
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      
 
© 2018 All right reserved www.azadinform.az Powered by Danneo