AZADİNFORM. Türkiyədə danışılmış oyunlar və Futbol Federasiyasının keçirdiyi menecerlik imtahanının suallarının öncədən satılması ilə bağlı istintaq tədbirləri ilə əlaqədar həyata keçirilən 2-ci həbs dalğası çərçivəsində TFF-nin keçmiş prezidenti Mahmud Özgəneri rəhbərliyini də əhatə edib. “Azadinform” xəbər verir ki, TFF-nin keçmiş prezidenti M. Özgənər, TFF İdarə Heyətinin keçmiş üzvü Ləvənt Kızıl və M. Özgənərin müşaviri olmuş Mümtaz Karakaya polis tərəfindən saxlanılıb.

АЗАДИНФОРМ. UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində iyulun 13-də Xorvatiyanın Zaqreb şəhərindəki “Maksimir” stadionunda keçiriləcək “Dinamo” – “Neftçi” oyununu мдаря едяъяк hakimlər бялли олуб. АФФА-дан “Азадинформ”а верилян мялумата эюря, ойунун Baş hakimи Antony Gautierдир.


AZADİNFORM. UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində iyulun 14-də Təl-Əviv şəhərindəki “Bloomfield” stadionunda keçiriləcək “Makkabi” – “Xəzər Lənkəran” oyununu idarə edcək hakimlər açıqlanıb.

AZADİNFORM. AFFA-nın Beynəlxalq Əlaqələr Departamentinin rəisi Orxan Hüseynzadə yeni təyinat alıb.

AZADİNFORM. UEFA Avropa Liqasında mübarizə aparan təmsilçilərimiz “Qarabağ” və “Olimpik-Şüvəlan” I təsnifat mərhələsinin cavab oyunlarını keçiriblər.

AZADİNFORM. Beynəlxalq Olimpiya Komitəsinin sədri Jak Roqe bildirib ki, 2014 və 2016-cı il Olimpiya oyunlarının translyasiyasından əldə edəcəkləri gəlir 4 mlrd. dollar təşkil edəcək. «Azadinfom» məlumatına görə, bu ay BOK «NBC Universal»la müqaviləyə imza atıb. Həmin razılaşmaya görə, 2014-2020-ci illər arası keçiriləcək dörd Olimpiya oyununu translyasiya etmək hüququ «NBC Universal»a verilib.

AZADİNFORM. Hollandiyanın Enshede şəhərində “Tvente” futbol komandasının stadionunun bağlı tribunasının tavanı çöküb. “Azadinform” BBC-yə istinadən xəbər verir ki, komandanın tərkibindən tavan altında kiminsə qalıb-qalmadığı məlum deyil. “AssociatedPress”in yazdığı məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 15 nəfər yaralanıb. Hazırda hadisə yerində əməliyyat tədbirləri davam etdirilir.

AZADİNFORM. “Real”ın baş məşqçisi Jose Mourinyo kapitanlığı Kasilyasdan alaraq başqasına verməyi planlaşdırır. “Azadinform” “Marca”-ya istinadən xəbər verir ki, kapitan seçiminə böyük əhəmiyyət verən baş məşqçi kapitanlığı qapıçıdan alaraq meydanın mərkəzində və hücum xəttində olan birinə vermək istəyir.

Həbibə/AZADİNFORM. Son beş ildə idmançılarımız tərəfindən müxtəlif beynəlxalq yarışlarda ümumilikdə 2583, o cümlədən 927 qızıl, 709 gümüş və 947 bürünc medal qazanılıb.

AZADİNFORM. Konki ilə “uçuş” üzrə dünya rekordu Parisdə qırılıb. “Azadinform” BBC-yə istinadən xəbər verir ki, 35 yaşlı Tayq Kris 29 metr hündürlükdən tullanaraq rekorda imza atıb. Bu sahədə əvvəlki rekord göstərici 24 metr olub. Krisin tullanmasını on minlərlə insan izləyib.

 

AZADİNFORM. “Barcelona” Santosu əldən vermək istəmir. “Azadinform” İspaniyanın idman nəşrlərinə istinadən xəbər verir ki, “Barcelona” “Fənərbaxça” forması geyinən braziliyalı futbolçu Andre Santosu almaqda təkid edir. Uzun müddətdir Santosu izləyən “Barselona” rəhbərliyi futbolçunun Amerika Kuboku və Braziliya milli komandasındakı oyunlarında şəxsən iştirak edib.

AZADİNFORM. 2012-ci ildə təşkil olunacaq futzal üzrə dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının çıxış edəcəyi qrupun oyunları Bakıda keçiriləcək.

AZADİNFORM. Azərbaycan 2012-ci il XIV London Yay Paralimpiya oyunlarına ilk lisenziyaları atletika idman növündə qazanıb. Milli Paralimpiya Komitəsindən “Azadinform”a verilən məlumata görə, lisenziyaları milli yığmanın üzvləri Musayev Oloxan, Vladimir Zayets, Panyutin Oleq, Muradov Elçin, Osmanov Rza, Həsənov Hüseyn qazanıblar.

AZADİNFORM. Azərbaycan millisinin futbolçusu Vaqif Cavadov karyerasını Rusiya Premyer Liqasında davam etdirəcək.

AZADİNFORM. UEFA Avropa Liqasının ilkin təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 7-də keçiriləcək «Qarabağ» - «Banqa» oyununu idarə edəcək hakimlər müəyyənləşib.

AZADİNFORM. Bu gün UEFA Avropa Liqasındakı iki təmsilçimiz - AZAL və “Qarabağ” futbol klubları mübarizəyə qoşulurlar.

AZADİNFORM. FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. AFFA-dan “Azadinform”a verilən məlumata görə, ötən ayla müqayisədə 4 pillə geriləyən Azərbaycan millisi 282 xalla 112-ci mövqedə qərarlaşıb.

AZADİNFORM. Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts “Neftçi” və “Xəzər Lənkəran” klublarının avrokuboklar çərçivəsində səfərdə keçirəcəyi oyunları izləyəcək. Bu barədə məlumatı “Azadinform”a AFFA-dan veriblər.

AZADİNFORM. Avqustun 10-da Azərbaycan və Makedoniya milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.

Kompüter Oyunları Milli Assosiasiyasından aldığımız məlumata əsasən, 2011-ci il 26-27 iyun tarixlərində Park İnn otelində Kompüter Oyunları üzrə VI Milli Çempionatın (WCG 2011 Azərbaijan Preliminary) final mərhələsi keçirildi.
 
Страница 252 из 260 << < 248 249 250 251 252 253 254 255 256 > >>
 Лента новостей
22.04.2019
19.04.2019
 Архив
«Апр.2019
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
1234567
891011121314
15161718192021
22232425262728
2930     
 
© 2019 All right reserved www.azadinform.az Powered by Danneo